Icma.az
close
up
RU
Novator memar: Şəhidin adını daşa yazmaq xatirəni əbədiləşdirmək deyil, tarixi irsi zədələməkdir

Novator memar: Şəhidin adını daşa yazmaq xatirəni əbədiləşdirmək deyil, tarixi irsi zədələməkdir

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 8 sentyabr, AZƏRTAC

Şəhidlərimizin xatirəsi bizim üçün müqəddəsdir. Məhz buna görə də onların adlarının əbədiləşdirilməsinə təsadüfi, qeyri-peşəkar və estetik baxımdan qəbuledilməz üsullarla yanaşmaq olmaz.

Bunu novator-memar, inşaat məsələləri üzrə ekspert Muxtar Ərturan AZƏRTAC-a açıqlamasında bildirib.

“Bir memar kimi hesab edirəm ki, burada niyyətlə nəticəni bir-birindən ayırmalıyıq. İnsan şəhidimizin adını yazmaqla ona ehtiram göstərdiyini düşünə bilər. Amma həmin ad tarixi qayaya, abidəyə, bina fasadına və ya başqa ictimai səthə özbaşına yazılırsa, nəticədə həm həmin məkan zədələnir, həm də şəhidimizin müqəddəs adı vizual çirklənmənin bir hissəsinə çevrilir. Bu, xatirənin ucaldılması deyil. Azərbaycanda şəhidlərimizin xatirəsini ləyaqətlə yaşadan memorial komplekslərimiz, Şəhidlər xiyabanlarımız, parklarımız və abidələrimiz var. Belə məkanlar memarlıq, landşaft və memorial konsepsiya əsasında yaradılır. Şəhidin adıda məhz ona layiq formada təqdim edilməlidir. Şuşada məsələ daha həssasdır. Burada hər qaya və hər tarixi səth şəhərin ümumi landşaftının, yaddaşının və milli-mədəni irsimizin bir hissəsidir. Üstəlik, Qoruq İdarəsinin öz müraciətində də Şuşanın üzərində güllə və qan izləri olan, uğrunda canlar verilmiş şəhər olduğu xatırladılır”, - deyə o qeyd edib.

“Məsələnin texniki tərəfi də var. İnsanlar düşünürlər ki, yazı sonradan silinə bilər və problem bununla bitər. Tarixi daş və fasadlarda isə belə deyil. Boyanın və ya markerin təmizlənməsi zamanı istifadə edilən kimyəvi və mexaniki üsullar səthin fakturasına, rənginə, patinasına və materialın üst qatına əlavə zərər verə bilər. Buna görə tarixi səthlərdə təmizləmə adi divarın rənglənməsikimi aparıla bilməz; konservasiya yanaşması və mütəxəssismüdaxiləsi tələb edir. Nəticədə bir neçə saniyəyə yazılmış bir sözün aradan qaldırılması üçün dövlət və ya əmlak sahibi əlavə mütəxəssis, material, vaxt və maliyyə resursu sərf etməli olur. Bu yaxınlarda Nizami Kino Mərkəzinin fasadında baş verən hadisə bunun nə qədər ciddi məsələ olduğunu göstərdi. Söhbət adi binadan deyil, ölkə əhəmiyyətli memarlıq abidəsindən gedirdi”, - deyə Muxtar Ərturan vurğulayıb.

Memar diqqətə çatdırıb ki, “VR Standartları 2026” yanaşmasında tikili və yaşayış mühiti yalnız fiziki konstruksiya kimi deyil, insanın istifadə etdiyi bütöv məkan sistemi kimi qiymətləndirilir: “Bu baxımdan ictimai və tarixi məkanın vizual bütövlüyünün, material səthlərinin və təhlükəsiz istismar vəziyyətinin qorunması da keyfiyyətli yaşayış mühitinin tərkib hissəsidir. Mövcud səthə özbaşına müdaxilə həmin mühitin keyfiyyətini aşağı salan amil kimiqəbul edilməlidir”

Muxtar Ərturan qeyd edib ki, şəhidlərimizin adları təsadüfi daşların, qayaların və divarların üzərində deyil, onların qəhrəmanlığına layiq memorial məkanlarda yaşamalıdır: “Şuşada isə məsuliyyətimiz ikiqatdır: həm şəhidimizin xatirəsini, həm dəonun uğrunda can verdiyi şəhərin tarixi simasını qorumalıyıq. Şəhidin adını ucaltmaq istəyiriksə, onun adını daşa yazmaq yox, adına layiq davranmaq lazımdır”.

Müxbir - Pərvanə Qafarova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 Sentyabr 2026 18:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see458

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see382

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see368

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see365

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see337

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see334

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see323

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see322

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see319

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see315

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see302

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see292

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see287

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see277

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see275

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see266

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see264

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see259

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see259

Rusiyanın avtobus nəhəngi iflas həddindədir...

24 Noyabr 2026 20:51see247
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri