Icma.az
close
up
RU
“Novator sənətkar Üzeyir Hacıbəyli” başlıqlı musiqili tədbir

“Novator sənətkar Üzeyir Hacıbəyli” başlıqlı musiqili tədbir

525.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Dahi bəstəkar Üzeyir Hacıbəylinin 140 illiyinin qeyd olunması haqqında Azərbaycan Respublikası Prezidentinin 3 fevral 2025-ci il tarixli Sərəncamına əsasən 24 aprel 2025-ci il tarixində Rəsul Rzanın Ev-Muzeyində Azərbaycan mədəniyyətinin inkişafına misilsiz töhfələr vermiş, musiqişünas-bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyi münasibətilə “Novator sənətkar - Üzeyir Hacıbəyli” başlıqlı musiqili tədbir təşkil edilib.

525.az xəbər verir ki, tədbirdə Göyçay şəhər 3, 4 saylı və Ulaşlı-Şıxlı kənd tam orta məktəblərinin bir qrup müəllim və şagirdləri iştirak ediblər.

Tədbir Dövlət Himninin səslənməsi ilə başlayıb, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edənlər bildiriblər ki, bəstəkar Üzeyir Hacıbəyli çoxşaxəli yaradıcılığı ilə Azərbaycan mədəniyyəti tarixində silinməz iz qoymuş şəxsiyyətlərdəndir. Bildirilib ki, Azərbaycan bəstəkarlıq məktəbinin banisi olan Üzeyir Hacıbəyli novator sənətkar kimi milli musiqi xəzinəsini unikal forma və janrlarla zənginləşdirmiş, dünya musiqisinin qızıl fondunda fəxri yer tutan nadir sənət inciləri meydana gətirmiş, Azərbaycan mədəniyyətinə beynəlxalq miqyasda geniş şöhrət qazandırmışdır: “Onun Azərbaycançılıq məfkurəsi ilə yoğrulmuş ictimai-siyasi fəaliyyəti əsl vətənpərvərlik nümunəsidir. O, Azərbaycan musiqisində köklü dönüş yaradan dahi bir bəstəkardır”.

Sonda Elnur Seyidov adına Ulaşlı-Şıxlı kənd tam orta məktəbin musiqi müəllimi Şəhla Rüstəmovanın təşkilatçılığı ilə hazırlanmış Üzeyir Hacıbəylinin yaradıcılıq nümunələrini əks etdirən musiqili kompozisiya təqdim olunub. Kompozisiyada məktəblilərin ifasında “Leyli və Məcnun”, “Arşın mal alan” operalarından səhnəciklər nümayiş olunub, “Sənsiz”, “Sevgili canan” romansları ifa edilib.

Tədbir məktəblilər tərəfindən maraq və rəğbətlə qarşılanıb.

Tədbirin keçirilməsində əsas məqsəd Azərbaycan və dünya musiqi tarixində müstəsna yeri olan novator sənətkar Üzeyir Hacıbəylinin zəngin yaradıcılıq irsini məktəblilər arasında təbliğ etməkdən ibarətdir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:164
embedMənbə:https://525.az
archiveBu xəbər 24 Aprel 2025 16:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see304

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see300

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see290

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see285

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see281

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see278

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see267

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see261

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see254

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see238

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see237

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see235

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see234

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see233

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see230

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see226

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see216

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see208

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see201

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri