Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

Bazar 60 faiz kiçilib...

Vətəndaşların evindəki kompüterlər niyə qeydiyyata alınır? Səbəblər bəlli oldu

Mərkəzi Gömrük Hospitalı müasir radiologiya texnologiyaları ilə dəqiq diaqnostika xidmətləri göstərir

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

Diş minasını bu üsulla bərpa etmək OLAR

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

İcbari tibbi sığorta ilə bağlı şad xəbər...

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

Röya bu gün açıq havada konsert verəcək Foto

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

Üzeyir Hacıbəyli və Naxçıvan

Üzeyir Hacıbəyli və Naxçıvan

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Böyük bəstəkarı qədim diyarla sıx əlaqə bağlayırdı

Çoxyönlü yaradıcılığı, ictimai-mədəni və təşkilatçılıq fəaliyyəti ilə tarixə düşmüş Üzeyir Hacıbəyli Naxçıvan torpağı ilə də sıx bağlı olub. Muxtar respublika mətbuatının səhifələrində, elmi-mədəni araşdırmalarda bu barədə çoxsaylı mənbələr var.

Üzeyir Hacıbəylinin Naxçıvanla ilk tanışlığı bəstəkar qardaşı Zülfüqar Hacıbəylinin 1910-cu ildə Naxçıvan teatrı ilə əlaqə yaratması ilə başlayıb. Zülfüqar bəy ilk dəfə o zaman Mirzəağa Əliyev və digər sənətkarlarla birlikdə Naxçıvana gəlib. 1911-ci ildə isə Zülfüqar Hacıbəyli yerli aktyorların iştirakı ilə Üzeyir Hacıbəylinin “О оlmasın, bu оlsun”, “Ər və arvad” və özünün “Əlli yaşında cavan” əsərlərini tamaşaya hazırlayıb. Bəstəkar bu illərdə Naxçıvanda Şərq musiqisindən ibarət məclislər təşkil edib, dram dərnəyi üzvlərinin musiqi təliminə rəhbərlik edib. O vaxtdan başlayaraq Üzeyir bəyin də həyat və yaradıcılığı bəstəkar qardaşı ilə bərabər, Naxçıvandakı sənət dostları, yetirmələri, rəhbər şəxslərlə təşkilati əməkdaşlığı yaranıb.

Üzeyir Hacıbəylinin Naxçıvanla birbaşa əlaqəsi, ədəbi və musiqi mühitinin nümayəndələri ilə canlı görüşləri isə 1937-ci ildə muxtar diyara ilk gəlişi ilə başlayıb. Böyük bəstəkarın keçmiş SSRİ Ali Sovetinə deputatlığa namizədliyi məhz Naxçıvandan irəli sürülüb. İlk sovet parlamentində Naxçıvanın təmsilçisi olmaq bəstəkarın qədim diyarla əvvəllər də mövcud olan mədəni əlaqələrinə ciddi bir axar, ictimai-siyasi məzmun da gətirib. Naxçıvanın mədəni həyatının yüksəlişi daim Üzeyir Hacıbəylinin diqqət mərkəzində olub.

Dahi bəstəkarın Naxçıvanda ilk musiqi məktəbinin açılmasında da xidmətləri olub. Bu məktəbə Üzeyir Hacıbəyli notlar və piano hədiyyə etmişdir. Məmməd Məmmədov adına Naxçıvan şəhər 1 nömrəli Uşaq Musiqi Məktəbində Üzeyir bəyin hədiyyə etdiyi həmin piano indiyədək qorunub saxlanılır. Bu musiqi məktəbində Nəriman Məmmədov, Ramiz Mirişli, Yaşar Səfərov, Kamal Əhmədov, Nazim Kazımov, Adıgözəl Əliyev kimi musiqiçilər yetişib. Ümumiyyətlə, Üzeyir Hacıbəyli deputat olduğu illərdə Naxçıvanda musiqi məktəblərinin, kollektivlərinin təşkilində, milli musiqiçi kadrların hazırlanmasında əvəzolunmaz xidmətlər göstərib. O, mütəmadi olaraq Naxçıvana gələrək sakinlərlə görüşər, onların arzularının gerçəkləşməsini təmin edərmiş. Naxçıvanlılardan bəstəkar Məmməd Məmmədovun, nəğməkar şair İslam Səfərlinin və başqalarının təhsil almasında böyük rolu olub.

Üzeyirbəyşünas Səadət Qarabağlı yazılarının birində dünyaşöhrətli bəstəkarın köməkçisi, professor Ramazan Xəlilovun xatirələrindən belə bir hissəni qeyd etmişdir: “1945-ci il idi. Üzeyir bəy Naxçıvana seçiciləri ilə görüşə getmişdi. Biz orada “Qonaq evi”ndə qalırdıq. Bir gün “Qonaq evi”nə əsgər paltarında cavan oğlan gəldi. Müharibədən yenicə qayıtmış bu oğlan İslam Səfərli idi. O, Üzeyir bəylə görüşdükdən sonra yazdığı şeirləri göstərdi. Söz sərrafı olan böyük sənətkar onları oxudu və bəyəndiyini söylədi. Gənc oğlana Bakıya getməyi tövsiyə etdi. Bildirdi ki, o, mütləq ali təhsil almalıdır. İslam utana-utana Bakıya getmək üçün maddi durumunun məhdud olduğunu dedi. Bu zaman Üzeyir bəy mənə işarə etdi ki, bu gəncə pul verim. Mən də zərfə 500 manat qoyub ona verdim. Üzeyir bəy onu Bakıda gözləyəcəyini söylədi”.

Çox keçmir ki, İslam Səfərli Bakıya birbaşa Üzeyir Hacıbəylinin yanına gedir. Görkəmli bəstəkar onu mehribanlıqla qarşılayır. Elə oradaca Azərbaycan Dövlət Universitetinin rektoru Abdulla Qarayevə zəng edir və istedadlı gəncin universitetə qəbul olunmasını xahiş edir. Qəbul imtahanlarının qurtardığına baxmayaraq, A.Qarayev Üzeyir bəyin sözünü yerə salmır. Beləliklə, İslam Səfərli Azərbaycan Dövlət Universitetinə imtahansız qəbul olunur, təqaüdünü isə hər ay Üzeyir bəy özü verir. Görkəmli şairimiz bu yaxşılığı ömrünün sonuna kimi unutmamışdı...

Üzeyir bəyin tələbəsi, məşhur “Barı Naxçıvan” mahnısının müəllifi Məmməd Cavadov isə öz xatirələrində yazırdı: “1946-cı ildə Üzeyir Hacıbəyli seçicilərlə görüşmək üçün bir neçə günlüyə Naxçıvana gəlmişdi. Onun gəlişindən xəbər tutan kimi getdim “Qonaq evi”nə. Üzeyir bəy və onunla gələn Ramazan Xəlilovla sevinclə görüşdüm. Üzeyir bəy gülərüzlə dedi: – Ay Məmməd, sən burada neyləyirsən? Dedim ki, 1943-cü il, fevralın 23-dən məni Mədəniyyət Nazirliyi Naxçıvana göndərib və elə o vaxtdan da burda işləyirəm. Soruşdu ki, burda nə iş görürsən? Dedim ki, Dram Teatrında dirijor və musiqi məktəbində nəzəriyyə fənni üzrə müəllim işləyirəm. Mənə müntəzəm qayğı göstərdi. Üzeyir Hacıbəylinin təşəbbüsü ilə Naxçıvanda Azərbaycan xalq çalğı alətləri orkestri təşkil olunanda onun tapşırığı ilə məni həmin orkestrə dirijor və bədii rəhbər təyin etdilər”.

Üzeyir Hacıbəylinin 1929-cu ildə yaradılan “Şərur” xalq yallı ansamblının tanınmasında və repertuarının genişlənməsində də böyük xidmətləri olub. Onun xeyir-duası ilə ansambl 1938-ci ildə Moskvada keçirilən “Azərbaycan mədəniyyəti ongünlüyü”ndə maraqlı proqramla çıxış edib. Sonra kollektiv dünyanın bir çox ölkəsində festivallarda iştirak edib, diplom və mükafatlara layiq görülüb.

1972-ci ildə Almaniya Demokratik Respublikasında keçirilən beynəlxalq folklor festivalı ilə bağlı Xalq artisti Əminə Dilbazi xatirələrində bildirir: “Moskvadan xəbər gəldi, bəs Berlində Ümumdünya folklor festivalı olacaq. Məni çağırıb dedilər ki, sən nə məsləhət görürsən? SSRİ-ni Almaniyada kim təmsil edəcək, kimi aparaq? Qərara gəldik ki, Naxçıvan yallısını aparaq. Mən bilirdim ki, Şərur torpağı yallının beşiyidir. Az olubmu bizim yallıları, rəqslərimizi öz adlarına çıxanlar? Ona görə də biz ora – Almaniyaya elə bir folklor nümunəsi aparmalıyıq ki, üstündə möhürü olsun. Bu, Şərur yallısı idi.

Beləcə, yüksək səviyyədə hazırlaşan “Şərur” xalq yallı ansamblı uğurlu çıxışı ilə festivalda 1-ci yeri tutdu, kollektivə Berlinin rəmzi sayılan balta hədiyyə edildi.

Ümumiyyətlə, dünyaşöhrətli bəstəkar həm deputat, həm də qayğıkeş insan və əsl vətəndaş kimi naxçıvanlıların qəlbində böyük yer tutmuşdur. Bəstəkarın anadan olmasının 60, musiqi fəaliyyətinin isə 40 illiyi ilə bağlı Naxçıvan ziyalılarının “Şərq qapısı” qəzetinin 1945-ci il 21 sentyabr nömrəsində ona ünvanladığı təbrik məktubunda bu fikirlər qeyd olunur: “Sizin şəxsinizdə bizim musiqimiz bütün sovet xalqları içərisində səslənməkdədir. Bunun əsl səbəbi ondan ibarətdir ki, siz yaradıcılığınız boyu xalqdan ayrılmamısınız. Siz xalqın arzu və istəklərini, onun şadlığını və qəlb acılarını incə və zəngin musiqinizdə əks etdirmisiniz”.

Fərəhlidir ki, dahi bəstəkarın irsi bu gün də ən yüksək səviyyədə qorunur, milli musiqimiz lazımi şəkildə təbliğ olunur. Azərbaycan Prezidentinin “Üzeyir Hacıbəylinin 140 illiyinin qeyd edilməsi haqqında” 3 fevral 2025-ci il tarixli Sərəncamı da Üzeyir bəy şəxsiyyətinə və yaradıcılığına yüksək münasibətin göstəricisidir.

Dahi bəstəkarın xatirəsi ölkəmizin hər yerində olduğu kimi, Naxçıvanda da daim əziz tutulur.

Səbuhi HƏSƏNOV,
XQ-nin bölgə müxbiri

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:252
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 28 Avqust 2025 12:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see811

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see325

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see287

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

06 Noyabr 2026 16:51see281

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see277

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

06 Noyabr 2026 17:48see266

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see265

Vətəndaşların evindəki kompüterlər niyə qeydiyyata alınır? Səbəblər bəlli oldu

06 Noyabr 2026 16:14see259

Mərkəzi Gömrük Hospitalı müasir radiologiya texnologiyaları ilə dəqiq diaqnostika xidmətləri göstərir

06 Noyabr 2026 17:20see244

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see238

Diş minasını bu üsulla bərpa etmək OLAR

06 Noyabr 2026 17:32see233

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see217

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see217

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see212

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see199

İcbari tibbi sığorta ilə bağlı şad xəbər...

06 Noyabr 2026 22:30see196

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see195

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see192

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see187

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri