İxtisas attestatı əldə etmək istəyənlər üçün növbəti sənəd qəbulu elan edilib
Sia Az saytına istinadən Icma.az xəbər verir.
Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) istehlakçının qaz qurğularının və balans mənsubiyyəti sərhədində yerləşən qaz xətlərinin, tüstü bacalarının, habelə havalandırma və havadəyişmə xətlərinin təhlükəsiz və etibarlı istismarının təmin olunması məqsədilə müayinə aktı üzrə aşkar edilmiş nöqsan və (və ya) pozuntuların aradan qaldırılması məqsədilə həyata keçirilən təmir və digər əlaqədar xidmət işlərinin görülməsi üçün ixtisas attestatının verilməsi məqsədilə namizədlərin bilik səviyyəsinin yoxlanılması ilə bağlı növbəti attestasiyanın keçirilməsi üçün sənəd qəbulu elan edib. SİA xəbər edir ki, attestasiya Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən test üsulu ilə keçiriləcək.
Attestasiyada iştirak etmək istəyən namizədlər energetika və texniki sahələrdə, o cümlədən qaz avadanlıqlarının təmiri və istismarı üzrə peşə təhsilinə, müvafiq ixtisas üzrə ən azı 1 (bir) il iş təcrübəsinə malik olmalıdırlar.
Attestasiya proqramı Agentliyin rəsmi internet səhifəsində yerləşdirilib.
Namizədlər ərizə və müvafiq sənədləri Agentliyə birbaşa təqdim edə və ya poçt vasitəsilə göndərə bilərlər. Sənədlərin qəbulu 22 sentyabr 2025-ci il tarixində saat 17:00-dək həyata keçirilir.
Əlavə məlumatlar Agentliyin rəsmi internet səhifəsindən (www.regulator.gov.az) və ya 974 Çağrı Mərkəzindən əldə edilə bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 05 Sentyabr 2025 14:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















