Icma.az
close
up
RU
Növbəti köç karvanı Cəbrayıl şəhərinə yol salınıb Xəbər saytı Son xəbərlər və Hadisələr

Növbəti köç karvanı Cəbrayıl şəhərinə yol salınıb Xəbər saytı Son xəbərlər və Hadisələr

Baku.ws portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, yenidən qurulan Cəbrayıl şəhərinə respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb.

Bu mərhələdə Cəbrayıl şəhərinə 35 ailə - 133 nəfər köçürülüb. Doğma yurda qayıdan Cəbrayıl sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 30 minə yaxın insan yaşayır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:83
embedMənbə:https://baku.ws
archiveBu xəbər 02 Dekabr 2024 07:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qafqazda sülh və güc oyunu: ABŞ ın vasitəçiliyi, Rusiyanın zəifləməsi və İranın yumşalması...

09 Avqust 2025 15:09see332

Messi MLS dəki növbəti oyunu buraxacaq

10 Avqust 2025 12:54see145

Zəngəzurun sıfır nöqtəsindən ən son görüntülər (VİDEO)

09 Avqust 2025 15:24see129

Deputat: Rusiyanın addımları Azərbaycana qarşı düşmənçiliyin təzahürləridir

08 Avqust 2025 22:34see125

Qarabağ ın maraqlandığı hücumçu İspaniya klubunda

08 Avqust 2025 22:49see124

ABŞ ın Zəngəzur dəhlizini açması Çinə ciddi zərbə vura bilər İran təxribatdan ƏL ÇƏKMİR KONKRET

08 Avqust 2025 22:41see123

Keyn Son Hın Minin ABŞ klubuna keçidindən yazdı

08 Avqust 2025 17:33see123

Vaşinqtonda Əliyev, Tramp və Paşinyanın imzaladıqları tarixi sənədin FOTOLARI

09 Avqust 2025 01:10see122

Vaşinqtonda nələr oldu? Azərbaycan XİN dən AÇIQLAMA

09 Avqust 2025 10:47see120

Tramp daha bir ölkənin prezidentini Vaşinqtona dəvət etdi

09 Avqust 2025 14:36see119

Diş çürüməsinin qarşısını almağın təsirli yolu kəşf edilib

08 Avqust 2025 23:37see119

Qəzada ölən Aydan yeni məzun olubmuş FOTO

09 Avqust 2025 23:08see117

Antonio Quterreşdən bəyanat: Qafqazda mühüm mərhələ...

09 Avqust 2025 21:41see117

İlham Əliyevi və Azərbaycan xalqını sülh sazişi münasibətilə təbrik edirik ŞAHBAZ ŞƏRİF

09 Avqust 2025 09:04see116

İlham Əliyev Ərdoğana zəng edib Nələr müzakirə olunub?

09 Avqust 2025 19:25see115

Ən zərərli 10 qida Hər evdə var

09 Avqust 2025 14:56see115

“İnter” belçikalı müdafiəçi üçün danışıqları bərpa etdi

09 Avqust 2025 14:31see115

İlham Əliyev: Azərbaycanofobiyanın hərəkətverici qüvvəsi Bayden administrasiyası olub

09 Avqust 2025 06:59see114

Erməni bloqer: Rusiya istehzalı müdafiə tonunda cavab verib, təxribatını əsaslandırmağa çalışacaq

09 Avqust 2025 19:22see113

Azərbaycanın enerji diplomatiyasında yeni istiqamət: Yaxın Şərq bazarı

09 Avqust 2025 23:21see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri