Növbəti peşə tanınması imtahanı sentyabrın 29 da keçiriləcək
Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Bakı, 9 sentyabr, AZƏRTAC
Xarici dövlətlərdə ali təhsil almış şəxslərin kvalifikasiyalarının tanınması prosesi çərçivəsində tənzimlənən ixtisaslar üzrə növbəti peşə tanınması imtahanının keçiriləcəyi tarix müəyyənləşib.
Təhsildə Keyfiyyət Təminatı Agentliyindən (TKTA) AZƏRTAC-a bildirilib ki, növbəti peşə tanınması imtahanının sentyabrın 29-da Dövlət İmtahan Mərkəzinin (DİM) Elektron imtahanlar korpusunda kompüter vasitəsilə keçirilməsi nəzərdə tutulur.
TKTA-da qeydiyyatdan keçmiş ərizəçilər imtahana 5 gün qalmış DİM-in rəsmi internet saytından elektron imtahanlara buraxılış vərəqəsini çap edə bilərlər. İmtahana buraxılış vərəqəsinin iştirakçının yanında olması zəruridir. Vərəqədə imtahanın keçiriləcəyi dəqiq ünvan, bina və vaxt barədə məlumat göstərilir.
İmtahan zamanı iştirakçılara 30 test tapşırığı təqdim olunur. Peşə tanınması imtahanında müvəffəqiyyət qazanmaq üçün ən azı 15 bal toplamaq tələb edilir.
İmtahanda uğurlu nəticə göstərənlərə TKTA tərəfindən müvafiq peşə ixtisası üzrə şəhadətnamə təqdim olunur.
Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş Qaydalara əsasən, tənzimlənən ixtisaslar - müəllimlik, mühəndislik və hüquq üzrə peşə tanınması imtahanları Agentliyin sifarişi ilə DİM tərəfindən təşkil olunur.
Baxış sayı:159
Bu xəbər 09 Sentyabr 2026 12:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















