Icma.az
close
up
RU
Novella Cəfəroğlu: Avropanın iqlim fəlakətinin məsuliyyətindən yayınması ikiüzlülük deyil, dördüzlülükdür

Novella Cəfəroğlu: Avropanın iqlim fəlakətinin məsuliyyətindən yayınması ikiüzlülük deyil, dördüzlülükdür

Pravda.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“COP29-un Azərbaycanda keçirilməsi Qərbin, Avropanın, Amerikanın ölkəmizə qarşı təzyiqlərini artırdı. COP dünya siyasətinin olimpiadası hesab olunur. Heç bir tədbirdə bu sayda dövlət və hökumət başçısı, tanınmış sima, təşkilat və s. iştirak etmir. BMT üzvlərindən, COP-a qoşulmuş ölkələrdən neçəsi bu səviyyədə tədbiri qüsursuz şəkildə təşkil etmək imkanına malikdir? Beləliklə, bu cür mötəbər tədbiri qüsursuz şəkildə təşkil etmək Azərbaycanı dünya siyasətinin ön cərgəsinə çıxardı, ölkəmizin qlobal miqyasda siyasət apardığını, qlobal oyunçu olduğunu, dünya siyasətinin müzakirə olunduğu bir nömrəli mərkəzə çevrildiyini təsdiqlədi”.  

Bu sözləri Pravda.az-a müsahibəsində hüquq müdafiəçisi Novella Cəfəroğlu deyib.  

“COP29 öncəsi və tədbir zamanı Azərbaycana qarşı iyrənc, qərəzli, açıq-aşkar düşmənçilik, qısqanclıq xarakteri daşıyan kampaniya aparıldı. Prezident İlham Əliyev də vaxtında demişdi ki, həmişə bilməliyik, müharibədən qalib çıxdığımız üçün bizə qarşı hər zaman təzyiqlər olacaq. Hamımız bir yerdə bu təzyiqləri öz xeyrimizə çevirməliyik. Qərb çirkin vasitələrlə ev sahibi və sədr ölkə kimi Azərbaycana təzyiq göstərərək iqlim maliyyələşməsi üzrə öhdəliklərindən qaçmağa çalışır. Bakıda aparılan müzakirələr də bunu bir daha göstərir. Dünya Qərbdən 1 trilyon gözlədiyi halda, Qərb yalnız 250 milyard dollarlıq vəsaitlə ortaya çıxır. Qəsdən bu rəqəmi də tədbirin ən son günü açıqladı ki, əlavə müzakirələr üçün vaxt qalmasın. Halbuki ekologiyanı ən çox çirkləndirənlər məhz nüvə silahına malik,  havaya peyk silahları buraxan böyük dövlətlərdir. Qərb dövlətləri demokratiyadan, insan haqlarından danışırlar. Ekologiyanın çirkləndirilməsi də insan haqlarının pozulmasıdır. Kiçik ölkələr ekoloji fəlakətlə üz-üzə qalıblar. Ayrılan maliyyə  onlara da yönələcək. İnsan haqlarından ən çox danışanlar bu gün təhlükədə olan dövlətlərə kömək etmək istəmirlər. Bütün dünyanı karbon qazı ilə zəhərləyən və qlobal iqlim fəlakətinə səbəb olan Qərb indi məsuliyyətini başqalarının üzərinə yıxmağa çalışır. Başa düşmürlər ki, dünya dəyişib, Qərbin hegemonluğu başa çatıb. Qərb, Amerika artıq post-sovet dövlətlərinin də üzərindəki hegemonluğundan əl çəkməlidir. Ən çox qorxduqları türk dövlətlərinin birləşməsidir. Düşünürəm, türk dövlətlərinin birləşməsi yalnız müsəlman dövlətlərinin birləşməsi demək deyil. Gürcüstan da, hətta ağıllı olsalar, ermənilər də Turana qoşula bilər. Rusiyanı da Turana qoşmaq olar, çünki onun tərkibində 8 türk dövləti var. Necə olur, Avropa İttifaqına bu qədər dövlətlər qoşulur? Biz niyə Turan dövlətlərinə kənardan kimisə qəbul edə bilməyək? Qorxularından istəmirlər ki, Azərbaycan güclənsin, siyasət üzrə söz sahibi olsun”, - N.Cəfəroğlu bildirib.  


O deyib ki, Avropanın iqlim fəlakətinin məsuliyyətindən yayınması ikiüzlülük deyil, dördüzlülükdür:  “Co Bayden Administrasiyası və Aİ rəhbərliyi əlaqəli şəkildə müzakirələri hədəfdən yayındırmaq yolunu tutur. Bayden Administrasiyası, ümumiyyətlə, yeni prezident seçilmiş Donald Trampa mümkün qədər çox problem saxlayıb getmək yolunu tutub. Hazırda COP-la bağlı yeni maliyyə hədəfinin hələ də müəyyən oluna bilməməsinin əsas səbəbkarı Avropa İttifaqı və Avropa Komissiyasının prezidenti Ursula fon der Leyendir. Ancaq Avropa İttifaqı və Avropa Komissiyasının prezidenti iştirakdan yayınmaqla məsələnin bitmiş olduğunu düşünməsin. Dünyanın qınağı ilə üzləşmiş fon der Leyen Bakıya gəlməli, problemləri, narazılıqları, Aİ-yə qarşı səslənən ittihamları dinləməlidir. Avropa İttifaqı təcili zirvə görüşü təşkil etməli, iqlim böhranı ilə bağlı məsələləri müzakirə etməli və təkliflər verməlidir. Hazırki vəziyyət Avropa İttifaqının, Qərbin riyakarlığını, ikiüzlülüyünü, yaratdıqları bəşəri problemlərin, iqlim fəlakətinin məsuliyyətindən yayınmaq və bu məsuliyyəti digərlərinin üzərinə yıxmaq istəyini aydın göstərir. Hətta xırda Ermənistan başa düşmür, fabriklərindən çıxan zərərli tullantıları Araza axıdır. Bu, ilk növbədə Ermənistanın öz millətinin haqlarını pozmasıdır. Mehriyə “ölü şəhər” deyirlər... Hər biri COP29-a qatılmalı idilər ki, bütün bu problemləri birlikdə həll edək. Əks halda, hamıya ziyan dəyir”. 

Aytəkin Qardaşova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:56
embedMənbə:https://pravda.az
archiveBu xəbər 26 Noyabr 2024 10:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan İrana səsləndi, Poqosyan narahat oldu Fikirləşin, niyə?

02 İyun 2025 04:14see178

Saç yuyarkən suyun temperaturuna diqqət edin mütəxəssisdən vacib tövsiyələr

02 İyun 2025 05:06see142

Bu şəxs Polşanın yeni prezidenti oldu

02 İyun 2025 07:11see139

Gördük o “ekspertlərinizi”, 5 günə 1 sualı düz yaza bilməyiblər DİM ə ETİRAZ

02 İyun 2025 04:16see138

Şabrandakı yol qəzasında bir nəfər həyatını itirib

02 İyun 2025 09:33see135

Bəzi vitaminlərin çox qəbulu orqanizmə belə ziyan VURUR

02 İyun 2025 05:01see134

İmamoğlunun trolları hərəkətə keçdi

02 İyun 2025 15:13see133

Rusiya və Ukrayna yeni mübadilələr haqqında razılığa gəldi

02 İyun 2025 18:38see129

Britaniya ordusunun sayını artırır İlk dəfə

03 İyun 2025 01:17see129

Efirdə Təyyar Bayramovun mikrofonu söndürüldü Video

02 İyun 2025 15:31see128

Yarış üçün hazırlanmış Super Mustanq nümayiş olundu

02 İyun 2025 05:31see125

Havalar isinir, amma qrip təhlükəsi artır nə etməli?

02 İyun 2025 01:01see125

Alça yedikdən sonra bunlara diqqət edin!

02 İyun 2025 02:03see124

“Hörümçək toru” əməliyyatı ABŞ ı şoka salıb..?

03 İyun 2025 00:26see122

Bu beş bürc iyunda çətin sınaqdan keçəcək

03 İyun 2025 00:08see119

Futzal üzrə Azərbaycan Kubokunun final oyununa təyinatlar açıqlanıb

03 İyun 2025 10:16see118

Təmkin: “Bizə olan inamı doğrultduq”

03 İyun 2025 09:15see117

Ukrayna zərbə endirdi, bütün vilayət işıqsız qaldı

03 İyun 2025 01:34see115

Xaricdən gətirilmiş ət ilə daxildə satılan ət arasında əsas fərqlər yalnız kimyəvi tərkib baxımından ola bilər AÇIQLAMA

02 İyun 2025 22:30see112

Bu günə qədər Qareginin ünvanına güldən ağır söz deyilməyib

03 İyun 2025 09:40see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri