Icma.az
close
up
RU
Novella Cəfəroğlu: “Hökumətlə işləməyin nəyi pisdir?”

Novella Cəfəroğlu: “Hökumətlə işləməyin nəyi pisdir?”

Icma.az xəbər verir, Pravda.az saytına əsaslanaraq.

Hüquq müdafiəçisi Novella Cəfəroğlu Ədliyyə Nazirliyi yanında İctimai Şuranın üzvü seçilməsinə, müsavatçı olduğu halda hökumətlə əməkdaşlığına görə tənqid edilməsinə münasibət bildirib.

N.Cəfəroğlu Pravda.az-a açıqlamasında bildirib ki, o, artıq Müsavat Partiyasından çıxıb.

“Mən Müsavatın üzvü deyiləm, amma partiyada mənim ömürlük dostlarım, qardaşlarım var, indi də görüşürük. Sözümü onlara da deyirəm. Birinci gündən ömür boyu hökumətlə dialoqda olmuşam, danışıram. İnsan haqlarını qoruyuramsa, hökumətdən kimləsə danışmalıyam. Bizim monitorinq qrupumuz 34 ildir, bu işlə məşğuldur. Hökumətlə işləməyin nəyi pisdir? Hökumət mənim düşmənimdir? Lazım olanda sözümü, fikrimi hökumətə deyirəm. Yaxşısını tərifləyirəm, pisini pisləyirəm. Hökumətlə danışan, dialoq aparan, məsələləri həll etməyə çalışan insanlara deyirlər ki, siz hökumətə satılmısınız. Bu, çox bolşevik münasibətdir. Hökuməti yox, dövlətimi çox sevirəm. Prezidentimizin Çinə səfəri Azərbaycan üçün möhtəşəm addım idi. Azərbaycan dünyada lider dövlətə çevrilib. Bunu niyə deməyim? Hamı görür də. Çoxları yalvarır ki, gedib Çinlə işləsinlər. Çin indi dünyada ən güclü dövlətlərdən biridir. Çinlə işləmək, Azərbaycanla vizanın ləğvi, müqavilələr bağlamaq böyük addımdır. Niyə bunu tərifləməyim? Bunu deyənlər köhnə fikirlərlə qalmış bolşeviklərdir. Qoy desinlər”, — o bildirib.

Aytəkin Qardaşova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:75
embedMənbə:https://pravda.az
archiveBu xəbər 25 Aprel 2025 15:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rostov vilayətində miqrantlar rus təqaüdçüyə hücum edib..?

09 İyun 2025 19:07see124

Kim deyər ki, 78 yaşı var? Video

08 İyun 2025 23:30see122

Moskvada anbar kompleksində baş verən yanğın nəticəsində iki nəfər ölüb

08 İyun 2025 22:34see121

Yadplanetlilərə meydan oxuyan media əhlimiz…

10 İyun 2025 00:13see121

Dünyanın ən uzun balığı hansıdır?

09 İyun 2025 02:33see119

Ayxan Abbasov: “Gələcəyə nikbin baxırıq”

08 İyun 2025 22:34see118

Ağstafada qardaş qardaşın qanını tökdü

09 İyun 2025 05:26see118

Bakı şəhəri üzrə HƏFTƏNİN İDMAN AFİŞASI

09 İyun 2025 15:24see117

Bu vitamin xərçəngi 10 günə öldürür

09 İyun 2025 02:04see117

Qyokereşdən 35 milyon maaşa imtina

10 İyun 2025 00:37see117

Bu nəhəng ölkə husilərə kömək edir: ABŞ yə hücum

09 İyun 2025 03:31see117

Yeniyetmə fortepianoçumuz Londonda beynəlxalq müsabiqənin qalibi OLDU

08 İyun 2025 23:49see117

Davit Volkovlu Gürcüstan millisi son 4 oyunda üç qələbə və bir heç heçə

08 İyun 2025 22:57see117

Ukrayna üçün şad xəbər Rəsmən elan edildi

09 İyun 2025 01:27see115

Rusiya aprel ayında Türkiyədən balıq idxalını artırıb...

09 İyun 2025 21:46see113

Sərvəti 1 milyardı ötdü

09 İyun 2025 17:12see113

Salyanda ot sahəsi və maşın yanıb

09 İyun 2025 19:13see112

“Pul var, sülh yoxdur!” Cey Di Vensdən sabiq prezidentə tənqid

09 İyun 2025 00:01see112

Adolf Hitler və məşuqəsi Eva Braunun qəribə münasibətlərinin hekayəsi

09 İyun 2025 20:17see111

Ekspertlər təhsil sistemindəki boşluqları tənqid etdilər: O kadrlara baxanda utandım

09 İyun 2025 18:14see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri