Icma.az
close
up
RU
Novella Cəfəroğluya vəzifə verildi

Novella Cəfəroğluya vəzifə verildi

Pravda.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ötən gün Ədliyyə Nazirliyi yanında İctimai şura üzvlüyünə seçki keçirilib.

Ədliyyə Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, seçkinin təşkili məqsədilə 9 nəfərdən ibarət Seçki Komissiyası yaradılıb və seçkinin keçiriləcəyi ilə bağlı elan verilib. İctimai şuraya üzv olmaq üçün vətəndaş cəmiyyəti institutlarından 10 nəfərin namizədliyi təsdiq edilib.

Vətəndaş cəmiyyəti institutlarının təmsilçilərinin iştirakı ilə keçirilən seçkinin sonunda möhürlənmiş seçki qutusu açılaraq səslər Seçki Komissiyası üzvlərinin və müşahidəçilərin iştirakı ilə hesablanıb. Səsvermədə namizədliyi qeydə alınmış 10 nəfərdən ən çox səs toplamış 7 nəfər İctimai şuraya üzv seçilib.

Beləliklə, Ədliyyə Nazirliyi yanında İctimai şuranın tərkibi aşağıdakı kimi formalaşıb:

1. Bənənyarlı Səadət İzzət qızı - “Beynəlxalq İnsan Hüquqları Cəmiyyəti Azərbaycan Milli Bölməsi” İctimai birliyinin sədri

2. Cəfərova Novella Cəfər qızı - “D.Əliyeva adına Azərbaycan Qadınlarının Hüquqlarının Müdafiə Cəmiyyəti” İctimai birliyinin sədri

3. Əliyev Əmir İbrahim oğlu - “İnsan Hüquqlarının Təşviqi Mərkəzi” İctimai birliyinin sədri

4. Əsgərova Mətanət Paşa qızı - Azərbaycan Dillər Universitetinin Beynəlxalq münasibətlər kafedrasının, Milli Aviasiya Akademiyasının Hüquq kafedrasının professoru, hüquq elmləri doktoru

5. İsmayılov Xəyyam Cəbrayıl oğlu - Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Dövlət və hüquq nəzəriyyəsi və tarixi kafedrasının professoru

6. Qənizadə Çingiz Aşralı oğlu - “Demokratiya və İnsan Hüquqları Komitəsi” İctimai birliyinin sədri

7. Qocamanlı Səltənət Məmməd qızı - “İnsan Hüquqlarının və Qanunçuluğun Müdafiəsi” İctimai birliyinin sədri

“İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən şuranın səlahiyyət müddəti iki ildir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://pravda.az
archiveBu xəbər 22 Aprel 2025 10:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün İspaniya Portuqaliya finalı var

08 İyun 2025 10:46see185

“Bizə “avtobus müxalifəti” deyənlər bir həqiqəti qulaqlarına sırğa etsinlər ki...”

08 İyun 2025 19:43see132

Alimlər məşqin xərçənglə mübarizədə təsirini sübut edib

08 İyun 2025 14:47see122

Kim deyər ki, 78 yaşı var? Video

08 İyun 2025 23:30see119

Moskvada anbar kompleksində baş verən yanğın nəticəsində iki nəfər ölüb

08 İyun 2025 22:34see117

Levan Davitaşvili: Tbilisi Quru Limanı Orta Dəhlizin inkişafında mühüm rol oynayacaq

08 İyun 2025 20:50see117

Cəlilabadda minik avtomobilləri toqquşub

08 İyun 2025 18:47see115

Vens artıq Maskı tənqid etməyəcək Tramp YASAQLADI

08 İyun 2025 19:39see115

Bu vitamin xərçəngi 10 günə öldürür

09 İyun 2025 02:04see114

Almaniya Fransa matçının ən yaxşı oyunçusu bilindi

08 İyun 2025 20:25see114

Dünyanın ən uzun balığı hansıdır?

09 İyun 2025 02:33see114

Bu nəhəng ölkə husilərə kömək edir: ABŞ yə hücum

09 İyun 2025 03:31see113

Yadplanetlilərə meydan oxuyan media əhlimiz…

10 İyun 2025 00:13see112

Ukrayna üçün şad xəbər Rəsmən elan edildi

09 İyun 2025 01:27see112

Çaylarda su səviyyəsi bu qədər qalxdı

08 İyun 2025 11:06see112

Qazaxıstan Prezidentindən yeni müdafiə nazirinə TAPŞIRIQ

08 İyun 2025 19:25see112

Yeniyetmə fortepianoçumuz Londonda beynəlxalq müsabiqənin qalibi OLDU

08 İyun 2025 23:49see111

Ayxan Abbasov: “Gələcəyə nikbin baxırıq”

08 İyun 2025 22:34see111

Davit Volkovlu Gürcüstan millisi son 4 oyunda üç qələbə və bir heç heçə

08 İyun 2025 22:57see111

Atambayev bu ölkədə mühakimə olunmaq istəyir

08 İyun 2025 10:06see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri