Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

Bazar 60 faiz kiçilib...

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

Novruz bayramı: Əvvəl və indi KASPİ

Novruz bayramı: Əvvəl və indi KASPİ

Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bu gün Azərbaycanda Novruz bayramıdır. Novruz - baharın gəlişini, təbiətin oyanışını, yeni ilin başlanğıcını simvolizə edən ən qədim bayramlardan biridir. Həm də digərlərindən seçilən, insana ümid, motivasiya verən, gələcəyə olan inamını artıran, milli kimliyini xatırladan ən önəmli bayramlardandır.

Lakin xüsusilə şəhərləşmə prosesi Novruzun bəzi adətlərini unutdurur. Bəs hansı adətlər unudulub, yaxud unudulmaq üzrədir? Novruz əvvəl necə qeyd edilirdi, indi necə?

Oxu.Az "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir:

"Yumurta boyayır, noxud, buğda qovururam"

Evdar qadın Fərqanə Şəbiyeva bəzədiyi Novruz süfrəsində adətləri yaşatmağa çalışır. Çünki bu, ona ailəsindən aşılanıb. Hətta atasının ona verdiyi kiril hərfləri ilə yazılan "Novruz" kitabını saxlayır, unutmamaq üçün hər il o kitaba baxır, adətləri yerinə yetirməyə çalışır.

Deyir ki, hər dəfə bayram süfrəsində mütləq yeddi növ nemət olmalıdır:

"Bizim ailədə sonuncu çərşənbə Novruz bayramından seçilmir. Həmin günlər çox şən, əsl toy-bayram ab-havasında olur. Süfrəmdə mütləq səməni olur. Ümumiyyətlə, süfrəyə adları "s" hərfi ilə başlayan yeddi nemət düzürəm. Bunlara sumax, sirkə, süd, səməni, su, səbzi, sünbül daxildir. Şəkərbura, paxlava, qoğal olmadan Novruz bayramını təsəvvür etmirəm. Mütləq yumurta boyayır, noxud, buğda qovururam".

"Axşam od, səhər su üzərindən tullanardıq"

Həmsöhbətimiz deyir ki, kənddə olanda çərşənbədən bir gün sonra sübh vaxtı bulaq başına gedərdilər:

"Hava işıqlanmadan bulaq başına gedər, suyun üzərindən tullanardıq. Çərşənbə axşamı od, çərşənbə günü isə axar su üzərinə ağırlığımızı tökərdik. İndi şəhərdə bunu etmirik, getməyə yer yoxdur. Yadımdadır, anam saçımızın ucundan kəsər, "xəstəlikləriniz bununla getsin" deyər, axar suya atardı".

Ağdamda qalanan böyük tonqallar

Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid deyir ki, Novruz bayramında böyük tonqallar qalanar, uşaq, qadın, kişi - hamı o tonqalın ətrafına toplaşardı:

"Novruz bayramı xalqımızın min ildən bəri gələn milli bayramıdır, ilin təzələnməsi, təbiətin dəyişməsidir. Təbiətin dəyişməsi, eyni zamanda ruhun, insan qəlbinin, şövqünün təzələnməsi ilə müşayiət olunur. Uşaqlığım Ağdamda bir nömrəli məktəbin yanında dördmərtəbəli binada keçib. Yadımdadır ki, o illərdə binamızın yanında Ceyran bağı var idi. Orada çərşənbə axşamları və Novruz bayramında böyük tonqallar qalanardı. Böyük, uşaq, qadın, kişi - hamı heyrətlə tonqal ətrafına toplaşar, "ağırlığım bu tonqalda" deyib tullanardı".

"Həvəslə torbamızın qaytarılmasını gözləyərdik"

Novruz deyəndə ağla gələn ən maraqlı adətlərdən biri papaqatdıdır. Bu adət də artıq unudulmaq üzrədir. Çünki nadir hallarda qonşu qapını açar, papağı götürər. İndi "qapını açma, papaqdır" sözləri daha çox eşidilir. Açdıqda isə papağa pul qoyurlar.

R.Məcid deyir ki, bu mərasim uşaqlar üçün çox maraqlı idi:

"Bizim evə də torba atırdılar, içini şirniyyat, qoz-fındıqla doldurardıq. Biz özümüz də qonşulara torba atar, həvəslə qaytarılmasını gözləyərdik. Ən maraqlısı isə yumurta boyamaq və yarışdırmaq idi. Yumurtanı soğan qabığı ilə qırmızıya boyayardılar, heyrətlə ona baxardım. Yumurta döyüşdürmək prosesi isə bir yarışa çevrilirdi".

"Uşaq qapı pusur, ev sahibi görüb, onu acılayır..."

Folklorşünas alim Elxan Yurdoğlu deyir ki, Novruz bayramı ilə bağlı olan adətlər şəhər yerlərində demək olar ki, unudulmaq üzrədir:

"Kənd yerlərində isə adətlər mümkün dərəcədə qorunub-saxlanılır. Unudulma səbəblərindən biri insanların həddən artıq praqmatik olmasıdır. Şəhər həyatı və müasir texnologiyalar insanların ənənəvi bayramları qeyd etməsinə təsir edir. İnsanlar kənd təsərrüfatına və təbiətə bağlı həyat tərzindən uzaqlaşdıqları üçün bəzi adətlər zamanla yaddan çıxır. Üstəlik, onların texnoloji avadanlıqlara yönəlməsi inanc sisteminə tədricən təsir edib. Məsələn, vaxtilə qapı pusmaq kifayət qədər maraqlı hesab olunurdu və insanlar arzu tutub qapı pusurdular. Artıq bu, nəinki şəhər, kənd yerlərində də sıradan çıxıb. Çünki əksəriyyət bunu normal qəbul etmir. Özüm şahidi olmuşam ki, uşaq qapı pusur, ev sahibi görüb, onu acılayır. Yaxud uşaqlar qapıya torba atırlar, qapını açmırlar. Bu adətlər yavaş-yavaş sıradan çıxmağa başlayır".

Keçmiş ənənələrə bağlılıq itir

Mütəxəssis deyir ki, keçmiş ənənələrə bağlılıq itir, dünya qloballaşır və Azərbaycan insanı da buna uyğunlaşmağa çalışır:

"Novruzdan əvvəl İlaxır çərşənbənin sabahı Günəş doğmadan insanlar su başına gedər, su gətirər, evin künc-bucağına, həyət-bacaya, mal-qaranın olduğu yerə səpərdilər. Bunun mənası yenilik, təmizlik, yeni həyata qədəm qoymaq idi. Bu adət artıq yoxdur. İnsanlar mifə inanmırlar, keçmiş ənənələrə bağlılıq itir, öz dəyərlərindən uzaqlaşırlar. Məsələn, İlaxır çərşənbədəki Novruz tonqalının külünü insanlar həyətdəki ağacların dibinə tökərdilər. Yəni od külə çevrilsə belə, yenidən həyat verirdi. Bunlar indi yoxdur. Tonqalların da ətrafında nadir hallarda böyüklər olar".

Gəlinə gedən Novruz payı

Həmsöhbətimiz deyir ki, ən maraqlı adətlərdən biri valideynlərin öz qızı gəlin köçübsə, evinə Novruz payı göndərmək idi:

"Məsələn, anamın 70 yaşı var. Hər il bayram günü tonqal qalanana kimi ata evindən onun payı gəlir. Düzdür, valideynləri, iki qardaşı, bacıları dünyadan köçüblər, amma buna baxmayaraq, o evdə olan dayım uşaqları anamın payını gətirirlər. Çünki ataları bunu edərdi. Bunlar müasir dövrdə yoxdur. Məsələn, biz kosa, keçəli ancaq müəyyən tədbirlərdə görürük. Amma bunun ənənəsi var idi".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:337
embedMənbə:https://oxu.az
archiveBu xəbər 20 Mart 2025 17:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see696

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see460

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see453

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see419

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see404

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see399

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see361

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see302

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see287

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see285

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see259

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see254

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

06 Noyabr 2026 14:01see243

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

06 Noyabr 2026 16:51see240

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see239

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

06 Noyabr 2026 13:49see236

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

06 Noyabr 2026 17:48see235

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see233

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

06 Noyabr 2026 13:44see226

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see214
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri