Icma.az
close
up
RU
Türkiyədən Netanyahu və digər 37 israilli rəsmiyə qarşı həbs qərarı

Türkiyədən Netanyahu və digər 37 israilli rəsmiyə qarşı həbs qərarı

Milli.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İstanbul Cumhuriyyət Baş Prokurorluğu İsrailin Qəzza bölgəsində həyata keçirdiyi hərbi əməliyyatlar və "Küresel Sumud Filosu"na qarşı hücumlarla bağlı aparılan istintaq çərçivəsində, İsrailin Baş naziri Benyamin Netanyahu da daxil olmaqla 37 yüksək vəzifəli şəxs barəsində "soyqırım" və "insanlığa qarşı cinayətlər" ittihamları ilə həbsə alınma məqsədli axtarış qərarı verib.

Milli.Az xəbər verir ki, axtarış qərarı çıxarılan şəxslər arasında İsrail Baş naziri Binyamin Netanyahu, Müdafiə naziri Yisrael Katz, Sərhəd Təhlükəsizliyi naziri İtamar Ben Qvir, Baş Qərargah rəisi Eyal Zamir və Hərbi Dəniz Qüvvələri Komandanı David Saar Selama da yer alır.

Baş Prokurorluğun açıqlamasında qeyd edilir ki, İsrail ordusunun Qəzza zolağında sistemli şəkildə həyata keçirdiyi hücumlar nəticəsində minlərlə mülki şəxsin, o cümlədən qadın və uşaqların həyatını itirdiyi, çox sayda yaşayış məntəqəsinin dağıdıldığı, xəstəxanalar və humanitar obyektlərin hədəf alındığı sübuta yetirilib.

Bildirilib ki, xüsusilə 7 oktyabr 2023-dən bəri hücumların artdığı, 17 oktyabr 2023-də Əl-Əhli Baptist Xəstəxanəsinə edilən zərbə nəticəsində 500-dən çox insanın öldüyü, humanitar yardımın qarşısının alındığı və Qəzzanın mühasirəyə alındığı beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılıb.

Bundan əlavə, Qəzzaya humanitar yardım çatdırmağı hədəfləyən "Küresel Sumud Filosu"nda iştirak edən aktivistlərə qarşı edilən müdaxilələrlə bağlı da istintaq davam edir. Flotiliyada tutulan şəxslərin ifadələrinin alındığı və tibbi ekspertizadan keçirildikləri bildirilib.

Prokurorluq qeyd edib ki, istintaq çoxşaxəli şəkildə davam edir və məsul şəxslərin beynəlxalq hüquq çərçivəsində cavab verməsi üçün hüquqi prosedurlar həyata keçirilir.
Lalə Qüdrətova
Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:177
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 08 Noyabr 2025 01:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri