Icma.az
close
up
RU
Zəfər Günü xalqımızın qürur və iftixar bayramıdır

Zəfər Günü xalqımızın qürur və iftixar bayramıdır

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Şirvan, 8 noyabr, Aydın Yavərzadə, AZƏRTAC

8 Noyabr- Zəfər Günü münasibətilə Şirvan şəhərində silsilə tədbirlər təşkil edilib.

Şirvan Şəhər İcra Hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, silsilə tədbirlər “Konstitusiya və Suverenlik İli” çərçivəsində 8 Noyabr – Zəfər Gününə həsr olunan “Ata vəsiyyətinin zəfəri” adlı tədbirlə başlayıb. Öncə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət edilib.

Sonra Şirvan Şəhər Heydər Əliyev Mərkəzində Ulu Öndərin Azərbaycan xalqı, dövləti qarşısında tarixi xidmətlərini, həyat və fəaliyyətinin mühüm məqamlarını əks etdirən eksponatlara, "Heydər Əliyev və müstəqil Azərbaycan" və "Ulu Öndər Heydər Əliyev Şirvanda" bölmələrinə baxış keçirilib. Şirvan Şəhər İcra Hakimiyyətində davam edən tədbirdə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi sükutla yad edilib.

Çıxış edən şəhər icra hakimiyyətinin başçısı İlqar Abbasov bildirilib ki, ölkəmizdə 8 noyabr – Zəfər Günü xalqımızın qürur və iftixar bayramı kimi qeyd olunur. Bu bayram 44 günlük Vətən müharibəsində qazanılan şanlı Qələbəmizin, xalqımızın birliyinin, dövlətimizin qüdrətinin və ata vəsiyyətinin gerçəkləşməsinin rəmzidir.

Digər çıxışçılar da Müzəffər Ali Baş Komandanı İlham Əliyevin qətiyyəti, şanlı Azərbaycan Ordusunun rəşadəti nəticəsində ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunduğunu qeyd ediblər. Daha sonra “Qızıl payız” sənədli film nümayiş olunub, həmçinin növbəti ağacəkmə aksiyası təşkil edilib.

Tədbirlərin davamı olaraq Şirvan Şəhər İcra Hakimiyyəti və Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının birgə təşkilatçılığı ilə şəhərin Heydər Əliyev meydanında konsert təşkil edilib. Rəqs ansamblının instrumental heyəti və solistlərinin ifası ilə keçirilən konsert proqramı möhtəşəm atəşfəşanlıqla sona çatıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:188
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 Noyabr 2025 01:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see446

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see444

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see332

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see296

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see285

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see279

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see275

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see273

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see229

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see223

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see223

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see218

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see218

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see213

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see213

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see210

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see199

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see197

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see185

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri