Haluk Leventin konsertində qan töküldü
Icma.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Mersinin Tarsus rayonunda keçirilən 4-cü Beynəlxalq Tarsus Festivalı çərçivəsində müğənni Haluk Leventin konseri zamanı dava baş verib. Hadisə zamanı bir nəfər bıçaqla yaralanaraq xəstəxanaya aparılıb.
Milli.Az xəbər verir ki, konsert zamanı iki qrup arasında mübahisə yaranıb və mübahisə tezliklə davaya çevrilib. Dava zamanı 34 yaşlı U.İ. adlı şəxs bıçaqla ayağından yaralanıb. Yaralı təcili tibbi yardım tərəfindən Tarsus Dövlət Xəstəxanasına çatdırılıb.
Hadisədən sonra şübhəli şəxs hadisə yerindən qaçıb. Polis, həmin şəxsin saxlanılması üçün əməliyyat-axtarış tədbirlərinə başlayıb.
Hadisə ilə bağlı araşdırma davam edir.
Lalə Qüdrətova
Milli.Az
Bu mövzuda digər xəbərlər:Haluk Leventin vəziyyəti açıqlandı
22 May 2026 16:50
Haluk Leventin səhhətində problem yarandı
23 Dekabr 2024 20:28
Afrika Mənzil Fondunun (AHF) proqram meneceri: “Haluk Leventin çıxışından zövq aldım” VİDEO
18 May 2026 14:30
Xəstəxanaya yerləşdirilən Haluk Leventin son durumu açıqlandı Xəbər saytı Son xəbərlər və Hadisələr
24 Dekabr 2024 17:14
Alişanın konsertində qan töküldü
30 İyun 2025 15:23
Baxış sayı:88
Bu xəbər 08 Noyabr 2025 01:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















