Icma.az
close
up
RU
Novruz gəlir Bu məhsullar bahalaşacaq

Novruz gəlir Bu məhsullar bahalaşacaq

Demokrat.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Novruz bayramı yaxınlaşdıqca bazarlarda canlanma müşahidə olunur. Bayram süfrəsinin əsas atributları olan quru meyvələr, çərəzlər, şirniyyat məhsulları və bəzi kənd təsərrüfatı məhsullarına tələbatın artması qiymətlərə də təsir edir. Bəs görəsən, qarşıdan gələn Novruz bayramı ərəfəsində daha çox hansı məhsullar bahalaşa bilər?
Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı ekspert Akif Nəsirli Demokrat.az-a bildirib ki, Novruz bayramı ərəfəsində bazarda tələbatın artması bir sıra ərzaq məhsullarının qiymətində yüksəlişə səbəb ola bilər:
“Bayram süfrəsi üçün ən çox istifadə olunan məhsullara tələbat çoxaldığı üçün satıcılar qiymətləri artırmağa meylli olur. Bəzi hallarda qiymətlər orta hesabla 10-25 faiz aralığında yüksələ bilər.  Ən çox bahalaşan məhsullar adətən çərəzlər və quru meyvələr olur. Qoz, fındıq, badam, püstə, eləcə də iydə, innab və xurma kimi məhsullara Novruz süfrəsində geniş yer verildiyi üçün onların qiymətləri bayrama yaxın günlərdə yüksələ bilir. Bazarlarda bu məhsulların qiymətinin həm tələbatın artması, həm də bəzi hallarda məhsul qıtlığı səbəbindən dəyişdiyi qeyd olunur. Bayram günlərində ət və ət məhsullarında da müəyyən bahalaşma müşahidə oluna bilər. İnsanlar bayram süfrəsi üçün daha çox ət məhsulları aldıqları üçün bu kateqoriyada qiymətlərin yüksəlməsi tez-tez rast gəlinən haldır”.
O qeyd edib ki, yumurta, şəkər tozu və un məmulatlarına da tələbat artır və bu da qiymətlərə təsir edə bilər:
“Meyvə və bəzi tərəvəzlərin qiyməti də bu dövrdə yüksələ bilər. Bayram süfrəsində istifadə olunan alma, armud, portağal, mandarin və digər meyvələrə tələbat artdığı üçün bazarda qiymətlərdə dəyişiklik müşahidə olunur.  Novruz bayramı ərəfəsində qiymət artımı əsasən tələbatın sürətlə yüksəlməsi ilə bağlı olur. İnsanlar bayram süfrəsini daha bol və zəngin hazırlamağa çalışdıqları üçün bazarda alıcılıq aktivləşir və bu da müəyyən məhsulların bahalaşmasına səbəb olur”.
Leyla Turan
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:414
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 10 Mart 2026 21:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see530

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see287

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see280

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see276

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see269

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see268

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see262

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see255

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see237

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see234

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see234

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see230

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see221

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see220

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see220

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see213

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see211

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see210

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see208

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri