Icma.az
close
up
RU
Novruzda “papaq atdı” adəti ilə bağlı BİLMƏDİKLƏRİMİZ: Folklorşünas SİRLƏRİ AÇDI KONKRET

Novruzda “papaq atdı” adəti ilə bağlı BİLMƏDİKLƏRİMİZ: Folklorşünas SİRLƏRİ AÇDI KONKRET

Icma.az, Konkret.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Novruz bayramı özündə xalqımızın milli dəyərlərini, mənəvi dünyasını birləşdirir. Novruzu digər bayramlardan fərqli edən həm də maraqlı adət-ənənələridir.

Folklorşünas Atəş Əhmədli KONKRET.az-a Novruz bayramının maraqlı adət-ənənələri haqda müsahibə verib:

-Novruz bayramının tarixi hara gedib çıxır?

-Novruzun tarixi konkret yazılı mənbə əsasında bizə gəlib çıxmayıb. Bu, şifahi ənənədir. Əziz bayramdır. Qış zamanı təbiətin ölməsi, və yazda təbiətin dirilməsinin şəninə törənlər keçirilir. Hər il Yer, Günəş ətrafında dövr edir. Bir illik dövrədən sonra günəş cənubdan şimal yarımkürəsinə keçir. Bu zaman yaz bərabərliyi deyilən nöqtədə gecə-gündüz bərəbərliyi baş verir. Şimal yarımkürəsində yaşayan bütün xalqların həyatında bahar fəsli qeyd olunur.

Bu, təkcə bizdə deyil, İspaniyada, Fransada, Yaponiyada, Makedoniyada, xristian dünyasında da yaz bayramı şəklində qeyd edilir. Novruzun tarixi haqqında danışmaq bir qədər çətindir. Mütəşəkkil bayram şəkilində olması qədim dövrlərdən bu formada özünü biruzə verməyib. Çünki bunun mifaloji qaynaqları var. Təbiət hadisələrini insan öyrənməyə çalışıb, təsir göstərmək istəyib. Bu dəyişimlər zaman-zaman insanı düşündürürdü. Nəhayət ilin dəyişməsi rituallarla, mifoloji düşüncədən bir başa miflərə keçid edib.

10-cu əsrdən sonra bu ənənənin Novruz şəkilində keçirilməsi ilə bağlı əlimizdə bilgilər var. Məhz Novruz sözünün meydana gəlməsi, bayramın “Novruz” adlandırılması 11-ci əsrdə türk Səlcuq hökmdarı Məlik şahın birbaşa başçılığı altında yaradılmış komissiyada öz əksini tapıb. Ömər Xəyyamın hətta “Novruznamə” əsəri var. Bu əsərdə bütün Novruzun xüsusiyyətləri, ilin, fəsillərin dəyişilməsi, fəsillərin fərqləri, fəsillər arasında müddət, fəsillər arasında 3 ayın təyin olunması, hər 3 aydan bir fəsilin dəyişilməsi halı və sair öz əksini tapıb. O vaxta qədər fəsillər 6 aydan bir dəyişilirdi. Zərdüştlük dövründə fəsillər 6 ay qış, 6 ay yay dövrünə bölünürdü.

Elm inkişaf etdikcə, astronomlar bu sahədə aparılan təcrübəni müəyyənləşdirdikdən sonra fəsillərin 3 aydan bir dəyişilməsi halını müşahidə etdilər.

-Novruzu atəşpərəstliklə, farslarla bağlayanlar var. Bu barədə nə deyə bilərsiz?

– Zərdüştlük dövründə bu bayrama yeni əlavələr olundu. Odu insanlar daha müqəddəs hesab etməyə başladılar. Novruzda tonqalın üstündən tullanırıqsa, Zərdüştlükdə nəinki tullanmaq, heç ona yaxınlaşmaq belə yasaq idi. Odu gətirən insanlar, kahinlər xüsusi olaraq ağızlarına niqab çəkərdilər. Nəfəsləri belə oda dəyməməli idi. Son dərəcə müqəddəs dəyər kimi qorunurdu. Deməli odun üzərindən tullanırıqsa, bu, Zərdüştlüyə aid bayram deyil. Deməli Zərdüştlükdən öncə də adətlərlə, ənənələrlə bağlı tələblər var idi. Amma Zərdüştlükdə təbii ki, əlavələr oldu. Od xüsusi təlim kimi önə çəkildi. Dünyanın yaranmasında əsas iştirak edən elementlər su, od, yel və torpaqdır. Bu gün biz 4 çərşənbəni qeyd edirik. Hər bir çərşənbənin qeyd edilməsi cismin oyanması kimi xarakteriza olunur. Hər həftə təbiət oyanır. Bu, təbiətin oyanması məsələsi kimi diqqət çəkir. Eyni zamanda dünyanın yaranmasında iştirak edən dəyər olduğunu sübut edir.

İrana da bu bayram Zərdüştlük təlimi ilə keçib. Necə ola bilər ki, İranın yaratdığı dəyər olsun? Zərdüştün özünün əslən türk olduğu haqqında bilgilər var. İran hökmdarı Daranın dövründə bu təlim yayılır. Sonradan farslar da Novruzu mənimsəyirlər.

-Papaq atmaq adəti ilə müxtəlif yanaşmalar ortaya çıxıb. Papağı qapı ağzına atmaq düzgündürmü?

-Papağın atılması ciddi məsələrdəndir. Əslində bu ənənə papaq ilə icra olunmayıb. Vaxtı ilə buna torba, qurşaq, xurcun və sair ilə atılırdı. Bir vaxt xalqın geyim növləri olub. Məsələn, gənc oğlanlar bellərinə qurşaq bağlayırdılar. Qurşağı açıb atardılar. Papağın atılması gigyenik qayda baxımdan da düzgün deyil. Papağın ayaqlar altına atılması məqsədyönlü deyil. Uşaq bunu dərk etməyə bilər. Ancaq uşağa da bu məsələləri vaxtında başa salmaq lazımdır ki, papaq xalqımızın qeyrət rəmzidir. Papaq başa qoyulur. Baş da ucalıqdır. Odur ki, novruzda papağın atılması düzgün deyil.

Aynurə İsmayıl
KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:172
embedMənbə:https://konkret.az
archiveBu xəbər 20 Mart 2025 21:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see252

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see191

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see160

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see160

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see154

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see144

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see143

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see142

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see137

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see135

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see135

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see135

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see132

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see130

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see130

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see129

Leonardo Di Kapriodan Titanik filmi ilə bağlı ETİRAF

21 Dekabr 2025 08:44see129

“Araz Naxçıvan” “Şamaxı”nı qəbul edir YENİLƏNİR

21 Dekabr 2025 12:07see128

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see128

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri