Icma.az
close
up
RU
Menu

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

“Eyni tempdə davam edirik” Rui Jorje

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

Novruzovun nazirlə “dueli”: Babayev niyə əsəbiləşdi? KONKRET

Novruzovun nazirlə “dueli”: Babayev niyə əsəbiləşdi? KONKRET

Icma.az bildirir, Konkret.az saytına əsaslanaraq.

Milli Məclisin ötən gün baş tutan iclasında millət vəkili Siyavuş Novruzovun şəhid ailələri, veteranların əlillik alması və məşğulluqla bağlı ictimaiyyətdəki bəzi fikirləri dilə gətirməsi sosial şəbəkələrdə də müzakirəyə səbəb olub.

Ən yaralı yerlərdən biridir veteranların əlillik müraciəti və onun qiymətləndirilməsi. Əsgərin öz silahdaşının, qardaşının, döyüşdə kürək-kürəyə savaşdığı yoldaşının qolları üstə can verməsini görməsi, onun bədən üzvlərinin parçalanmasını müşahidə etməsindən dəhşətli nə ola bilər? Siyavuş Novruzov müharibə görmüş adamdır, ona görə də deyirdi ki, heç bir “kompüter, aparat” o əsgərin hansı travma aldığını təyin edə bilməz, bunu anlamaq üçün o kateqoriyadan olan insanlara tamamilə ayrı prizmadan yanaşılmalıdır.

Haqsızdırmı?

Nazir Sahil Babayev isə elə məhz bu müzakirənin getdiyi Milli Məclisin təsdiqlədiyi qanunverici bazanı əsas götürür.

Haqsızdırmı?

Heç biri haqsız deyil.

Ancaq məsələ bundadır ki, yüngül silahlarla sıldırım, sal qayaları yaralı yoldaşını çiyninə alıb qalxmaq və möcüzə bir əməliyyatla Şuşanı azad etmək, Vətəni xilas üçün hərəkətə keçən Ordunun sürətinin azalmaması naminə minanı öz canıyla zərərsizləşdirmək əsgər qanunlarında yoxdur, dünya hərb tarixində də rast gəlinməyib! Bu möhtəşəm Ordunun fədakar əsgərlərinin 44 gündə dünyanı heyrətə salan cəsarəti qanunvericiliyin tələbləri üzərində qurulmamışdı; Bu bir könül işi, haqq işi, ruh halı, Vətən sevgisi, inanılmaz duyğu idi!

Bu cür insanlara qanunun soyuq məntiqini tətbiq etmək olmur, olmaz, yaramaz!

Bu veteranlara yaponun, almanın, yəhudinin qayırdığı aparatlar diaqnoz qoya bilməz!

Siyavuş Novruzov “könül işi” istəyirdi, fərdi yanaşma xahiş edirdi, veteranların ürəyi-beyninə insani yanaşma tələb edirdi. Bunu isə insan ölçməlidir, hissi-duyğusu olan, Vətəni sevən – aparat yox!

Ayrı bir qiymətləndirmə qrupu, komissiyası, heyəti yaradın, üzvlərini ildə 1-2 dəfə Cıdır düzünə aparıb, Ordumuzun əsgərlərinin dırmaşdığı sal qayaları göstərin! Onlar əmin-amanlıqda mahir alpinistlərin minbir vasitə ilə dırmaşa biləcəyi sal qayanı əsgərlərimizin çiynində silah, əlində avtomatla gecə qaranlığında necə qalxdığı möcüzəsini görüb, sonra qayıdıb, o əsgərlərin yadigarlarına “diaqnoz” qoymalıdırlar.

O ki qaldı məşğulluqla bağlı bəzi şəxslərə xəstə heyvanların verilməsinə, bu barədə kifayət qədər görüntülər var, hətta çəkiliş zamanı yıxılıb ölən “məşğulluq inək-qoyunu” da olub!

İndiyə qədər bu heyvanların alınması üçün hansı tenderlərin keçirildiyi, tenderləri kimlərin udduğu, bir iribuynuzlu və ya xırdabuynuzlu damazlıq heyvanın neçəyə başa gəldiyi, hansı ölkədən və ya regiondan necə alındığı haqda tam təfərrüatlı hesabat, əlçatan informasiya yoxdur! Bu istiqamətdə edilən müraciəti də Məşğulluq cavablandırmır!

Halbuki bu heyvanların alınmasında ciddi narahatlıqlarla bağlı dəfələrlə ictimai etiraz olub!

Yalnız o hesabat – detallarına qədər açıqlandığı, bu istiqamətdə nə qədər vəsait xərcləndiyi, tenderləri udan şirkət və ya şəxslərin kimlər olduğu ortaya çıxandan sonra qəti fikir demək olar!

Nazir əsəbiləşir, faktsız danışdığına görə millət vəkilini qınayır.

Haqsızdırmı?

Demək, konkret danışmaq lazım gəlir: əvvəlcə hesabatı tələb edin, tenderləri tam incələyin, ayrılan vəsaitləri və alınmış heyvanların o vəsaitlərə adekvat olub-olmadığını müəyyənləşdirmək üçün ictimai müzakirəyə buraxın, sonra naziri araşdırma aparmağa səsləyin!/axaraz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:207
embedMənbə:https://konkret.az
archiveBu xəbər 27 Noyabr 2024 14:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see343

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see329

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see325

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see306

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see300

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see298

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see289

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see280

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see268

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see264

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see252

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

19 Noyabr 2026 13:48see251

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see246

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

19 Noyabr 2026 15:03see242

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see237

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see229

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see225

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see222

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see221

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see217
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri