Icma.az
close
up
RU
Menu

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Yenidən məhkəmədə üz üzə gələcəklər

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

Qarabağın dirçəlişi naminə həmrəylikdən danışıldı

Qarabağın dirçəlişi naminə həmrəylikdən danışıldı

Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Anım Gününün 5-ci ildönümü münasibətilə “Qarabağın azad olunması və dirçəlişində ictimai həmrəyliyin rolu” mövzusunda dəyirmi masa keçirilib.
Modern.az xəbər verir ki, Qarabağ Dirçəliş Fondu və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Milli Məclisinin deputatları, dövlət və hökumət rəsmiləri, Vətən uğrunda canlarını fəda edən şəhidlərimizin ailə üzvləri, qazilər, etnik və dini icma rəhbərləri, eləcə də ictimaiyyət və media nümayəndələri iştirak ediblər.

İlk olaraq Vətənimizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev qeyd edib ki, Qarabağ uğrunda əldə olunmuş tarixi Zəfər xalqımızın sarsılmaz birliyi və həmrəyliyinin parlaq təcəssümüdür.

Qarabağın bərpası ilə bağlı fikirlərini bölüşərkən Rəhman Hacıyev bildirib ki, dövlət başçısının rəhbərliyi altında işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri cəmiyyətin müxtəlif təbəqələrinin fəal iştirakı sayəsində daha da güclənir və geniş vüsət alır.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov qeyd edib ki, 27 Sentyabr – Anım Günü xalqımızın milli iradəsinin və birliyinin təntənəsinin rəmzidir.

İcraçı direktor bildirib ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi hər zaman milli birliyi, vətənpərvərlik ruhunu, Azərbaycan xalqının əsrlərdən bəri formalaşdırdığı sülh, tolerantlıq və multikultural dəyərləri təbliğ edir: “Bu dəyərlər Vətən müharibəsində qazandığımız qələbədən sonra işğaldan azad edilmiş bütün ərazilərimizin dirçəlişində də əsas yol göstəricimiz olacaq. Qarabağ Dirçəliş Fondu ilə birgə təşkil etdiyimiz tədbir də məhz bu amalın davamıdır. Bizim borcumuz yalnız şəhidlərimizin xatirəsini anmaq deyil, eyni zamanda onların arzularını gerçəkləşdirmək, azad edilmiş torpaqlarımıza yenidən həyat vermək, sülhün və rifahın təmin olunması uğrunda var gücümüzlə çalışmaqdır”.
Azərbaycan Dillər Universitetinin rektoru, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Himayəçilik Şurasının sədri, Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının üzvü Kamal Abdullayev vurğulayıb ki,  44 günlük Vətən müharibəsi təkcə hərbi zəfər deyil, həm də mənəvi zəfərdir.
Qarabağ Dirçəliş Fondunun Fandreyzinq və kommunikasiya şöbəsinin müdiri Pərvin Bağırovanın moderatorluğu ilə keçən tədbirdə çıxış edən Milli Məclisin deputatları Fariz İsmayılzadə, Tural Gəncəliyev, Ceyhun Məmmədov, Mixail Zabelin, Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev, Qafqaz Müsəlmanları İdarəsinin sədrinin müavini Fuad Nurullayev, etnik-dini icmaların nümayəndələri və digər natiqlər qeyd ediblər ki, Vətən müharibəsində qazandığımız tarixi qələbə təkcə hərbi gücümüzün deyil, həm də ictimai həmrəyliyimizin, milli və dini müxtəlifliyimizin birgə dəyərə çevrilməsinin nəticəsi oldu. Azərbaycanda yaşayan bütün xalqlar, dini konfessiyalar, müxtəlif icmalar həmin dönəmdə bir amal uğrunda birləşərək dövlətimizin yanında olduqlarını nümayiş etdirdilər.
Qeyd edək ki, tədbir zamanı Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən hazırlanan və Zəfər Gününə həsr edilən “Biz birlikdə güclüyük” qısametrajlı sənədli film də nümayiş olunub. Eyni zamanda tədbir iştirakçıları işğaldan azad edilən ərazilərdə aparılan bərpa-quruculuq işlərini əks etdirən “Faciədən Zəfərə” fotosərgisi ilə tanış olublar.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:181
embedMənbə:https://modern.az
archiveBu xəbər 25 Sentyabr 2025 14:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see725

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see689

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see688

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see519

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see500

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see487

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see484

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see417

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see369

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see360

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see359

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see352

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see348

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see341

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see340

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see336

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

07 Oktyabr 2026 16:40see332

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see330

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see321

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

07 Oktyabr 2026 15:33see310
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri