Icma.az
close
up
RU
“Qarabağın Dirçəlişi: Azərbaycan İntibahının Hekayəsi” kitabının təqdimat mərasimi keçirilib

“Qarabağın Dirçəlişi: Azərbaycan İntibahının Hekayəsi” kitabının təqdimat mərasimi keçirilib

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 8 dekabr, AZƏRTAC

Qarabağ Dirçəliş Fondunun sifarişi ilə hazırlanan “Qarabağın Dirçəlişi: Azərbaycan İntibahının Hekayəsi” kitabının təqdimat mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, Vətən uğrunda canlarını fəda edən şəhidlərimizin ailə üzvləri, Qarabağ müharibəsi iştirakçıları, Fondun donor və tərəfdaşları, eləcə də ölkənin ictimai-mədəni həyatında önəmli rolu olan şəxslər və media nümayəndələri iştirak ediblər.

İlk olaraq Dövlət Himni səsləndirilib, daha sonra Vətənin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Açılış nitqi ilə çıxış edən Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev “Qarabağın Dirçəlişi: Azərbaycan İntibahının Hekayəsi” kitabının əhəmiyyəti və hazırlanma prosesi ilə bağlı geniş məlumat verib.

Qeyd olunub ki, bu kitab Qarabağın tarixini, azad olunmasını və bərpa prosesini mətn, fotoşəkillər, eləcə də rəsmi şəxslərin, dövlət nümayəndələrinin və ekspertlərin müsahibələrini, o cümlədən doğma torpaqlarından didərgin düşmüş insanların xatirələrini də özündə birləşdirməklə geniş şəkildə işıqlandırır.

Rəhman Hacıyevin sözlərinə görə, kitabın hazırlanmasında məqsəd Qarabağ həqiqətlərinin, eyni zamanda Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən irimiqyaslı bərpa və quruculuq işlərinin, həmçinin Azərbaycanın regionda dayanıqlı sülhün təmin olunması istiqamətində səylərinin beynəlxalq ictimaiyyətə çatdırılmasıdır.

“Kitab Azərbaycan və Ermənistan-Azərbaycan münaqişəsi həqiqətləri ilə yaxından tanış olan tanınmış britaniyalı yazıçı Qrem Vilsonun dərin analitik yanaşmasını və bənzərsiz hekayəçilik bacarığını özündə birləşdirir. 500-ə yaxın səhifəni əhatə edən “Qarabağın Dirçəlişi: Azərbaycan İntibahının Hekayəsi” sadəcə bir kitab deyil - mətn, fotoşəkillər və interaktiv rəqəmsal materiallarla zənginləşdirilmiş, Qarabağın dirçəliş hekayəsini oxucunun qarşısında bütün rəngləri ilə canlandıran bir salnamədir. Kitab Qarabağın münaqişə dövründən bugünkü günə qədər olan dövrü əhatə edir. Həmçinin innovativ olan kitabın səhifələrində çoxsaylı müxtəlif QR kodlar yerləşdirilib ki, bununla da oxucular bu kitab üçün yaradılmış veb-saytda daha çox məlumat əldə edə bilərlər. Eyni zamanda, oxucular xüsusi QR-kod vasitəsilə süni intellekt əsasında yaradılmış köməkçi ilə kitabın mətnini, məzmununu müzakirə edə bilərlər. Mənə elə gəlir ki, kitab dövlətimizin dostları, qonaqları üçün gözəl bir hədiyyə ola bilər”, - deyə Rəhman Hacıyev vurğulayıb.

Yaxın gələcəkdə kitabın Azərbaycan dili ilə yanaşı, rus və türk dillərində də həm çap, həm də elektron kitab formatında buraxılacağını diqqətə çatdıran Rəhman Hacıyev bildirib ki, onu fərqləndirən əsas xüsusiyyət məzmunun hibrid formada təqdim olunmasıdır.

“Nəşr tam şəkildə www.book.revival.az platformasına inteqrasiya edilib və fond tərəfindən hazırlanmış süni intellekt əsaslı “Zəfər” adlı bələdçi vasitəsilə daha da zənginləşdirilib. Kitab təkcə Azərbaycan üçün deyil, həm də qlobal nəşriyyat sahəsi üçün postmünaqişə dövrünün tarixi təhlili baxımından mühüm bir yenilikdir”, - deyə Rəhman Hacıyev vurğulayıb.

Sonra işğaldan azad edilmiş ərazilərin bərpasını və dirçəlişini əks etdirən “Faciədən Zəfərə” videoçarxı nümayiş olunub.

Tədbirdə çıxış edən digər natiqlər kitabın əhəmiyyətini qeyd etməklə yanaşı, onun Qarabağda baş verən hadisələrlə bağlı həqiqətlərin, eyni zamanda Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilən ərazilərdə aparılan bərpa və yenidənqurma işlərinin və ölkəmizin regionda davamlı sülhün bərqərar olunması istiqamətində səylərinin beynəlxalq auditoriyaya çatdırılmasına böyük töhfə verəcəyinə əminliklərini ifadə ediblər. Çıxışlardan sonra tədbir iştirakçıları “Qarabağın Dirçəlişi: Azərbaycan İntibahının Hekayəsi” kitabının videotəqdimatını izləyiblər.

Videotəqdimatdan sonra tədbir müəlliflə sual-cavab sessiyası ilə davam edib. Britaniyalı yazıçı Qrem Vilson tədbir iştirakçılarının kitabla bağlı ona ünvanladıqları çoxsaylı sualları cavablandırıb.

Tədbirin sonunda Qarabağın bərpası istiqamətində görülən işlərə dəstək olmaq məqsədilə Qarabağ Dirçəliş Fonduna ianə edən “İteca Caspian” və “Caspian Event Organisers” şirkətlərinə, eləcə də PAŞA Kapital İnvestisiya Şirkətinə Fondun adından “İanə sertifikatı”, eyni zamanda “Qarabağın Dirçəlişi: Azərbaycan İntibahının Hekayəsi” kitabı təqdim olunub.

Qeyd edək ki, tədbir zamanı işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və quruculuq işlərini, eləcə də Qarabağın zəngin təbiətini və nadir flora-faunasını əks etdirən “Qarabağın Dirçəlişi: Azərbaycan İntibahının Hekayəsi” fotosərgisi də nümayiş edilib. Britaniyalı yazıçı Qrem Vilsonun eyniadlı kitabında yer alan təsirli fotolar əsasında hazırlanan sərgi tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.

-1 / 7

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:39
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 Dekabr 2025 13:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see264

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see245

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see236

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see234

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see233

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see219

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see211

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see195

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see193

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see184

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see184

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see181

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see167

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see160

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see159

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see156

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see145

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri