Novxanıda yük maşınının sürücüsü kobud qayda pozub qorxulu anlar yaşatdı VİDEO
Avtosfer saytına istinadən Icma.az xəbər verir.
Binəqədi-Novxanı yolunda kobud qayda pozan sürücü avtomobillərə qəza şəraiti yaradıb.
Avtosfer.az-ın məlumatına görə, hadisə aprelin 18-də saat 09:38 radələrində qeydə alınıb. Videodan da göründüyü kimi, “Mercedes” markalı yük maşınının sürücüsü qoşa xəttin tələbini pozaraq geriyə dönmə manevri edib. Əks istiqamətli yolda hərəkətdə olan 77-BC-755 dövlət nömrə nişanlı “Opel” markalı avtomobilin sürücüsü baş verəcək qəzadan xilas olmaq üçün qəfil sağa manevr etməli olub. Bu vaxt isə o, həmin zolaqdakı maşına təhlükə yaradıb. Görüntünü qeydə alan sürücü də öz növbəsində sağa manevr edərək maşını yol kənarına sürüb.
Daha sonra sürücülər arasında mübahisə yaranıb. Görüntünü qeydə alan sürücü “Bura yolu dönmək yeridir?” deyərək qayda pozan şəxsə sual verib. O isə “Bu boyda maşını görmürsən?” söyləyərək sürücünü səhv çıxarıb.
Nərmin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:140
Bu xəbər 18 Aprel 2025 19:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















