NTD gənc basketbolçulara şans verməyə davam edəcək
Idman.biz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Azərbaycan Basketbol Liqasının (ABL) təmsilçisi NTD qışa qədər yeni legioner transfer etməyi planlaşdırmır.
Bu barədə klubun mətbuat xidmətindən azb.az-a bildirilib ki, yanvar ayına qədər komandaya yeni əcnəbi basketbolçunun dəvət olunması nəzərdə tutulmayıb.
Məşqçilər korpusunun qərarına əsasən, NTD mövsümün ilk yarısını hazırda heyətdə yer alan üç legionerlə tamamlayacaq.
Onlar bu müddət ərzində öz akademiyasına və gənclər sisteminə üstünlük verəcək. Belə ki, U-16 və U-18 komandalarından olan perspektivli yerli basketbolçuların əsas heyətin məşqlərinə və oyunlarına cəlb olunması gözlənilir.
Klubun mətbuat xidmətindən o da əlavə olunub ki, heyətin yeni legionerlərlə gücləndirilməsi məsələsinə yanvar ayında yenidən baxıla bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 12 Oktyabr 2026 17:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















