“Yetirmələrimizə şans verməyə çalışdıq” Azər Məmmədov
Qol.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Kəpəz”in baş məşqçisi Azər Məmmədov Azərbaycan Kubokunun 2-ci təsnifat mərhələsində “Baku Sportinq”i 3:1 hesabı ilə məğlub etdikləri oyun barədə fikirlərini bölüşüb.
QOL.az xəbər verir ki, mütəxəssis əvvəlcə azarkeşlərə təşəkkür edib:
“Azərbaycanda kubok oyunlarında tamaşaçı sayının az olduğunu görürük. Amma bu gün Gəncə stadionunda azarkeşlərimiz bir daha göstərdilər ki, hər zaman “Kəpəz”in yanındadırlar. Dəstəklərinə görə onlara minnətdaram”.
Baş məşqçi görüşdə daha az oynayan futbolçulara şans verdiklərini bildirib:
“Bu gün çalışdıq ki, daha az vaxt qazanan futbolçulara, həmçinin zədədən qayıdan bəzi futbolçularımıza şans verək. Buna görə kubok oyunu bizim üçün yaxşı fürsət idi. Sevindirici haldır ki, Gəncə futbolunun yetirməsi olan beş futbolçu əsas heyətdə meydana çıxdı, daha biri isə sonradan oyuna daxil oldu. Daha çox yerli yetirməmizə şans verməyi planlaşdırırdıq, amma oyunun gedişi bizi başqa qərarlar verməyə məcbur etdi”.
Azər Məmmədov kubok matçlarının çətin keçdiyini vurğulayıb:
“Rəqibin hansı liqada çıxış etməsindən asılı olmayaraq kubok oyunları həmişə çətin olur. İlk hissədə müəyyən çətinliklər yaşadıq, ikinci hissədə isə komandamızın istədiyimiz futbolu nümayiş etdirdiyini düşünürəm. Qələbə münasibətilə futbolçularımı təbrik edirəm. Qarşıda bizi Gəncədə daha vacib oyun gözləyir. Hazırlığa elə bu gündən başlayacağıq”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 28 Oktyabr 2026 22:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















