NTD gənc basketbolçulara üstünlük verəcək
Icma.az, Idman.biz portalına istinadən məlumat verir.
“Bu mövsüm strategiyamızı dəyişmək və komandanın əsasını Azərbaycanın U-20 millisinin üzvlərindən formalaşdırmaq qərarına gəldik. Bu basketbolçuların böyük potensiala malik olduğunu düşünürük”.
İdman.Biz xəbər verir ki, bu sözləri NTD basketbol klubunun baş məşqçisi Tahir Baxşıyev komandanın yeni mövsüm ərəfəsindəki strategiyası barədə danışarkən deyib.
T.Baxşıyev gənc oyunçuların inkişafına diqqət ayırmağın səbəblərini və bu addımın vacibliyini xüsusi vurğulayıb:
“U-20 millimiz son Avropa çempionatının B Divizionunda uğurlu çıxış edərək 11-ci yeri tutdu. İnanırıq ki, gələn il milli daha yaxşı nəticə göstərə bilər. Bunun üçün isə gənc oyunçuların daha çox meydançaya çıxması və davamlı oyun təcrübəsi qazanması vacibdir. Məhz buna görə federasiya ilə məsləhətləşdikdən sonra U-20 millisinin basketbolçularına klub səviyyəsində müntəzəm oynamaq imkanı yaratmaq qərarına gəldik. Onlarla yanaşı, heyətdə bir neçə legioner də çıxış edəcək”.
Baş məşqçi qarşıdakı mövsümün çətinliklərindən və məşqçilər korpusundakı yenilikdən də söz açıb:
“Qarşıdakı mövsüm bizim üçün asan olmayacaq, amma bu, gənc basketbolçular üçün çox vacib təcrübə olacaq. Onlar mövsüm ərzində oyunlarını müxtəlif komponentlərdə inkişaf etdirə və daha da artıra bilərlər. Düşünürəm ki, bu mövsüm onların gələcək peşəkar karyerasında mühüm rol oynayacaq. Məşqçilər korpusumuzu da gücləndirmişik, Anar Sarıyev komandamıza qoşulub”.
Qeyd edək ki, NTD basketbol klubu yeni mövsüm ərəfəsində strategiyasını dəyişərək əsas diqqəti gənc azərbaycanlı oyunçuların inkişafına yönəldir və komandanın heyətinin əsasını Azərbaycanın U-20 millisinin basketbolçuları təşkil edəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 21 Sentyabr 2026 10:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















