Icma.az
close
up
RU
Nümayəndə heyətimiz Moldovanın səhiyyə naziri ilə görüşdü Fotolar

Nümayəndə heyətimiz Moldovanın səhiyyə naziri ilə görüşdü Fotolar

Qafqazinfo saytına istinadən Icma.az xəbər verir.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) İdarə Heyətinin sədri Zaur Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti 8-10 sentyabr tarixlərində Moldovanın paytaxtı Kişinyov şəhərinə səfər edib.

“Qafqazinfo” xəbər verir ki, Zaur Əliyev Moldovanın Milli Səhiyyə Sığorta Şirkətinin baş direktoru İon Dodon ilə görüşüb.

Görüşdə İon Dodon 20 ildən artıq müddətdə ölkəsində tətbiq olunan icbari tibbi sığorta sisteminin fəaliyyəti, sistemin inkişafı, əldə olunan nailiyyətlər və hədəflər barədə məlumat verərək, bu sahədə qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyətini vurğulayıb.

Z.Əliyev öz növbəsində icbari tibbi sığorta sisteminin Moldovada 21 il ərzində uğurlu tətbiqinin təqdirəlayiq olduğunu bildirib.

O tibbi sığorta sahəsində təcrübə mübadiləsinin hər iki ölkə üçün faydalı olacağını qeyd edib: “Azərbaycan və Moldova arasında səhiyyə, xüsusilə icbari tibbi sığorta sahəsində əməkdaşlıq üçün geniş imkanlar mövcuddur. Bu əməkdaşlıq təcrübə mübadiləsi ilə yanaşı, həm də gələcəkdə birgə layihələrin icrasına zəmin yaradır. Moldova xalqını və həmkarlarımızı icbari tibbi sığortanın tətbiqinin 21-ci ildönümü münasibətilə ürəkdən təbrik edir, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayırıq”.

Görüşdə tibbi xidmətləri müqavilə əsasında təmin edən tibb müəssisələrinin seçilməsi meyarları və ödəniş üsulları, eləcə də icbari tibbi sığorta büdcəsinin orta və uzunmüddətli planlaşdırılması barədə fikir mübadiləsi aparılıb. Bundan başqa, əczaçılıq siyasəti, dərman vasitələrinin və tibbi məhsulların kompensasiya siyahısına daxil edilmə proseduru, səhiyyədə texnologiyaların qiymətləndirilməsi sisteminin tətbiqi, sığortaolunan şəxslərin kateqoriyaları, ailə həkiminə qeydiyyat, vətəndaş müraciətlərinin monitorinqi və tibbi xidmətlərin keyfiyyəti ilə bağlı məmnunluğun ölçülməsi üzrə təcrübələr təqdim olunub.

Görüşdə həmçinin Milli Səhiyyə Sığorta Şirkəti tərəfindən idarə olunan İT sistemlərinin funksionallığı, elektron reseptlərin tətbiqi və kompensasiya olunan dərman vasitələrinin elektron qaydada təyin edilməsi, DRG (diaqnoza əsasən qruplaşdırma) sistemi və kodlaşdırma auditinin faydaları barədə məlumatlar verilib. Bu təqdimatlar Azərbaycan nümayəndə heyətinə Moldovanın səhiyyə sistemində tətbiq olunan müasir yanaşmalar ilə yaxından tanış olmaq imkanı yaradıb.

Səfər proqramı çərçivəsində agentliyin nümayəndə heyəti Moldovanın səhiyyə naziri Alla Nemerenko ilə görüş keçirib. Daha sonra nümayəndələr “Timofei Moşneaga” Respublika Klinik Xəstəxanasının fəaliyyəti ilə tanış olublar. Bu xəstəxana Moldovanın ən qədim və böyük dövlət xəstəxanasıdır, tədris müəssisələrinin təcrübə bazası kimi fəaliyyət göstərir. 2024-cü ildə xəstəxanada Reanimasiya və intensiv terapiya bölməsi yenidən qurularaq istifadəyə verilib və ağır xəstələr üçün xüsusi şərait yaradılıb.

Nümayəndə heyəti, həmçinin “Medpark” Beynəlxalq Klinikasında olub. Klinika Moldovada JCI (Joint Commission International) akkreditasiyası almış ilk və yeganə özəl tibb müəssisəsidir.

Bundan əlavə, nümayəndə heyəti Nicolae Testemitanu adına Dövlət Tibb və Əczaçılıq Universitetinin Simulyasiya Mərkəzində müasir tədris modelləri ilə tanış olub. Mərkəzdə simulyasiyaya əsaslanan təcrübə və təlim proqramları tələbələrə praktik vərdişlər qazandırmaq üçün geniş imkanlar təqdim edir. Mərkəz regionda qabaqcıl təcrübə, təlim müəssisəsi olaraq tanınır.

Səfər çərçivəsində nümayəndə heyəti Azərbaycanın Moldovadakı səfiri Ülvi Baxşəliyev ilə görüşüb, həmçinin Kişinyovda Ümummilli Lider Heydər Əliyevin büstünü ziyarət edərək, önünə gül dəstələri qoyublar.



Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 10 Sentyabr 2025 15:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see310

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see306

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see292

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see287

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see284

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see271

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see243

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see241

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see240

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see238

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see238

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see235

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see231

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see222

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see205

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see202

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see190

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri