Nümayəndə heyətimiz “ICAO”nun rəhbərliyi ilə görüşlər keçirib FOTOLAR
Icma.az, Unikal.az portalına istinadən məlumat yayır.
Mərakeş şəhərində keçirilən Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) 5-ci “Qlobal İcra Dəstəyi Simpoziumu” çərçivəsində rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti ilə “ICAO” Şurasının prezidenti Toşiyuki Onuma və “ICAO”nun baş katibi Xuan Karlos Salazar arasında görüş keçirilib.
"Unikal" xəbər verir ki, görüşdə Azərbaycan tərəfi ölkəmizdə aviasiyanın inkişafı, eləcə də dayanıqlı aviasiya yanacağı ilə bağlı ACT-SAF proqramı və “Ələt Yaşıl Hava Limanı” layihəsi təşəbbüsləri daxil olmaqla “ICAO” ilə əməkdaşlığın hazırkı vəziyyəti barədə məlumat verib. Həmçinin “ICAO” və Dövlət Mülki Aviasiya Agentliyi arasında təlim xidmətlərinə dair razılaşma imzalanıb.
Azərbaycan nümayəndə heyəti ilə Mərakeş Krallığının nəqliyyat və logistika naziri Abdessamad Kayuh arasında da görüş keçirilib.
Görüşdə nəqliyyat sahəsində qarşılıqlı maraq doğuran məsələlər və əməkdaşlığın genişləndirilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Həmçinin iki ölkə arasında müntəzəm uçuşların açılması və hava əlaqələrinin inkişaf etdirilməsinin vacibliyi vurğulanıb. Mülki aviasiya sahəsində əməkdaşlığın hüquqi çərçivəsinin formalaşdırılması məqsədilə hava əlaqəsi haqqında hökumətlərarası sazişin qısa müddətdə imzalanması barədə razılıq əldə olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 17 Aprel 2026 12:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















