Icma.az
close
up
RU
Nümayəndə heyətimiz Sinqapurun səhiyyə sistemi ilə tanış oldu Fotolar

Nümayəndə heyətimiz Sinqapurun səhiyyə sistemi ilə tanış oldu Fotolar

Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) İdarə Heyətinin sədri Zaur Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Sinqapura səfər edib.

“Qafqazinfo” xəbər verir ki, 28 iyulda başlayan səfər çərçivəsində nümayəndə heyəti Sinqapurun səhiyyə üzrə baş dövlət naziri Kou Pou Kun ilə görüşüb.

Görüşdə Azərbaycanda icbari tibbi sığorta sisteminin tətbiqi, səhiyyə sahəsində həyata keçirilən islahatlar və maliyyələşdirmə mexanizmləri barədə məlumat verilib. Bildirilib ki, ölkəmizdə tətbiq edilən icbari tibbi sığortanın məqsədi əhalinin tibbi xidmətlərə maliyyə çətinliyi çəkmədən çıxışını təmin etməkdir.

Baş dövlət naziri Kou Pou Kun Azərbaycan nümayəndə heyətini salamlayaraq ölkəsinin səhiyyə təcrübəsinə göstərilən marağı yüksək qiymətləndirib. O, Sinqapurun səhiyyə siyasətinin formalaşdırılması, tibbi xidmətlərin tənzimlənməsi, maliyyələşdirilməsi və rəqəmsal innovasiyaların tətbiqi sahəsində görülən işlər barədə məlumat verib.

Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyev beynəlxalq təcrübənin öyrənilməsinin, xüsusilə Sinqapur modelinin araşdırılmasının səhiyyə sistemində dayanıqlı maliyyələşdirmə mexanizmlərinin qurulması baxımından əhəmiyyətini vurğulayıb.

Nümayəndə heyəti, həmçinin Sinqapurun Səhiyyə Nazirliyində təşkil olunan təqdimatda iştirak edib. Nazirliyin Maliyyə Tərəfdaşlığı və İdarəetmə üzrə direktor müavini Li Saycia ölkəsinin səhiyyə sisteminin maliyyələşməsi, büdcə planlaşdırılması və səhiyyə müəssisələrinə ödəniş mexanizmləri barədə təqdimatla çıxış edib.

Nümayəndə heyəti, həmçinin Sinqapurun Mərkəzi Təminat Fondunun (CPF) Tibbi Xərclərin Ödənilməsi üzrə direktor müavini Tan Mey Penlə görüşüb. Fondun nümayəndəsi Sinqapurun səhiyyə sisteminin fərdi məsuliyyət və dövlət dəstəyini birləşdirən balanslı maliyyələşdirmə modelinə əsaslandığını bildirib. O, əhalinin tibbi xərclərini qarşılamaq üçün mövcud olan “MediSave”, “MediShield Life” və “MediFund” proqramları barədə geniş məlumat verib.

Səfər çərçivəsində nümayəndə heyəti, həmçinin Sinqapur Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən Səhiyyə Texnologiyaları üzrə Dövlət Agentliyində – Synapxedə olub. Qurumun fəaliyyəti barədə məlumat verilib və qeyd olunub ki, Synapxe ölkənin rəqəmsal səhiyyə infrastrukturunun qurulması, İT sistemləri ilə təminat, pasiyentyönümlü xidmətlərin təşkili və informasiya təhlükəsizliyinin gücləndirilməsi sahələrində fəaliyyət göstərir. Synapxe, həmçinin Sinqapurda “Ağıllı Səhiyyə” ekosisteminin formalaşdırılmasında mühüm rol oynayır.

Səfər zamanı nümayəndə heyəti Tampinis rayonundakı yeni nəsil poliklinikaya baş çəkib. Poliklinikanın direktoru və ailə həkimi Sabrina Vi bildirib ki, pandemiyadan sonra tikilən bu tibb müəssisəsi vətəndaşlara ilkin tibbi yardımın multidisiplinar əsasda göstərilməsini təmin edir. Burada tətbiq olunan telemedisin xidməti (məsafədən tibbi məsləhət və müalicə imkanları) xüsusilə yaşlı və fiziki məhdudiyyətli şəxslər üçün əlverişlidir. Agentliyin nümayəndələri tibb müəssisəsinin triaj sistemi, gözləmə sahəsi, aptek, laboratoriya, konsultasiya kabineti, uşaqlar üçün immunizasiya otağı ilə tanış olublar.

Səfər çərçivəsində Zaur Əliyev, həmçinin Azərbaycan Üzgüçülük Federasiyasının prezidenti qismində Sinqapurda keçirilən su idman növləri üzrə Dünya Çempionatının konqresində iştirak edib. Konqreslə paralel Sinqapurda su idman növləri üzrə Dünya Çempionatı keçirilir. Z.Əliyev, həmçinin üzgüçülərimizin çıxış etdiyi yarışı izləyib, yarışdan sonra milli komanda üzvləri ilə ətraflı söhbət edib və onlara uğurlar arzulayıb.



Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:64
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 31 İyul 2025 12:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see155

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see151

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see150

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see148

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see142

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see141

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see137

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see137

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see137

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see135

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see134

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see132

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see130

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri