Icma.az
close
up
RU
Numeroloq uğursuz doğum tarixlərini açıqladı

Numeroloq uğursuz doğum tarixlərini açıqladı

Demokrat.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bəzi insanlar uşaqlıqdan etibarən məşğul olduqları demək olar ki, hər işdə uğur qazanır, digərləri isə bir-birinin ardınca uğursuzluqlarla üzləşirlər. Bunun səbəbini lənət, cadu və ya tale ilə əlaqələndirmək mümkündür. Psixoloq və numeroloq Sergey Lanq isə insanın qarşılaşdığı problemlərin səbəbinin doğum tarixindəki rəqəmlərlə bağlı ola biləcəyini iddia edir.
Demokrat.az
woman.ru-ya istinadən xəbər verir ki, numeroloqun sözlərinə görə, insanın taleyini numerologiyanın köməyi ilə hesablamaq mümkündür. Bunun üçün doğum tarixindəki bütün rəqəmləri toplamaq və nəticə birrəqəmli ədədə çevrilənədək hesablama aparmaq lazımdır. Alınan rəqəm şərti olaraq “tale rəqəmi” adlandırılır.
Lanqın fikrincə, nəticədə 3, 6 və ya 9 rəqəmlərinin alındığı insanlar daha mürəkkəb tale ilə üzləşə bilərlər.
3 rəqəmi
Numeroloq 3 rəqəmi alınan şəxslərin enerjilərinə xüsusi diqqət yetirməli olduğunu bildirir.
“Bu insanlar təbiətən güclü mənfi enerjiyə sahibdirlər. Onlar haqqında tez-tez ‘gözü götürmür’ deyirlər. Özlərinin həll edə bilməyəcəyi ciddi problemləri özlərinə cəlb edirlər”, deyə Sergey Lanq iddia edib.
6 rəqəmi
“Xoşbəxt” rəqəm hesab edilən 6 ilə doğulan insanlar həddindən artıq eqosentrik və özünəvurğun görünə bilərlər.
Lanqın sözlərinə görə, 6 rəqəmi dağıdıcı güc daşıyır. O, bu insanların çox emosional olduğunu və emosiyalarının əsas düşməninə çevrildiyini bildirir.
“Bu insanlar başqalarını dinləməyin və dünyanın yalnız onların ətrafında fırlanmadığını dərk etməyin vacib olduğunu anlamalıdırlar. Çünki onlar yalnız özlərini dinləyir və başqalarının fikirlərini nəzərə almağı bacarmırlar”, deyə numeroloq bildirib.
9 rəqəmi
Numeroloqun iddiasına görə, 9 rəqəmi ilə əlaqəli insanların bəxti demək olar ki, heç gətirmir.
“Bu, tərsinə çevrilmiş 6 rəqəminə bənzəyir. Bu insanlar emosiyalarla yanaşı, uğursuzluqlarla da qarşılaşırlar. Onlar ən absurd vəziyyətlərə düşməyi bacarır və həmişə günahkar tərəf kimi görünürlər. Onlar risk etməməli və həyat yolunda istiqamət verəcək bir insan tapmalıdırlar. Yalnız bundan sonra işləri qaydasına düşə bilər”, deyə Lanq bildirib.
Bununla belə, qeyd olunur ki, bu rəqəmlərə sahib olan insanların hamısı bədbəxt deyil. Numeroloqun fikrincə, nəticədə alınan rəqəmin doğum ayının rəqəmi ilə üst-üstə düşməsi də əhəmiyyət daşıyır. Məsələn, 3 mart, 6 iyun və ya 9 sentyabr tarixlərində doğulanlar bu kateqoriyaya aid edilir.
Ən kədərli doğum tarixi
Sergey Lanqın fikrincə, ən “kədərli” doğum tarixi gün, ay və il rəqəmlərinin cəminin 666 nəticəsini verdiyi tarixdir. O, 15.06.1986 və 24.06.2013 tarixlərini nümunə göstərib.
“Bu halda mütəxəssis yardımından istifadə etmək lazımdır. Kitablarda və ya internetdə məlumatı müstəqil şəkildə axtarmaq məsləhət deyil. Bu, insana daha çox zərər verə bilər”, deyə numeroloq hesab edir.
İnsan rəqəmlərə, taleyə, karmaya və ya qədərə inana bilər. Bununla belə, “Woman.ru” vurğulayır ki, hətta ən “bədbəxt” numeroloji proqnozlar qarşısında belə insan öz həyatına özü istiqamət verə və nikbinliyini qoruya bilər.
Jalə
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 29 Avqust 2026 17:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see600

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see531

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see356

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see283

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see247

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see246

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see235

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see234

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see230

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see230

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see208

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see206

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see203

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see191

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see188

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see187

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see179

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see178

İraqın Baş naziri Səudiyyə Ərəbistanına səfər edəcək

12 Oktyabr 2026 02:58see168

Liqa 1: Renndə 5 qol

12 Oktyabr 2026 00:41see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri