Nura Suri onları susdurdu: “Tozu da ola bilməzlər”
Yenisabah saytından alınan məlumata görə, Icma.az bildirir.
Müğənni Nura Suri Xalq artisti Könül Xasıyevanın ünvanına səsləndirilən tənqidlərə münasibət bildirib.
“Yeni Sabah” xəbər verir ki, sosial şəbəkə hesabında fikirlərini bölüşən ifaçı həmkarını müdafiə edərək, onu qınayanları sərt tənqid atəşinə tutub. Nura Suri sənətkarın öz halal zəhməti ilə pul qazandığını vurğulayıb:
“Könül Xasıyevanı qınayanlar onun sənətinin tozu da ola bilməzlər. İnsan halal zəhməti ilə pulunu qazanır. Nə etməlidir? Tədbiri ev yiyəsi palatkada da keçirə bilər, restoranda da, pubda da. Könül xanım ifaçıdır. İfasına isə heç kəs söz deyə bilməz”. Məişət texnikası
Nura Suri həmçinin digər muğam ustadlarının da hədəf alınmasına etiraz edərək tənqidçilərə sual ünvanlayıb:
“Bu da təzə çıxıb? Bir gün Alim Qasımova söz atıb onu qınayırsınız, o biri gün də Könül Xasıyevanı. Könül xanımın evində çörək olmayanda hansınız ona çörək alıb aparmısınız?”.
Baxış sayı:94
Bu xəbər 19 Noyabr 2026 09:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















