Icma.az
close
up
RU
Nura Suri, Vüqar Əhməd və “söyüş bloggerləri”ni nə birləşdirir? Mədəniyyətimizə qarşı hücumun sifarişçiləri…

Nura Suri, Vüqar Əhməd və “söyüş bloggerləri”ni nə birləşdirir? Mədəniyyətimizə qarşı hücumun sifarişçiləri…

Demokrat.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.


Son günlər müğənni, mahnı yazarı, belə demək mümkünsə, əlinə mikrafon alıb oxuyan, oynayan bir qrupun Mədəniyyət Nazirliyinə qarşı hücumları səngimək bilmir. Bu hücumların kökündəki dava “yorğan davası” olduğu da heç kəsə sirr deyil. Bir dövrlər Mədəniyyət Nazirliyindəki yarıtmaz idarəçilikdən gen-bol istifadə edən bu qrup indi başlanan şəffaflıq və ədalətli idarəetmə vəziyyətindən əziyyət çəkirlər. Əlləri hər yerdən üzüldüyü üçün də diletantcasına irəli sürdükləri ittihamlar havada uçuşur.
Bu ittihamlardan biri də “Demokrat.az” saytına qarşı yönəlib. Müğənni Nura Suri “Chatgbt” vasitəsilə “araşdırma” aparıb və “dəhşətli faktlar” tapıb. Daha sonra bu tapdıqlarını sosial şəbəkə hesabında paylaşan müğənni yazır ki, sən demə, “Demokrat.az” saytı və “Manşet.az” saytı Mədəniyyət Nazirliyindən maliyyə aldığı üçün nazirliyi müdafiə edir, müğənniləri, mahnı yazanları, bir sözlə bu “söz davasında” virtual şəbəkələrdə ləşkər çəkənləri isə tənqid edir. 
Eyni iddiaları şair, ədəbiyyatşünas, amma efirlərin “ailələr və talelər” tipli verilişlərində hərşeyşünas kimi çıxış edən, eləcə də mahnı sözləri yazmağı ilə tanınan Vüqar Əhməd də irəli sürüb.
Birincisi, bu qrupla Mədəniyyət Nazirliyi arasında baş verənlərdə “Demokrat.az” saytı mövqe sərgiləməyib, sadəcə bütün digər saytlar kimi, nazirliyin məsələyə rəsmi münasibətlərinə yer verib. 
Bununla yanaşı, mədəniyyət sahəsində baş verən son proseslərin qaynaqlandığı məsələləri araşdırmağa, bu sahədə köhnədən qalmış yarıtmaz idarəetmənin düzəldilməsi ilə bağlı addımları işıqlandırmağa çalışmışıq. Bu, jurnalistin missiyasıdır. 
İkincisi, Mədəniyyət Nazirliyindən iddia edildiyi kimi, “nəsə aldığımız” üçün yox, baş verənlər aktual olduğu üçün bu məsələyə diqqət ayırmışıq. Bu da medianın gündəmə əsaslanan fəaliyyətindən qaynaqlanır.
Üçüncüsü, Nura Suri və Vüqar Əhmədin üzərini açdığı “dəhşətli sirr” əslində normal rəsmi müqavilə sənədidir. Media orqanı olaraq müxtəlif özəl və dövlət qurumları ilə əməkdaşlıq edirik, o cümlədən, Mədəniyyət Nazirliyi ilə də. Bütün bunlar elektron hökumət portalında rəsmi qaydada öz əksini tapıb. Üzərini açdıqları “sirr” də bundan ibarətdir.
Hərçənd ki, istənilən vətəndaş elektron hökumət portalına daxil ola və bu haqda məlumatları rahat əldə edə bilər. 
Bu iddialara baxdıqda bilmirsən, güləsən, yoxsa ağlayasan. Çünki Nura Suri və Vüqar Əhməd kimi cahillər anlamırlar ki, media orqanının yeganə qanuni maliyyə mənbələri reklam və əməkdaşlıqdır. Biz şəffaf media orqanı olduğumuz üçün reklam və digər əməkdaşlıq müqavilələrimiz rəsmi şəkildə ictimaiyyətə açıqlanır, o cümlədən, Mədəniyyət Nazirliyi də eyni şəffaflıq sərgiləyir. 
Əslində, bütün baş verənlərin əsas səbəbi də məhz bu şəffaflıq məsələsidir. Mədəniyyət Nazirliyinin daha öncə mövcud olmuş eybəcər idarəetmədən imtina edərək, daha dürüst və ədalətli idarəetmə modeli seçməsi qeyri-şəffaf mühitdən yararlanaraq, ortaya çıxanları və onların arxasındakıları ciddi narahat edir. Nura Suri və Vüqar Əhməd kimilər mədəniyyət sahəsində şəffaflığın yaranması ilə qeyri-şəffaf mühitdə əldə etdiklərindən məhrum olduqlarına görə əl-ayağa düşsələr də, Mədəniyyət Nazirliyinə qarşı hücumların kökü daha dərinə gedir. Bunu hücuma keçən şəbəkənin genişliyi də deməyə əsas verir.
Nazirliyə qarşı qarayaxma kampaniyasını ölkə daxilində Nura Suri, Vüqar Əhməd və digərləri apardığı kimi, ölkə xaricində də “söyüş müxalifəti” kimi tanınan şəxslər də eyni fəaliyyəti göstərir. Eyni iddialar və ittihamlar irəli sürülür, mədəniyyət sahəsindəki şəffaflaşdırma işi haqqda yanlış rəy formalaşdırmaq cəhdləri edilir. Misal üçün, “söyüş müxalifəti” üzvlərinin haqqında cinayət işi açılmaz Nura Suri və Vüqar Əhməd kimilərlə Mədəniyyət Nazirliyinə qarşı eyni ittihaları və iddiaları paralel şəkildə səsləndirməsi təsadüfi deyil. Bu detal ölkə daxilində və xaricindəki şəbəkənin eyni yerdən koordinasiya edildiyini, eyni qüvvələr tərəfindən təlimatlandırdığını və ölkə daxilindən də onlara məlumatlar ötürüldüyünü deməyə əsas verir. “Söyüş müxalifəti”nin ölkə daxilində dövlətə qarşı anti-milli fəaliyyət göstərən qüvvələr tərəfindən formalaşdırıldığı, onlara məlumatların da bu qüvvələr tərəfindən ötürüldüyü haqqında dəfələrlə məlumatlar yayılıb. Görünür ki, bu qüvvələrin növbəti hədəfi şəffaflaşdırma işinin aparıldığı Mədəniyyət Nazirliyidir və şəbəkənin xaricdəki üzvləri ilə daxildəki Nura Suri və Vüqar Əhməd kimi (bu şəxslərə hazır tezislər ötürənlər var) üzvlərinə hücuma keçmək göstərişi verilib. Bu, birbaşa dövlətə qarşı fəaliyyət deməkdir və detalları yalnız istintaq orqanları aydınlaşdıra bilər.
Bütövlükdə, baş verənlər Mədəniyyət Nazirliyinə qarşı eyni yerdən idarə olunan şəbəkənin hüquq-mühafizə orqanları tərəfindən araşdırılması zərurətini ortaya çıxarıb.
Vaqif Hüseynli
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:64
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 27 Noyabr 2025 12:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see204

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see191

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see167

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see167

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see153

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see143

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see143

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see138

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see137

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see134

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see130

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see127

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see127

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see124

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri