Nuranə Məmmədova Oksford Universitetində müəllim OLDU
Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Dövlət Proqramı təqaüdçüsü Nuranə Məmmədova Oksford Universitetində müəllim kimi fəaliyyətə başlayıb.
Bu barədə Redaktor.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Beynəlxalq münasibətlər ixtisas sahəsi üzrə doktorantura təhsilinin ikinci ilində olan təqaüdçümüz təhsilini davam etdirməklə yanaşı, Oksford Universitetinin "Qlobal idarəetmə və diplomatiya” (MSc in Global Governance and Diplomacy) magistratura proqramının müəllim heyətində yer alacaq.
O, proqram çərçivəsində qlobal idarəetmə və diplomatiya üzrə təməl fənlərin tədrisində və magistrantların akademik hazırlığında iştirak edəcək.
Nuranə həmçinin Oksford Universitetində üzvü olduğu kollecin köməkçi dekan (Junior Dean) vəzifəsinə seçilib. Bu vəzifə tələbələrin rifahının təmin olunması, akademik icmanın dəstəklənməsi və kollec həyatının təşkili ilə bağlı məsuliyyətləri əhatə edir.
Qeyd edək ki, Nuranə Məmmədova magistratura təhsilini də Dövlət Proqramı çərçivəsində "Diplomatik tədqiqatlar” ixtisası üzrə Oksford Universitetində alıb.
Təhsil aldığı müddətdə beynəlxalq akademik mühitdə qazandığı tədris, tədqiqat və idarəetmə təcrübəsi onun gələcəkdə Azərbaycana qayıdaraq ölkəmizin elm və təhsil sahəsinə töhfə verməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Təqaüdçümüzü təbrik edir, akademik və peşəkar fəaliyyətində yeni uğurlar arzulayırıq!
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 22 Oktyabr 2026 14:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















