Icma.az
close
up
RU
Azərbaycanlı gənc Oksford Universitetində dərs deməyə başladı

Azərbaycanlı gənc Oksford Universitetində dərs deməyə başladı

Bizim media saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Dövlət Aqrar Universiteti ilə üçtərəfli müqavilə əsasında Dövlət Proqramı çərçivəsində təhsil alan Nuranə Məmmədova Oksford Universitetində müəllim fəaliyyətinə başlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə ADAU məlumat yayıb.
“2022–2028-ci illər üçün Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair Dövlət Proqramı” çərçivəsində doktorantura təhsili alan Nuranə Məmmədova Oksford Universitetində müəllim fəaliyyətinə başlayıb. O, Dövlət Proqramı çərçivəsində Oksford Universitetinin “Beynəlxalq münasibətlər” ixtisası üzrə doktorantura proqramına qəbul olunub və üçtərəfli müqavilə üzrə yerli ali təhsil müəssisəsi kimi Azərbaycan Dövlət Aqrar Universitetini (ADAU) seçib.
 

Hazırda doktorantura təhsilinin ikinci ilində olan Nuranə Məmmədova təhsilini davam etdirməklə yanaşı, Oksford Universitetinin “Qlobal idarəetmə və diplomatiya” (MSc in Global Governance and Diplomacy) magistratura proqramının müəllim heyətində fəaliyyət göstərir. O, proqram çərçivəsində qlobal idarəetmə və diplomatiya sahəsi üzrə fundamental fənlərin tədrisində, eləcə də magistrantların akademik hazırlığında iştirak edir.


Bununla yanaşı, Nuranə Məmmədova Oksford Universitetində üzvü olduğu kollecin köməkçi dekanı (Junior Dean) vəzifəsinə seçilib. Bu vəzifə tələbələrin rifahının təmin edilməsi, akademik icmanın dəstəklənməsi və kollec həyatının təşkilinə dair məsuliyyətləri əhatə edir.
Qeyd edək ki, Nuranə Məmmədova bakalavriat təhsilini Azərbaycan Dövlət Aqrar Universitetində “Dünya iqtisadiyyatı” (xüsusi istedadlar qrupu) ixtisası üzrə alıb. Magistratura təhsilini isə Dövlət Proqramı çərçivəsində Oksford Universitetində “Diplomatik tədqiqatlar” ixtisası üzrə başa vurub.
Nuranə Məmmədova doktorantura təhsilini başa vurduqdan sonra üçtərəfli müqavilə üzrə öhdəliklərinə əsasən Azərbaycan Dövlət Aqrar Universitetinə qayıdacaq və universitetin professor-müəllim heyətində fəaliyyətini davam etdirəcək.
Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:90
embedMənbə:https://bizim.media
archiveBu xəbər 14 Noyabr 2026 11:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see403

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see314

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see294

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see285

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see276

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see272

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see266

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see264

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see264

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see242

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see227

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see221

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see219

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see218

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see217

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see217

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see215

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see211

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see206

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri