Azərbaycanlı gənc Oksford Universitetində Hüquq oxuyacaq
Qaynarinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Azərbaycanlı gənc İnci Ağasiyeva yüksək akademik göstəriciləri ilə İngiltərənin nüfuzlu Oksford Universitetində Hüquq ixtisasına qəbul olub.
Qayanrinfo xəbər verir ki, İnci ibtidai təhsilini yüksək akademik nəticələri ilə seçilən Saint John’s School-da başa vurub. Daha sonra 7–11-ci siniflər üzrə yüksək nəticə göstərən şagirdlərin təhsil aldığı Saint Anne’s Catholic School-da oxuyub. O, məktəbi bütün fənlər üzrə A və A* qiymətləri ilə bitirib.
Məktəbi başa vurduqdan sonra İnci Barton Peveril College, Peter Symonds College və Lansdowne College-dan təhsilini davam etdirmək üçün təkliflər alıb. O, təhsilini Barton Peveril College-da davam etdirməyi seçib.
Kollecdə təhsilinin ilk ilindən etibarən yüksək akademik nəticələr göstərən İnci Oksford və Kembric universitetlərinin hüquq proqramları üzrə müxtəlif hazırlıq və təlim tədbirlərində iştirak edib.
Təhsilinin ikinci ilində keçirilən sınaq imtahanlarında da ardıcıl olaraq yüksək nəticələr əldə edən İnci sentyabr ayında keçirilən xüsusi hüquq imtahanında da uğurlu nəticə göstərib.
Onun yüksək akademik göstəriciləri İngiltərənin aparıcı universitetlərində hüquq təhsili almaq üçün geniş imkanlar yaradıb. Nəticədə İnci ölkənin beş nüfuzlu universitetindən Hüquq ixtisası üzrə qəbul təklifi alıb.
İnci əsas seçimləri kimi Oksford və Varvik universitetlərini müəyyənləşdirib.
Dövlət qəbul imtahanlarında yüksək nəticə göstərən və Oksford Universitetinin qəbul tələblərinə uyğun akademik göstəricilər əldə edən İnci üç fənn üzrə doqquz imtahanda nümayiş etdirdiyi nəticələrlə Oksford Universitetində Hüquq ixtisasına qəbul prosesini uğurla tamamlayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:157
Bu xəbər 17 Avqust 2026 09:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















