Nurani Qasımovanın vəziyyəti yenidən pisləşdi
Moderator.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Nurani (Tofiqəxanım) Qasımovanın səhhətində müşahidə olunan müsbət dəyişiklik uzun sürməyib, vəziyyəti yenidən ağırlaşıb.
Moderator.az xəbər verir ki, bu barədə “Minval Politika” nəşrinin baş redaktoru Emil Mustafayev məlumat yayıb.
O bildirib ki, bir müddət əvvəl Nurani Qasımovanın vəziyyətində baş verən yaxşılaşma ailəsinə, dostlarına və həmkarlarına böyük ümid versə də, təəssüf ki, bu müsbət dəyişiklik davamlı olmayıb.
“Bizə yalnız inanmaq və bu dəfə həqiqi, çoxdan gözlənilən möcüzənin baş verməsi üçün dua etmək qalır. Nurani hamımıza çox çatışmır. Xüsusilə də uzun illər ərzində onun üçün sadəcə iş kollektivi deyil, əsl ailəyə çevrilmiş həmkarlarına”, – Emil Mustafayev qeyd edib.
Baş redaktor hər kəsi Nurani (Tofiqəxanım) Qasımovanın sağalması üçün dua etməyə çağırıb:
“Lütfən, dua etməyə davam edin. Qoy dualarımız eşidilsin”.
Allah şəfa versin.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:126
Bu xəbər 20 Avqust 2026 13:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















