Icma.az
close
up
RU
Nurlan Babayevin əməlləri ifşa olundu: Vətəndaşları belə aldadıb Şok görüntülər

Nurlan Babayevin əməlləri ifşa olundu: Vətəndaşları belə aldadıb Şok görüntülər

Icma.az, Tribuna saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Son illər Azərbaycanda torpaq və mənzil  alqı-satqısı ilə bağlı aldatma faktları artmaqdadır. Bu məsələ vətəndaşların narazılığına səbəb olub.

Bir neçə vətəndaşa eyni ərazidə torpağı, evi satmaqla bağlı hüquq-mühafizə orqanları ciddi mübarizə aparır.

XALQ-a məlumat verir ki,  belə əməlləri törədənlərdən  biri də Ordubad rayon sakini Babayev Nurlan Tapdıq oğludur.  Haqqında hazırda  178.3.3, 178.2.2, 178.2.4 maddələri ilə 9 cinayət işi açılan və vətəndaşların əmlakını ələ keçirməkdə təqsirləndirilən Nurlan Babayev Suraxanı  rayon məhkəməsinin qərarı ev dustağlığına buraxılıb.

Bildirək ki, Nurlan Babayevin əməllərindən zərər çəkən vətəndaşlar sayı 20-yə yaxındır.

Bununla bağlı müxtəlif televiziya və media orqanlarında şikayətlər səsləndirilib.

Nurlan Babayev vətəndaşlara saxta sənədlə torpaq satmaqla bərabər həmdə heyvandarlıqla, kiçik ticarətlə məşğul olan şəxslərə qarşı belə dələduzluq əməlləri edib.

Misal üçün Pirşağa sakini qəssab işləyən Əmirov Asif bildirir ki, iyun ayının 23-ü Nurlan Babayev ondan 2 inək alıb nisyə və bir həftəyə pulunu verəcəyi sözünü versədə hələdə onun beş min beş yüz manatını vermir. Bundan başqa digər şikayətçi Sumqayıt şəhər sakini Abbas Abbasov bildirir ki, Nurlan Babayev onu aldadaraq ona məxsus 13 min manatlıq heyvanları apararaq pulunu verməyib. Şikyətçi Abbas Abbasovun sözlərinə görə lalafo elan saytında heyvanların satışı ilə bağlı elan yerləşdirilər və Nurlan Babayev onların nömrəsini ordan götürüb əlaqə yaradıb. Nurlan Babayev bir xanımla Abbas Abbasovun evinə gəlib və deyib bu qadın yoldaşımdı, Məmmədli kəndində “Beyləqan Ət” dükanım var, heyvanları aparım pulunu göndərəcəm. Abbas Abbasov bildirir ki, Nurlan Babayev heyvanları apardıqdan bir gün sonra onların kartına 2 min manat atıb və daha sonra nömrəsini bağlayıb.

Nurlan Babayev həmçinin bu ilin iyun ayında Bərdə heyvan bazarına gedərək rayon sakinini aldadaraq onun 150-yə yaxın qoyununu ələ keçirərək vətəndaşa külli miqdarda ziyan vurub.

Belə ki, İsmayılov Eyvaz Əvəz oğlunda 90 min manatlıq, İskəndərov Rəsul Bilal oğlu 86 min manatlıq heyvan alaraq aldadıb. Vətəndaşların  şikayətindən sonra Bərdə Polis İdarəsində Nurlan Babayev haqqında cinayət işi açılmış və rayon məhkəməsinin qərarı ilə həbs olunmuşdur. Daha sonra Suraxanı rayon Məhkəməsi N.Babayevi müvəqqəti ev dustaqlığına buraxıb.

Bundan başqa Nurlan Babayev Abşeron rayon Məmmədli kəndində eyni torpaq sahələrini xeyli sayda vətəndaşlara sataraq onlara külli miqdarda ziyan vurmuşdur.

Belə ki, Quliyev Əfqan Fəqan oğlu, Cəfərova Şəbnəm Sabir qızı,  Hüseynov Şahismayıl Hüseyn oğlu, Səfərov Məhərrəm  adlı şəxslərə  ondan hüquq mühafizə orqanlarına şikayət etmişlər ha- hazırda Sabunçu rayon polis idarəsində araşdırma aparılır.  Həmçinin Alimova Minayə adlı qadının aldadaraq mal-qarasını aparıb pulunu ödəmir.

Şikayətçilər qeyd edir ki,  Nurlan Babayev hüquq- mühafizə orqanlarında yüksək rütbəli bir generalın onun arxasında dayandığını deyir. Buna görə heç nədən və heç kimdən qorxmadığını, aldatdığı şəxslərin pulunu və evini verməyəcəyini bildirir.

Bütün bu baş verənləri və şikayətçi olan şəxsləri dinlədikdən sonra belə qənaətə gəlmək olar ki, hüquq-mühafizə orqanları Nurlan Babayevlə bağlı daha dərindən araşdırma aparmalı və onun digər dələduzluqlarını üzə çıxartmalıdırlar.

Son aldığımız məlumat görə məsələ ilə bağlı şikayətçilər Daxili İşlər Naziri general-polkovnik Vilayət Eyvazovun qəbulunda olmuşlar. Nazir qəbul zamanı   araşdırlması üçün lazımi tapşırıqlarını vermişdir.

Səslənən iddialara bağlı  Nurlan Babayevlə əlaqə yaratmaq mümkün olmadı. Yazıda adları keçənlərin və Nurlan Babayevində fikirlərini dərc etməyə hazırıq.

Şikayətçilərin videomüraciətlərini təqdim edirik:

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:77
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 04 Sentyabr 2025 00:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see299

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see243

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see186

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see173

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see158

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see146

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see146

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see136

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri