Icma.az
close
up
RU
Mehdiyevin ŞOK ƏMƏLLƏRİ bir bir ÜZƏ ÇIXIR KONKRET

Mehdiyevin ŞOK ƏMƏLLƏRİ bir bir ÜZƏ ÇIXIR KONKRET

Icma.az bildirir, Konkret.az saytına əsaslanaraq.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri, Prezidentin sabiq müşaviri və Azərbaycanın Qırğız Respublikasındakı eks səfiri Hidayət Orucov ““Boz kardinal”ın “kardinallıq” “azarı”…yaxud Siz kimsiniz, R.Mehdiyev?” adlı geniş həcmli məqalə yazıb. Yazı Prezident Administrasiyasının keçmiş rəhbəri, akademik Ramiz Mehdiyevin fəaliyyətinə həsr olunub.

1992-ci ildən 2006-cı ilədək Prezident Administrasiyasında işləmiş Hidayət Orucovun (12 il R.Mehdiyevlə iş yoldaşı olub) tarixi hadisələrdən bəhs edən məqaləsi hakim Yeni Azərbaycan Partiyasının mətbuat orqanı olan “Yeni Azərbaycan” qəzetində işıq üzü görür.

KONKRET.az yazının sonuncu hissəsini təqdim edir.

Belə-belə işlər, Mehdiyev. Şərhə ehtiyac yoxdur!..

Bu yazıda qeyd etdiyim “Məni son iyirmi ildə göydə Allah, yerdə Ulu Öndər Heydər Əliyevlə cənab Prezident İlham Əliyev qorudular” essesinin Mehdiyevi hövsələdən  çıxarmasının səbəbi “dərk” oluna bilər, axı o, məni təqib edənlərin başında özünü görürdü. Bəs Vəzirovun sayıqlamalarına cavabım niyə onu qəzəbləndirdi? Yadıma yenə onunla ilk görüşümüz – Elmlər Akademiyasının kiçik otağındakı söhbətimiz düşdü: mən söhbəti iki dəfə Ulu Öndərimizin üstünə gətirdim, ona qarşı haqsız hücumlardan danışdım, o hər iki dəfə söhbətin yönünü dəyişdi. O vaxt hamı bilirdi ki, məbuatda Heydər Əliyevi açıq-aşkar ardıcıl müdafiə edirəm. Respublika rəhbərliyi buna görə məni açıq-aşkar sıxışdırırdı. Ancaq çox az sayda olsalar da, təşəkkür edənlər də vardı. Bircə epizodu qısaca deyəcəyəm: “Gənclik”də baş redaktor otağımın qapısı açıldı – akademik Cəlal Əliyev otağa daxil oldu. Bu vaxtacan mən onu görməmişdim, ancaq gələn kimi suyumundan tanıdım. Mənə dərin təşəkkür etdi, sonra əlaqələrimiz ardıcıl oldu. O, Ulu Öndərin Moskva mətbuatına verdiyi müsahibələri mənə göndərər, mənsə nəşriyyatımıza yeni qoyulan faks vasitəsilə Türkiyədəki, İrandakı, Polşadakı… dost həmkarlarıma göndərir, onlar da yalnız öz vətənlərində deyil, digər ölkələrin mətbuatına ünvanlayırdılar… İllər ötəndən, xalqın təkidli tələbiylə Ulu Öndər hakimiyyətə qayıdandan sonra Cəlal Əliyev Respublika Sarayının rəsmi VİP otağında 10-12 yüksək vəzifəli şəxslərə deyirdi: “Gördüm Hidayət Orucov belə yazır… Bir dəfə, iki dəfə, ümumiyyətlə, ardıcıl, soruşdum kimdir? Dedilər: “ “Gənclik” nəşriyyatının baş redaktorudur. Əvvəlcə “sekretarımı” göndərdim – kimliyini dəqiq öyrənsin. Getdi, qayıtdı, çox yüksək fikirlər söylədi. Sonra özüm durub getdim yanına… “Cəlal müəllimin “sekretarı” (bu sözü özünün dediyi kimi saxladım) mənim yanıma öz kitabını nəşr etmək bəhanəsiylə gəlibmiş və bizim söhbətimiz yalnız bu istiqamətdə gedibmiş, kitab çap etdirmək məsələsi isə elə o görüşdə qalmalıymış… O vaxtlar Ulu Öndərə qarşı haqsız, qərəzli başsız hücumlardan narahat olan tək-tük ziyalılar da xəlvətcə mənə təşəkkür edirdilər.

Mehdiyev isə Ulu Öndər haqqında xoş söhbətdən yayınırdı.

Bir məqamı da xatırlamamaq olmur, axı, Mehdiyev mənim hətta hərdən qələmə aldığım çox gərəkli mövzulardakı yazılarımı da “bloklaşdırmaqda” uzun illər boyu formalaşmış “təcrübəsi” vardı. Çox illər öncəni – 1996-cı ili xatırlayıram: vacib xidməti işlərimlə bağlı tez-tez getdiyim Dağıstan həqiqətlərini öyrəndikcə böyük dövlət xadimi Əziz Məmmədkərim oğlu Əliyevin İkinci Dünya Müharibəsində  bu diyarı faşist işğalından qoruması, deyərdim ki, xilas etməsi  həqiqətləri qəlbimi qürur hissi ilə çırpındırırdı. Dağıstanın işğaldan xilası həm də Azərbaycanın xilası idi! Siyasi çıxışlardan, dialoqlardan, rəsmi məruzələrdən sonra da o möhtəşəm hadisəni yazıçı kimi qələmə almaya bilməzdim. “Qurucu Əziz” tarixi essesi bu zərurətdən yarandı. Yazını “Azərbaycan” qəzetinə təqdim etdim, bir hissəsi çap olundu, sonda – “davamı növbəti nömrəmizdə” məlumatı ilə. Ertəsi gün… Davamı yox idi. Nə üçün? Heç kəsdən soruşmadım, kimsəyə telefon açmadım, bu ağılabatmaz gedişin sonrasını gözlədim. Demə… Ulu Öndər esseni oxuyurmuş, ertəsi günü qəzetdə davamını görməyəndə təəccüblənir, köməkçiyə tapşırır ki, qəzetin baş redaktoruna zəng çalıb səbəbini soruşsun. Baş redaktor Prezidentin köməkçisinə deyir: “Şöbə müdiri zəng edib Ramiz Mehdiyevin adından qəti tapşırdı ki, bu yazının çapını dayandırın”.

Köməkçi Prezidentə məruzə edir, Prezident baş redaktoru çağırtdırıb sərt iradlar edir: “Səni həbsə atsaydılar, əgər sənin başına silah tutsaydılar da o yazının davamını verməli idin. Sən bilmirsən Əziz Əliyev Dağıstan üçün kimdir? Azərbaycan üçün kimdir? Mənim üçün kimdir?”. Əmir Mustafayev bir məqamı da hər yerdə həyəcanla söyləyirdi: “Mən Prezidentin qəbul otağına daxil olanda Mehdiyevlə şöbə müdüri ordan çıxırdılar, elə çaşqın, özlərini itirmiş halda idilər, öncə Prezidentin liftinə doğru addımlamaq istədilər”. Bu mənzərə öncə dediyim kimi – 5 il sonra – Dünya Azərbaycanlılarının Birinci Qurultayı ərəfəsində mənə qurulan “mühakimədən” sonrakı “öz liftlərini” tanımadıqları mənzərəni xatırlatdı.

“Qurucu Əziz” mənim böyük dövlət xadimi haqqında yeganə essem olmadı, ardınca “Odlar Yurdunun və Dağlar Diyarının böyük oğlu” yazıldı, rus, türk, ingilis, Dağıstan dillərində çap olundu və oralarda bir Mehdiyev “tapılmadı”ki, çapına qadağa qoysun!

“İrəvana 7 məktub”un çapına qadağa qoyulması, “Ə.Vəzirova açıq məktub” üçün baş redaktorlara təpki birdən peyda olmamışdı. Onu da deyim ki, “7 məktub”a qadağa qoyulanda Əmir həyatda yox idi, yeni redaktora da “gözün üstə qaşın var” deyən tapılmazdı, çünki özlərinin razılığı, göstərişi ilə olmuşdu – və… şübhəsiz, baş redaktor da öncədən onlarla məsləhətləşməmiş deyildi!

Bir xüsusiyyətini, cəhətini də unutmaq olmur. İşində peşəkar olanları, güclü milli təəssübkeşli işçiləri sevmirdi. Bu barədə düşünəndə, bu sətirləri yazanda onun təqib etdiyi neçə-neçə dövlət məmuru, ədəbiyyat, incəsənət xadimi, digərləri keçir gözlərimin önündən. Onlardan yalnız biri barədə qısaca danışıram: Alqış Həsənoğlu istedadlı jurnalist, peşəkar qəzet tərtibatçısıdır, baş redaktoru olduğu “Yeni Azərbaycan” qəzeti o illərdə də maraqla oxunurdu, ancaq həmişə Mehdiyevin ardı-arası kəsilməyən təqiblərindən xilas ola bilmirdi. Mən o qədər çox təəccüb edirdim ki, bir dəfə belə münasibətin səbəbini soruşdum. Nə desə yaxşıdır? – “Yeni Azərbaycan”ı ədəbiyyat qəzetinə çevirib. Elə təəccübləndim ki, ürəyimdən keçən sözləri saxlaya bilmədim: “Həftədə bir-iki dəfə ədəbi materiallar da çap edir. Bunun nəyi pisdir ki? Mən hələ qatı sovet rejimi dövründə, 21 yaşımda olanda “Sovet Ermənistanı” qəzetinin iclasında çıxış edib dedim ki, “Pravda”, “İzvestiya” qəzetləri hər həftə ədəbi materiallar çap edir. Amma – biz yox. Ondan sonra qəzet ara-sıra ədəbi materiallar çap etməyə başladı və çox yaxşı qarşılandı.

Əlbəttə, fikrini dəyişmədi, Alqışı baş redaktorluqdan uzaqlaşdırdı. Ancaq həqiqət sonra məlum oldu… Demə, 2003-cü il Prezident seçkilərinə hələ bir ildən çox vaxt qalanda mətbuatda İlham Əliyevə “alternativ axtarışı” kampaniyası başlayıbmış, 2-3 namizədin adı hallandırıldı, ilk ad isə – R.Mehdiyev. Alqış Həsənoğlu “Nə üçün məhz İlham Əliyev?” yazısı ilə (“Yeni Azərbaycan”, 19 aprel, 2002) bu kampaniyanın heç bir əsasa, məntiqə söykənmədiyini tutarlı siyasi arqumentlərlə bəyan etdi. R.Mehdiyevin kampaniyada birinciliyini tamamilə əsassız saydı. Alqış 14 il işsiz qaldı. Sonra möhtərəm Prezidentimizin diqqəti sayəsində keçmiş vəzifəsinə bərpa olundu “Yeni Azərbaycan” indi zəngin mediamızda mövzü dairəsi, peşəkar səviyyəsi ilə özünəməxsus yüksək yer tutur. Hər həftə çap etdirilən “Şənbə qiraəti” və digər ədəbi materiallar da maraqla oxunur.

May, sentyabr, 2025.

Alqış, Mehdiyevin fəaliyyətinin şişirdilməsi gülünc kampaniyasına əsaslı təndiqlərini, köklü iradlarını adını çəkdiyim ifşaedici yazı ilə bitirmədi, sonra “R.Mehdiyev nə vaxtdan bəri dövrümüzün mahir tədqiqatçısı və görkəmli filosofu olub? Prezident Administrasiyasının rəhbəri vəzifə səlahiyyətlərini aşır” obyektiv sərt məqaləsini çap etdirdi (“Yeni Azərbaycan” qəzeti, 15 iyun, 2004). Bir məqamı da xüsusilə vurğulamalıyam: Mehdiyev iş başında olanda-qılıncının dalının da kəsdiyi zamanlarda yalnız Alqış Həsənoğlu baş verən çox zərərli təxribatlara qarşı mediada belə kəskin publisistika ilə çıxış etmişdi.

May, sentyabr, 2025

P.S

Bu sətirlər uzun vaxtda qələmə alındı, çünki mövzusu mənim yaradıcılıq aləmimdən çox aralı idi. Amma Ön sözdə dediyim kimi – yazılmalıydı, mütləq yazılmalıydı, gələcək bədxahlıqların qabağını almaq, insanları bəd əməllərdən qorumaq üçün yazıldı. Yazı prosesində bəzi faktları dəqiqləşdirmək üçün telefonla 4-5 tanınmış insanla əlaqə saxladım, əlbəttə, zəngimi məqsədini demədən. İndi o insanlar bu yazımı oxuyanda bizim söhbətimizi, mənim sualımı xatırlayacaqlar. Mehdiyev 27 il mənə qarşı yorulmadan fasiləsiz, tənəfüssüz mübarizə apardı. Bir adam nə qədər qərəz, məkr, amansız xislət olarmış? 27 il yorulmadan, insafa gəlmədən!

Yazını yığılmaq üçün kompyuterçiyə verməyə hazırlaşanda…mətbuatda ölkə Təhlükəsizlik Xidmətinin çox ciddi ittihamı çap olundu. Zəngəzurda, mənim doğma dədə-baba kəndim Maralzəmidə, hələ kommunist rejiminin “mənəm-mənəm” vaxtlarında belə hallarda deyərdilər:

“Göydə Allah var, eee!!!”.

Uşaqlıqda eşitdiyim bir dədələr sözü də həmişə yadımdadır: “Dar qaz, gen qaz, fərqi yox – axırda özün düşəcəksən!!!”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:110
embedMənbə:https://konkret.az
archiveBu xəbər 09 Fevral 2026 22:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyənin Rusiya Ukrayna danışıqlarında vasitəçilik etməsi mümkündürmü? AÇIQLAMA

07 İyul 2026 12:09see581

Bankların yay kampaniyaları 2026

07 İyul 2026 11:12see352

Bakıda məhbus həbsxanadan qaçdı Əməliyyat keçirilir

07 İyul 2026 16:59see349

Azərbaycanlılar ən çox bu ölkələrin vətəndaşları ilə evlənir

07 İyul 2026 11:45see324

Ülfət çimərlik geyimində fotolarını paylaşdı

07 İyul 2026 02:03see286

Legioneri “Səbail”dən ayrıldı

07 İyul 2026 02:03see267

Bu məhsullarla bağlı sosial şəbəkələrdəki tövsiyələrə İNANMAYIN!

07 İyul 2026 02:40see239

Cozef Aun ABŞ ni İsrailin Livandan çıxmasını sürətləndirməyə çağırdı

07 İyul 2026 00:43see212

Məktəbəqədər təhsil müəssisələrinə elektron qəbul başlayır

06 İyul 2026 17:54see212

Müəllim də repetitor yanına hazırlığa gedir VİDEO

07 İyul 2026 09:15see205

Qalibaf: İrana hücum edənlər cəzalandırılacaq

07 İyul 2026 03:33see198

Rutte: NATO ölkələri Ankara sammitində on milyardlarla dollar dəyərində müqavilələr imzalayacaqlar

07 İyul 2026 06:09see196

Gecələr yata bilmirəm, nə etməliyəm?

06 İyul 2026 23:33see194

Ukraynanın məqsədi Rusiya ordusunun yanacaq təminatını çətinləsdirməkdir

07 İyul 2026 08:52see190

RF nin Ukraynadakı Azərbaycan mülkiyyətinə hücumları Moskva körpüləri yandırır

07 İyul 2026 18:16see185

“Bəzi sahələrdə diplom və sertifikata ehtiyac qalmayacaq” ​Ekspert

06 İyul 2026 22:05see184

Tut yeməyin faydaları

07 İyul 2026 04:21see179

Ərdoğan Miçotakisi elə bir marşla qarşıladı ki... Video

08 İyul 2026 00:28see176

Dünya liderlərini heyran qoyan süfrə: Beştəpənin rəsmi şam yeməyində nələr var idi?

07 İyul 2026 23:57see173

Gəncədə faciə: 23 yaşlı qız yaşadığı evdə ölü tapıldı

08 İyul 2026 02:23see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri