Icma.az
close
up
RU
Bakıda əcnəbilərin şok əməlləri: İki nəfəri öldürmək istədilər...

Bakıda əcnəbilərin şok əməlləri: İki nəfəri öldürmək istədilər...

Icma.az xəbər verir, Bakupost saytına əsaslanaraq.


Şri-Lanka vətəndaşları - 1980-ci il təvəllüdlü Rathnayake Nuvan, 1992-ci il təvəllüdlü Sedara Munasinghe, onun həyat yoldaşı, 2000-ci il təvəllüdlü Dinesh Geethackarigenin işi üzrə şikayətə Sumqayıt Apellyasiya Məhkəməsində baxılıb.

Bakupost.az Teleqraf.com-a istinadla xəbər verir ki, Şri-Lanka vətəndaşları Abşeron rayonunda pakistanlı Dinuka Pathirahanı və onun atası Dammikanı qəsdən öldürməyə cəhddə, onlara qarşı quldurluqda təqsirli biliniblər.

İttihama görə, hadisə 2022-ci il sentyabrın 21-də Masazır qəsəbəsində baş verib.

Təqsirləndirilənlər və hazırda barəsində axtarış elan edilmiş digər şəxs sentyabrın 21-də saat 21:30-da Azərbaycanda yaşamaq, işləmək və təhsil almaq üçün vasitəçilik vədi verən Dinuka Pathiranı müvəqqəti yaşadıqları mənzilə dəvət ediblər. Onlar Dinuka Pathiraya Azərbaycanda yaşamaq istəmədiklərini və Şri-Lankaya qayıtmaq istədiklərini bildiriblər, xərc kimi verdikləri 1500 ABŞ dollarını geri tələb ediblər.

Mübahisə zamanı onlar Dinuka Pathiraya bıçaqla, butulka ilə xəsarət yetiriblər. Daha sonra bıçağı Dinukanın boğazına dirəyərək onu öldürəcəklərini deyiblər. Onun bank hesabından 400 ABŞ dollarını öz kartlarına köçürüblər, pul kisəsindən 3300 ABŞ dolları nağd pulu, mobil telefonlarını götürüblər.

Dəstə üzvləri mənzildə olan qaz balonunun klapanını açıblar və evə qaz buraxıblar, güclü partlayışla və ya qazın evə dolması nəticəsində zəhərlənmələri səbəbindən həm zərərçəkmiş şəxslərin, həm də həmin binada olan digər mənzillərdə yaşayan çoxsaylı insanların xəsarət almasına və ya ölməsinə səbəb ola biləcək hərəkətlər ediblər.

Dəstə üzvləri Dinuka Pathiraya və onun atasını mənzildə döyərək halsız vəziyyətə salıblar, onların əl və ayaqlarını bağlayıblar, qapını da arxadan bağlayaraq oranı tərk ediblər.

Lakin onlar getdikdən sonra Dinuka özünün və atasının əl-ayağını açmağa nail olub. Qaz balonunun klapanını bağlayıb və binanın birinci mərtəbəsində yerləşən mənzilin pəncərəsindən həyətə düşüb. Orada olan polis əməkdaşlarının köməyi ilə atasını da həmin mənzildən çıxarmağa nail olub.

Təqsirləndirilən şəxslərin barəsində Cinayət Məcəlləsinin 29,120.2.1 (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürməyə cəhd), 29,120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd), 29,120.2.6 (başqa cinayəti gizlətmə və ya onun törədilməsini yüngülləşdirmə məqsədi ilə, habelə zorlama və ya seksual xarakterli başqa zorakı hərəkətlərlə əlaqədar adam öldürməyə cəhd), 29,120.2.7 (iki və ya daha çox şəxsi öldürməyə cəhd), 29,120.2.11 (quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürməyə cəhd), 181.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən quldurluq törətmək), 181.2.4 (xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə quldurluq törətmək), 181.2.5 (silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə quldurluq törətmək) və 326.2-ci (dənizçinin şəxsiyyət sənədini, vətəndaşın şəxsiyyət vəsiqəsini, pasportunu və ya digər mühüm şəxsi sənədini talama) maddələri ilə ittiham elan edilib.

"4800 dollar ödəməli olduğumu söylədi"

Təqsirləndirilən şəxs qismində ifadə verən Dinesh ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O, ifadəsində göstərib ki, Şri-Lankada olarkən "Facebook" sosial şəbəkəsində Azərbaycanda tələbə qəbulu ilə bağlı reklam görüb, reklamı yayımlayan adamla danışıb: "Həmin şəxs mənə Azərbaycanda həm işləyə, həm də oxuya biləcəyimi dedi.

İlk növbədə viza xərclərini və təhsil üçün 4800 dollar ödəməli olduğumu söylədi. Özüm və yoldaşımın viza xərcləri üçün Dammikanın bank hesabına 65 dollar ödədim. 4 gün sonra Dammika bizə viza verdi və yoldaşımın Qərbi Kaspi Universitetində oxumalı olduğunu dedi. Yoldaşım üçün Qərbi Kaspi Universitetinin sənədlərini göndərdik".

"Azərbaycana gəldik"

Təqsirləndirilən şəxs qeyd edib ki, 2022-ci ilin avqust ayının 22-də onlar Şri-Lankadan Azərbaycana gəlib: "Bizi hava limanından götürməyə gəldilər. Bizi "Eleon" adlı otelə apardılar.

Bir gün sonra Dammika və oğlu Dinuka otelə gəldilər və bizdən 1500 dollar pul aldılar. Bizə iki telefon və simkart verdilər. İki gün sonra oteldə qalmaq üçün xərclərin çox olduğunu dedi və bizi Masazırda evə apardılar. Kirayə haqqı 350 manat idi.

Həmin şəxslər mənim və yoldaşımın pasportlarını götürdülər. Evin iki açarı vardı, biri bizdə qaldı, o birini özləri götürdülər. 5-6 gün sonra bizə Azərbaycanda qalmaq üçün yaşayış icazəsi almalı və buna görə 2200 dollar ödəməli olduğumuzu söylədilər. Pulu Şri-Lankadakı agentliyə göndərməyimizi istədi və onların pulu Dammikaya transfer edəcəyini söylədilər. Biz də pulu göndərdik".

"Nə işləyə, nə də oxuya bildik"

Dineshnin ifadəsinə görə, Dammika onların evinə taksi göndərib və müxtəlif analizlərdən keçməli olduqlarını deyib: "Biz heç yerə getmədik. Bundan sonra xəstələndim və 2 həftəlik hamilə olduğum bilindi. Biz Azərbaycanda nə işləyə, nə də oxuya bildik. Artıq Şri-Lankaya qayıtmaq istəyirdik. Çünki vizamızın da vaxtı bitmişdi.

Mən Dammikadan pasportlarımı istədim. Dammika universitetə məktub yazmalı və nə üçün getdiyimizi izah etməli olduğumuzu bildirdi. Yoldaşım məktub yazdı və hamilə olduğum üçün getmək istədiyimizi bildirdik. Dammika isə səbəb kimi bunu deyil, qohumlarının öldüyünü yazmağımızı istədi.

Məktubu yazdıqdan sonra Dammikaya göndərdim. Bir-iki gün sonra Dammika bizə pasportlarımızın qaydasında olduğunu və qaytaracağını dedi".

"Dedi, onu vurma, hamilədir"

Təqsirləndirilən şəxs deyib ki, daha sonra onlar Şri-Lankada olan agentlikdən Vasanta və Kumarı tapıblar: "Onlara pulumuzun olmadığını dedik və gələrək bizi hava limanına aparmalarını istədik. Saat 9-dan sonra Dammika və oğlu bizə gəldilər. Növbəti ayın kirayəsi üçün 350 manat istədilər.

Biz gələn ay bu evdə qalmayacağımızı deyəndə, Dammika və oğlu kirayə haqqını verməsək, pasportlarımızı qaytarmayacaqlarını bildirdilər. Yoldaşım onlara izah etdi ki, işləməyimiz və təhsil almağımız üçün heç nə etməyiblər, ona görə də, Şri-lankaya qayıtmaq istəyirik.

Dammika və oğlundan onlara verdiyimiz pulun taleyini soruşduq. Onlar daha iki həftə Azərbaycanda qalarıqsa, pulumuzu qaytaracaqlarını söylədilər. Biz bu vədə inanmadığımızı dedik.

Dammikanın əlindəki çantanın içində çoxlu pasportlar vardı. Yoldaşım çantanı onun əlindən almağa cəhd etdi ki, pasportlarımızı götürək. Dammika yoldaşımı itələdi, mənim isə saçımdan tutaraq arxaya çəkdi. Mən masanın üstündəki butulka ilə onu vurdum. Yoldaşım Dammikanı itələyəndə o, masanın üstündəki daş kimi bir şeyi götürüb onun başına vurdu.

15-20 dəqiqə sonra Vasanta və Kumar gəldilər. Vasanta niyə mübahisə etdiyimizi soruşdu. Yoldaşım Dammikadan pasportlarımızı almağa çalışdığını izah etdi.

Vasanta mübahisə etməməyi və Dammikadan pasportları geri qaytarmasını istədi. Dammika pasportları versə və biz Şri-Lankaya qayıtsaq, biznesini itirəcəyini və heç kimin ona inanmayacağını dedi.

Dinuka məni vurmaq istədi. Yoldaşım ona mənim hamilə olduğumu dedi. Kumar Dinukanın əlini arxadan bağladı. Dammika telefonunun parolunu dedi və telefonundan 500 manat köçürdüm. Bundan sonra yoldaşım pasportları götürdü və taksi ilə evi tərk etdik. Hava limanında tutulduq, polislər bizi Masazıra apardılar".

"İş tapmaq öz öhdəsinə düşdü"

İş üzrə zərərçəkmiş qismində ifadə verən Dammikanın sözlərinə görə, 4 ildir Bakı şəhərində iki hosteli var və onları işlədərək pul qazanır: "Həmin hostelləri Azərbaycanın qanunlarına riayət edərək açmışam və işlətmişəm. Hostellər şirkətimə məxsusdur, direktoru da özüməm. Həmçinin müxtəlif ölkələrdən gələn insanların Azərbaycanda işlə təmin olunmasına, təhsil almasına da kömək edirəm. MMC-nin əsas fəaliyyət istiqamətlərindən biri də budur".

Zərərçəkmiş şəxs qeyd edib ki, 2022-ci ilin iyul ayında Vasanta adlı Şri-Lanka vətəndaşı Azərbaycana gəlib: "Ona Azərbaycanda yaşaması üçün icazə sənədini almaq və qalmaq üçün ev tapmaqda kömək etdim. Bununla bağlı müqavilə bağladıq. Buna görə, Vasantadan 800 ABŞ dolları aldım. Vasantanın qalması üçün ev tapdım və evin pulunu ödədim. Daha sonra isə ona Azərbaycanda yaşamaq üçün icazə sənədi alıb verdim. İş tapmaq isə onun öz öhdəsinə düşdü".

"Qaz balonuna fikir vermədik və onu bağlamadıq"

Dammika daha sonra ifadəsində təqsirləndirilən şəxslə görüşməsindən, onlarla olan mübahisəsindən, təqsirləndirilən şəxslər tərəfindən döyülərək xəsarət almalarından, dəstə üzvlərinin onların əl-ayaqlarını bağlayaraq getmələrindən danışıb:

"Dinukanın ağzı bağlı idi. Bu müddət ərzində qaz iyini hiss etdim. Təxminən 20 dəqiqə sonra Dinuka əl-ayaqlarını açmağı bacardı. Mənim də əl və ayaqlarımı açdı.

Dinuka tez pəncərəni açaraq çölə çıxdı və bir neçə dəqiqədən sonra iki nəfər polis əməkdaşı ilə birlikdə gəldi. Məni də pəncərədən çölə çıxardılar. Çünki mənzilin qapısı bağlı idi. Ayağım sındığı üçün hərəkət edə bilmədim. Başımız özümüzü xilas etməyə qarışdı, qaz balonuna fikir vermədik və onu bağlamadıq. Pəncərə də açıq olduğundan qaz içəridə qalmadı.

Bundan sonra evə getdim və "102" xidmətinə zəng edərək olanları bildirdik. Daha sonra polis əməkdaşları yaşadığımız evə gəldilər. Mən bundan sonra xəstəxanaya getdim, oğlum Dinuka isə Abşeron Rayon Polis İdarəsinə gedərək ərizə ilə məlumat verdi".

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rathnayake Nuvan və Sedara Munasinghe hər biri 15 il, Dinesh Geethackarigen 14 il 9 ay müddətinə azadlıqdan məhrum ediliblər.

Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apellyasiya şikayəti veriblər. Onlar cəzalarının yüngülləşdirilməsini istəyiblər.

Sumqayıt Apellyasiya Məhkəməsində hakim Ruhiyyə Əsgərovanın sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Şikayətlər təmin edilməyib.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:256
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 11 İyun 2025 21:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see497

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see386

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see381

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see273

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see262

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see259

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see255

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see250

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see243

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see234

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see231

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see227

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see221

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see220

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see208

Baxçalı Bakıya gəlir? AÇIQLAMA

01 Noyabr 2026 03:27see204

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see200

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see190

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see188

Bakıda mağazadan Makadamiya fındığını belə oğurladı

01 Noyabr 2026 09:29see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri