Nüsrət İbrahimov: “Getdiyin ünvan məlum deyilsə, hansı yolla getməyinin heç bir mənası yoxdur”
Icma.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.
Sabah Zəfər Gününü qeyd edirik. Bu əlamətdar gündə Azərbaycan Qiymətləndiricilər Palatasının (AQP) sədri Nüsrət İbrahimovun da 67 yaşı tamam olur. AQP sədri ilə müsahibəmizdə bu əlamətdar günlər və digər mövzular ətrafında söhbətləşdik.
- Nüsrət müəllim, siz 5 il müddətinə Palataya sədr seçiləndə 66 yaşınız var idi. Müsahibəmiz bu gün, 7 noyabr tarixində yayımlanır. Sabah isə həm sizin 67 yaşınız tamam olur, həm də Zəfər Gününü qeyd edirik. Yaş və məsuliyyət bu mərhələdə necə birləşir?
- Mənim üçün yaş heç vaxt məhdudiyyət olmayıb. Əksinə, bu yaş insanı tamamlayan, ona vizyon, təcrübə, dərinlik, qərarlarının məsuliyyətini anlamaq qabiliyyəti verən bir mərhələdir. 66 yaşında idarəetməyə gəlmək o demək idi ki, artıq illərin təcrübəsini, keçilmiş yolun dərslərini və insanlarla münasibətin incəliklərini özündə birləşdirirsən. Gənclikdə insan daha çox nəticəyə qaçır, qazanmaq istəyir, lakin zaman keçdikcə anlayırsan ki, əsas məsələ nəticə yox, onun hansı əsaslar üzərində qurulmasıdır. Yaş artdıqca qərarlarının təkcə idarəetməyə deyil, həm də cəmiyyətə təsir etdiyini, hər addımın bir iz qoyduğunu daha dərindən dərk etməyə başlayırsan. Mənim üçün 67 yaş həm təcrübə, həm məsuliyyət, həm də qərarların dəyərini hiss etmək üçün bir fürsətdir.
- Bəziləri düşünür ki, gənc rəhbərlər daha enerjili, daha çevik olur. Əks qənaətdə olanlar da var. Onlara görə, təcrübəli rəhbərlərə daha çox ehtiyac var.
- Enerji və çeviklik, əlbəttə, gəncliyin təbii üstünlüyüdür. Lakin idarəetmədə təkcə sürət deyil, həm də strategiya önəmlidir. Bəzən gənc rəhbərlər çox sürətli gedir, amma hara getdiyini müəyyən etmir. Getdiyin ünvan məlum deyilsə, hansı yolla getməyinin heç bir mənası yoxdur. Təcrübəli rəhbər bəzən yavaş gedir, ancaq hədəfi aydın görür və yolun hər addımında dayanıqlılığı təmin edir. Mənim fikrimcə, idarəetmədə sürət o zaman faydalıdır ki, onun arxasında sistem, planlı iş və məsuliyyət dayansın. Təcrübə bizə öyrədir ki, hər bir qərarın arxasında bir insan taleyi, bir qurumun reputasiyası və cəmiyyətin etimadı durur. Ona görə də təcrübə ilə enerjini birləşdirmək çox vacibdir. Əgər gəncin çevik düşüncəsi ilə təcrübəli rəhbərin strateji baxışı eyni nöqtədə kəsişirsə, orada real inkişaf baş verir.
- Bəzən bu fikirlərə də rast gəlirik ki, nəsillərarası fərq idarəetmədə ziddiyyət yaradır. Sizcə, bu, doğrudan da belədir?
- Mən bu fərqi heç vaxt ziddiyyət kimi qəbul etmirəm. Hər nəsil idarəetməyə öz dövrünün ruhunu, yanaşma tərzini, dünyagörüşünü gətirir. 20 il əvvəl əsas məqsəd sadəcə nəticə əldə etmək idisə, müasir şəraitdə əsas məqsəd şəffaflıq, etibarlılıq və sistemlilikdir. Mənim düşüncəmdə ideal idarəetmə o zaman yaranır ki, gəncin innovativ baxışı ilə ağsaqqalın təcrübəsi bir-birini tamamlayır. Bizim mentalitetdə "el ağsaqqalı” anlayışı təsadüfi deyil. Bu, sadəcə yaş yox, həm də məsuliyyətin, ədalətin və dərin düşüncənin simvoludur. Mən Palatada bu balansı qorumağa çalışıram: Gəncin enerjisini al, amma ağsaqqalın ağlını itirmə. Çünki birinin enerjisi olmadan sistem inkişaf etmir, o birinin ağlı olmadan isə inkişaf dayanıqlı olmur.
- Palatadan söz düşmüşkən. Cəmi 10 aydır fəaliyyətə başlamısınız. Bu qısa müddətdə hansı real nəticələri qeyd edə bilərsiniz?
- Əslində 10 ay bir qurum üçün çox qısa zamandır. Təvazökarlıqdan uzaq olsa da, deməliyəm ki, bu qısa müddətdə ciddi nəticələr əldə etmişik. Əvvəlcə idarəetmənin strukturunu formalaşdırdıq, sonra vahid qiymətləndirici reyestrini yaratdıq. Paralel olaraq elektron idarəetmə sisteminin texniki bazasını formalaşdırdıq ki, bu da şəffaflığı tam təmin edir. Hesabatların keyfiyyətinə nəzarət sistemi tətbiq etdik, beynəlxalq tələblərə - IVS standartlarına uyğun prosedurlar işlədik. Bütün bunların nəticəsində Azərbaycanda qiymətləndirmə prosesi keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Artıq sektor müasir, texnoloji və beynəlxalq səviyyədə qəbul olunan çərçivəyə daxil olub. Ən vacibi isə bu sahədə reputasiya və etimad mühitini formalaşdırmağa nail olmuşuq. Artıq hər kəs fərqindədir ki, qiymətləndirmə yalnız rəqəmlər deyil, iqtisadi ədalətin göstəricisidir.
- Gənc mütəxəssislərin və ya iddialı şəxslərin rəhbərlik üçün canfəşanlıq etməsi də sirr deyil. Bu məsələyə baxışınız necədir?
- Hesab edirəm ki, rəhbərlik kreslosu məqsəd yox, vasitədir. O vasitə hansı məqsədə xidmət edirsə, onun dəyəri də oradan başlayır. Bəzən insanlar kresloya çatmaq üçün çox canfəşanlıq göstərirlər, lakin kresloda oturanda görürlər ki, məsuliyyət gözlədiklərindən qat-qat ağırdır. Rəhbərlik o zaman mənalı olur ki, sən həmin kreslonu şəxsi maraq üçün yox, ictimai fayda üçün istifadə edirsən. Mənim üçün rəhbərlik kreslosunun dəyəri onun gətirdiyi imtiyazlarda deyil, tələb etdiyi dürüstlükdədir. Rəhbər olmağın mənası hər kəsin gözündə görünməkdə yox, hər kəsin etimadını qazanmaqda gözəldir. Əgər bir şəxs kreslonu öz eqosunun tərənnüm vasitəsinə çevirirsə, o, artıq rəhbər deyil, sadəcə vəzifə sahibidir - "çinovnikdir”.
- Təcrübə və dinamizmin vəhdətindən danışdınız. Yəqin gənclər üçün də maraqlıdır - bunun mexanizmini hansı şəkildə görürsünüz?
- Biz elə bir dövrdə yaşayırıq ki, bilik tək istiqamətli formalaşmır. Gənclər öz ideyaları, rəqəmsal baxışları və müasir idarəetmə modelləri ilə bu sahəyə yeni nəfəs gətirirlər. Mən onları dinləməyə, təşəbbüslərini dəstəkləməyə çalışıram. Amma eyni zamanda bu ideyalar təcrübə süzgəcindən keçməlidir. Palatada 30–40 yaşlı çox bacarıqlı mütəxəssislər var və mən onlardan öyrənirəm. Mənim üçün rəhbərin rolu yalnız göstəriş vermək deyil, həm də yetişdirməkdir. Rəhbər o zaman uğurludur ki, onun yanında böyüyən gənclər gələcəkdə ondan daha yaxşı idarəçi olurlar. Bu, mənim üçün həm borc, həm də mənəvi rahatlıq mənbəyidir.
- Palatanın qarşısında duran əsas hədəflər hansılardır və gələcək fəaliyyətinizdə hansı yenilikləri müşahidə edəcəyik?
- Əsas məqsədimiz ekosistemin ayrılmaz tərkib hissəsi olaraq qiymətləndirmə sektorunda tam şəffaflıq və beynəlxalq etibarlılıq yaratmaqdır. Bunun üçün konkret addımlar atmışıq. Yaxın günlərdə qiymətləndirmə hesabatlarının elektron qeydiyyatı aparılacaq ki, onların hər biri QR kod vasitəsilə yoxlana biləcək. Bu, həm dövlət qurumlarına, həm də ictimaiyyətə hesabatların orijinallığı barədə aydın fikir verir. Paralel olaraq, beynəlxalq təcrübəyə əsaslanan milli metodologiyalar hazırlamışıq. Gələcək planlarımız arasında regional əməkdaşlıq da xüsusi yer tutur. Türkiyə, Gürcüstan, Qazaxıstan, Özbəkistan və Baltik ölkələri ilə birgə platforma yaratmaq niyyətindəyik. Çünki məqsəd yalnız yerli sistem qurmaq deyil, həm də Azərbaycanı regionun etibarlı qiymətləndirmə mərkəzinə çevirməkdir.
- 70 yaşa yaxın insan üçün bu qədər temp çox çətin deyil ki? Bunların öhdəsindən necə gəlirsiniz?
- Mən bu işi yük kimi yox, missiya kimi qəbul edirəm. Əgər insan gördüyü işdə məqsəd və mənəvi dəyər tapırsa, orada nə yorğunluq olur, nə də çətinlik. Mənim üçün Azərbaycan Qiymətləndiricilər Palatası sadəcə idarəetmə qurumu deyil, həm də peşə reputasiyasını qoruyan bir mərkəzdir. Səhər işə gələndə özümü idarəetmədə yox, xidmətin içində hiss edirəm. Hər uğurlu addım mənim üçün şəxsi qazanc deyil, sahənin nüfuzu üçün qazanılmış etimaddır. Yaş sadəcə rəqəmdir, amma məqsəd və məsuliyyət səni hər yaşda gənc saxlayır. Əgər içində yanacaq bir ideya varsa, o səni daim hərəkətdə və nikbin ruhda saxlayır.
- Son olaraq, həm oxuculara, həm də Palata üzvlərinə, xüsusilə də sabahkı Zəfər Günü və ad gününüz münasibətilə nə demək istərdiniz?
- Bu tarix mənim üçün ikiqat bayramdır – həm Zəfər Günü, həm də doğum günüm. Mən bunu şəxsi təsadüf kimi yox, simvolik məsuliyyət kimi qəbul edirəm. Zəfər Günü xalqımızın iradəsinin, həmrəyliyinin və dövlətinə inamının təntənəsidir. Bu gün təkcə hərbi qələbə deyil, həm də milli ruhun qələbəsidir. Biz bu ruhu qoruyaraq gələcək nəsillərə ötürməliyik. Mən başda Müzəffər Ali Baş Komandan İlham Əliyev olmaqla bütün xalqımızı, qəhrəman əsgərlərimizi, şəhid ailələrimizi və həmkarlarımı ürəkdən təbrik edirəm. Azərbaycan Qiymətləndiricilər Palatasının üzvlərinə demək istəyirəm ki, sizlər ölkəmizin iqtisadi dirəklərindən birisiniz. Hər düzgün qiymətləndirmə dövlətin etibarının, şəffaflığının və iqtisadi dayanıqlığının göstəricisidir.
Qoy Zəfər Günü ruhu hər birimizin həyatında məsuliyyət, birləşmə və milli qürur hissi kimi yaşasın.
Zəfər Günün mübarək, Azərbaycan!
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.

Bu mövzuda digər xəbərlər:Nüsrət İbrahimov sədr seçilib
12 Dekabr 2024 15:18
Nüsrət İbrahimov sədr seçildi
16 Dekabr 2024 12:13
Nüsrət İbrahimov: Qiymətləndiricilərin fəaliyyət göstərdiyi məkan bazardır
21 Dekabr 2024 13:34
Nüsrət İbrahimov adının Adnan Əhmədzadə ilə hallanmasından danışdı
22 Sentyabr 2025 14:19
Baxış sayı:60
Bu xəbər 07 Noyabr 2025 16:27 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları