Icma.az
close
up
RU
WUF13 regionun dayanıqlı inkişafına və qlobal urbanizasiya məqsədlərinə mühüm töhfə verəcək

WUF13 regionun dayanıqlı inkişafına və qlobal urbanizasiya məqsədlərinə mühüm töhfə verəcək

Icma.az, Baku.ws portalına istinadən məlumat verir.

BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) qlobal urbanizasiya məqsədlərinə mühüm töhfə verəcək.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Rəhimzadə deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyev Azərbaycanın çoxəsrlik tarixə malik şəhərsalma və memarlıq mədəniyyəti ənənələrinin yaşadılması, eləcə də ölkədə bu sahədə yeni çağırışlara cavab verən mütərəqqi yanaşmaların təşviqi və tətbiqinin genişləndirilməsi məqsədilə 2026-cı ili "Şəhərsalma və Memarlıq İli" elan etdi:

"Bu gün 30 illik işğal dövründə tamamilə dağıdılan şəhər və kəndlərimiz yenidən bərpa edilir. "Ağıllı şəhər" və "ağıllı kənd" strategiyası əsasında qurulan kənd və şəhərlər müasir dövrün bütün yeniliklərini özündə əks etdirir. Bu gün paytaxt Bakı ilə yanaşı, hazırkı dövrdə əsas prioritet məsələ işğaldan azad edilmiş ərazilərimizin müasir tələblər səviyyəsində qurulmasıdır. Prezident İlham Əliyev Xankəndi şəhərində keçirilən Üçüncü Azərbaycan Milli Şəhərsalma Forumunun iştirakçılarına müraciətində bu məqamı da xüsusi qeyd edib ki, Qarabağ və Şərqi Zəngəzur regionlarında həyata keçirilən quruculuq prosesi təkcə şəhərsalma və infrastrukturun inkişafı deyil, regionda uzunmüddətli sülh və əməkdaşlığın qurulması baxımından xüsusi əhəmiyyət daşıyır. Həyata keçirilən məqsədyönlü layihələr, qurulan yeni əməkdaşlıqlar və formalaşan iqtisadi mühit yerli əhali üçün dayanıqlı yaşam imkanları yaradır və şəhərlərin dayanıqlı inkişafına xidmət edir".

Vüqar Rəhimzadə qeyd edib ki, Azərbaycanın şəhərsalma sahəsində əldə etdiyi qabaqcıl təcrübə beynəlxalq ictimaiyyət tərəfindən böyük maraqla qarşılanır:

"Ölkəmiz iqlim dəyişmələri və şəhərsalma sahəsində qlobal çağırışların həllində və innovativ yanaşmaların formalaşmasında etibarlı tərəfdaş kimi tanınır. Bu sahədə beynəlxalq əməkdaşlıq, xüsusilə də BMT-nin Məskunlaşma Proqramı ilə birgə həyata keçirilən təşəbbüslər xüsusi önəm daşıyır. 2026-cı ildə dünyanın şəhərsalma sahəsində ən nüfuzlu tədbirlərindən olan Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının Bakı şəhərində keçirilməsi qərarı Azərbaycanın beynəlxalq urbanizasiya proseslərinə verdiyi töhfənin və etibarlı tərəfdaş kimi qazandığı yüksək etimadın göstəricisidir. Bu mötəbər tədbir Azərbaycanın ümumdünya urbanizasiya proseslərində rolunu daha da gücləndirəcək, regionun dayanıqlı inkişafına və ümumilikdə qlobal urbanizasiya məqsədlərinə mühüm töhfə verəcək. Ağdam, Zəngilan və Xankəndi şəhərlərində keçirilən Azərbaycan Milli Şəhərsalma forumları Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına gedən yolda mühüm mərhələ kimi dəyərləndirilir".

Deputat həmçinin vurğulayıb ki, Azərbaycan hər sahədə təkmil təcrübəsi ilə dünyaya nümunədir:

"Hazırda paytaxt Bakı ilə yanaşı, bölgələrimiz, o cümlədən işğaldan azad edilmiş ərazilərimizin müasir dövrün tələbləri əsasında yenidən qurulması dünyanın diqqətindədir. Müxtəlif çağırışların, davamlı şəhərlərin qurulması ilə bağlı strategiyanın ölkəmizdə müzakirə edilməsinə, yeni əməkdaşlıq formatlarının yaradılmasına yol açan forumların keçirilməsinə xüsusi önəm verilməsi Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan rolunun göstəricisidir. "Şəhərsalma və Memarlıq İli" çərçivəsində keçiriləcək tədbirlər Azərbaycanın beynəlxalq təqdimatına yeni əlavələr edəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:31
embedMənbə:https://baku.ws
archiveBu xəbər 22 Dekabr 2025 23:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see249

Bundesliqa futbolçusu İngiltərə klublarının HƏDƏFİNDƏ

21 Dekabr 2025 03:47see223

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see182

A Seriyası: Yuventus Roma nı əliboş yola saldı

21 Dekabr 2025 02:02see161

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see156

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see155

Azərbaycanda qeyri adi toy FOTO

21 Dekabr 2025 03:49see153

Prezidentin MDB ölkələri liderlərinin qeyri rəsmi sammitində iştirakı gözlənilir

21 Dekabr 2025 00:59see152

Voltemade ilk 20 dəqiqədə “Çelsi”nin qapısına iki qol vuran dördüncü oyunçu olub

21 Dekabr 2025 02:45see149

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see148

Mərkəzi oyunu “Yuventus” qazandı

21 Dekabr 2025 02:25see143

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see142

“Güllü”nün qızı həbsdə ilk dəfə danışdı

21 Dekabr 2025 00:55see138

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see138

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see134

İlon Mask buna görə dünyada birinci oldu rekordu yenilədi

21 Dekabr 2025 02:44see133

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see131

Türkiyədə daha üç məşhur barədə həbs qərarı çıxarıldı

21 Dekabr 2025 02:44see129

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see129

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri