Icma.az
close
up
RU
Nüvədidən danış, Nikol, Nüvədidən!

Nüvədidən danış, Nikol, Nüvədidən!

Yeniazerbaycan saytına istinadən Icma.az xəbər verir.

Bu günlərdə xarici işlər naziri Ceyhun Bayramov bildirdi ki, Azərbaycan və Ermənistan arasında Vaşinqton Sammiti çərçivəsində əldə olunmuş razılaşmaları təsadüfən xatırlatmadı. Ölkəmizin baş diplomatı 2025-ci ilin 8 avqustunda Ağ Evin sahibi Donald Trampın şahidliyi ilə Azərbaycan və Ermənistan liderləri arasında əldə olunmuş razılaşmalardan irəli gələn addımları tezləşdirmək mesajı verdi rəsmi İrəvana

Nazir Azərbaycan tərəfinin bununla bağlı yanaşmasının prinsipial olduğunu nəzərə çatdırdı. Amma xüsusilə qeyd etdi ki, dövlətin rəsmi mövqeyini Prezident İlham Əliyev bildirib. Zəruri xatırlatmanı da etdi: “Bizim gözləntimiz Ermənistan Konstitusiyasından Azərbaycana qarşı ərazi iddialarının çıxarılmasıdır. Bundan sonra sülh sazişi imzalana bilər...Bizi maraqlandıran və narahat edən əsas məqam Müstəqillik Bəyannaməsində Azərbaycana qarşı ərazi iddialarıdır. Bu həll olunandan sonra bizim gözləntimiz bu işin tezliklə başa çatmasıdır”.

Bakıdan səslənən xəbərdarlıq və ismarışa Nikol Paşinyanın reaksiyası operativ oldu. Amma hər zaman ziddiyyətli mövqeyi ilə diqqət çəkməyə adət etmiş Ermənistanın baş naziri bu dəfə də bəzi “naqolay” fikirlər səsləndirdi.

Azərbaycan XİN başçısının delimitasiya və demarkasiya ilə bağlı prosesin davam etdirilməsinə istiqamətlənmiş mövqeyinə reaksiyasında Paşinyan yenə də İstisu (Cermux) istiqamətində guya Azərbaycanın nəzarətində olan ərazilərin qaytarılması məsələsindən danışıb. Bəzən özünü sülh carçısı kimi göstərmək üçün real Ermənistan qurmağın, Qarabağa iddialara son qoymağın vacibliyindən bəhs edən Paşinyan bəzən öz-özünü danır. Necə ki, İstisu məsələsində qeyri-real mövqe və iddia səsləndirir.

Əvvəla, Azərbaycan hətta Paşinyanın dediyi kimi, Ermənistanın kadastr sənədi olmasa belə, bu ölkənin ərazisinə müdaxilə etməyib. Dövlət rəhbərliyi dəfələrlə bildirib ki, bizim heç bir ölkənin ərazisində gözümüz yoxdur. Hətta ABŞ rəhbərliyi etiraf etdi ki, 2020-ci ildə Azərbaycan ordusunun Ermənistanın içərilərinə irəliləməsindən heyrətlənib. Yəni hansı ölkə olsaydı, ərazisini 30 il işğalda saxlayan, yeraltı, yerüstü sərvətlərini tar-mar, şəhər və kəndləri viran qoyanın nəslinə od qoyar, yurdunu mələr qoyardı. Amma Azərbaycan dövləti bütün olanlara rəğmən, Ermənistanla şərti sərhədləri belə o tərəfə adlamadı. Üstəlik, Azərbaycana vurulan yüz milyardlarla ziyanın qarşılığında Azərbaycan Ermənistanla şərti sərhədlərin dəqiqləşdirilməsinə başlayıb, artıq 13 km-lik ərazi ilə bağlı sorğu-sual qalmayıb. Amma hələ min km-dək sərhəd xətti dəqiqləşdirilməlidir. Azərbaycan XİN başçısı bu mənada tormozlanan prosesin irəli aparılması zəruriliyini də xatırlatdı. Qazax istiqamətindən Zəngəzur dəhlizinin keçdiyi ünvanlaradək sərhəd dəqiqləşdirilməsinin aparılmasını ən doğru yol olaraq qeyd etdi. Amma bütün bunların qarşılığında Nikol Paşinyan “Cermux söhbəti”ni ortaya atdı. İndi bununla nə demək istəyirlər? Azərbaycan yenə də kötəyimi götürsün əlinə, yoxsa Dəmir Yumruğu endirsin başlarına?!

İstisu söhbəti elə revanşizmə zəhər verməkdir, Paşinyan bunu anlamırmı? Sentyabr döyüşləri zamanı Azərbaycan ordusuna qarşı törədilmiş alçaq təxribatın qarşılığında ordumuz qəhrəman oğullarımızın qanı hesabına düşmənin burnunu ovaraq, strateji yüksəkliklərə nəzarəti ələ alıb. İndi bu hadisələri xatırlatmaqla nə demək istəyir Paşinyan?! O zaman Ermənistan da ciddi itkilər vermişdi. Amma təxribatının cavabını almışdı. Azərbaycan ordusu isə 44 günlük müharibədən xeyli sonra düşmənin xain hücumunu dəf edərkən şəhidlər vermişdi. İndi Paşinyan yenidən “ərazi söhbəti” ortaya atmaqla Azərbaycanın qəzəbini daşırmaqmı istəyir? Reallıqdan danışırsa, onda bu nə hoqqadır? Seçkiyədək başadüşülən idi, daxilə xitab edirdi, səs yığmaq üçün. Bundan sonra yenidən köhnə palan içi sökməsi artıq xislətinin ortaya qoyulmasıdır. Azərbaycan dövlətinin humanizmindən sui-istifadə edərək növbəti məkrli niyyətlərini həyata keçirmək istəyir.

Əvvəla, o ərazilər Azərbaycanın tarixi torpaqlarıdır. Digər tərəfdən, hansı təcavüzə məruz qalmış ölkə vaxtilə özünün ərazisi olan yüksəklikləri düşmənə hədiyyə edər ki, yenidən başına bəla açsınlar? İsrail dövləti hətta onun olmayan Suriyaya məxsus Colan təpələrini, Livanın yüksəkliklərini belə geri qaytarmır ki, sonra özünə qarşı istifadə olunar, belə olan halda Azərbaycan niyə öz torpaqlarını güzəştə getməlidir?

Nikol Paşinyan yenə də SSRİ Baş Qərargahının “hüquqi qüvvəyə malik” 1974–1978-ci illərə aid xəritələrindən danışır, 1991-ci il Alma-Ata Bəyannaməsini xatırladır. Məgər Azərbaycan əraziləri işğal olunanda o xəritələr, ya Bəyannamə yox idi? Necə olur, sərf edəndə SSRİ mirasları yada düşür?!

Bəlkə 1922-ci il xəritəsinə istinad olunsun. Niyə məhz 70-ci illərin xəritəsi masada olmalıdır? Ona görə ki, 1929-cu ildə Ermənistana verilən Nüvədi kəndinin geri qaytarılması məsələsi ortaya çıxacaq?..Necə olur ki, 1920-ci ilin dekabrında Qərbi Zəngəzurun Ermənistana verilməsindən, Nüvədi daxil, ona yaxın kəndimizin Azərbaycandan qoparılıb Ermənistana peşkəş edilməsindən, ötən əsrin sonlarınadək yaylaqlarımızın hissə-hissə pay-püşk edilməsindən danışılmır? Paşinyana sərf eləmir, ona görə?

Amma gərək Paşinyan cızığından çıxıb, Azərbaycanla münasibətlərdə şərtlə danışmağa cürət etməsin, yoxsa axırı yaxşı olmaz! Məsələn, Ermənistanın işğalçı siyasətinin qurbanlarından olan Nüvədi camaatı öz evlərinə qayıtmaqla bağlı müraciət edib. Onların və bütöbvlükdə Qərbi Azərbaycan əhalisinin öz yurdlarına dönüşünə şərait yaratmaqdansa, razılaşmaları pozmağa yönəlik mövqedən çıxış etmək qəbulolunmazdır!

Konstitusiya dəyişdirilməlidir, sorğu-suala yer yoxdur! Qərbi azərbaycanlıların qayıdış hüququ tanınmalıdır! Azərbaycanın Ermənistana verilmiş əraziləri də sahibinə qaytarılmalıdır, Nüvədi daxil! Əgər 9 min kv.km-lik İrəvanın və ətraf ərazilərin güzəşt edilməsindən sonra elan edilmiş, sonradan Qərbi Zəngəzurun zəbti ilə daha 20 min kv.km əraziyə sahiblənmiş Ermənistan kadastr sənədi almaq istəyirsə, iddialardan və hikkələrdən əl çəkməlidirlər!   

  

Heç kimi və heç nəyi unutmamışıq, unutmayacağıq! Bu gün Tovuz istiqamətindən törədilən təxribatların ildönümüdür. Azərbaycan generalı və qəhrəman oğulları həlak oldu, məhz Nikol Paşinyanın Ermənistana rəhbərlik etdiyi o günlərdə! Yeni ərazilər iddiası var idi, indi “mələk” donunda görünməyə çalışır.

Odur ki, ağzının danışığını bilsə yaxşıdır, Azərbaycan əsgərini İstisuya enməyə vadar etməsin! Həmçinin, Başkənd iddiası ilə başından böyük danışanlar əvvəlcə Kərkini, Qazaxın 3 kəndini, həmçinin 1929-cu ildə qoparılan, 1969-cu ilin mayında, mərhum Heydər Əliyevin hakimiyyətə gəlişindən iki ay öncə tez-tələsik, hansısa xain mərkəzlərin istəyi və diktəsi ilə Azərbaycan parlamentinə çıxarılaraq zəbti “təsdiqlənən” Nüvədini geri qaytarmaq haqda düşünməlidirlər! Başkənd də Azərbaycanın tarixi ərazisidir və separatçı, terrorçu dəstələrin əhalimizə qan uddurmasına cavab olaraq düşmənin o ərazilərdə kökü kəsilib. İndi nə “Başkənd” deyib, baş-beynimizi aparırlar?! Bəlkə istəyirlər Azərbaycan Ermənistana qarşı təzminat davasını açıq elan etsin?..

  Nikol Paşinyan reallığı görə bilmirsə, Prezident İlham Əliyevin Qarabağa sonuncu səfərlərinə yaxşı-yaxşı baxsın. Orda hər şey var...

Elşad Paşasoy

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 14 İyul 2026 10:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see882

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see321

Şölət Zeynalov: “Xaricdən gələn ideoloji risklərə qarşı dayanıqlı olmalıyıq”

12 Oktyabr 2026 14:37see313

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see306

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see293

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see269

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see256

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see223

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see220

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see203

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see203

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see200

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see199

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see199

Nəfəsin bu görüntüsü tənqid edildi (Video)

12 Oktyabr 2026 17:18see198

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see193

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see186

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see186

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see184

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri