Icma.az
close
up
RU
Danış, görüm kimsən…

Danış, görüm kimsən…

futbolpress-az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Sokratın sözüdür. Danış, görüm kimsən.

İstəyərdik, Azərbaycan futbolunda strateji postlardan birinə təyin olunan Cahangir Fərəcullayev də danışsın.

AFFA-nın baş katibi vəzifəsi mahiyyətindən çox şişirdilmişdi. Hər halda, assosiasiyanın baş katibi elə-belə post deyil və həssas periodda bura təyin edilən Cahangir bəyin baxış bucağını öyrənmək, gələcəyə dair hansı ideya və təkliflərinin olduğunu eşitmək əhəmiyyətlidir. Ümumiyyətlə, onun futbol vəzifəsində debütü haqda rəy yalnız onun danışması ilə yarana bilər. Hələ ki, nə TV, nə yazılı, nə onlayn KİV resurslarında hansısa müsahibəsini görmüşük…

***

Danışması vacib olan şəxslərdən biri də Cenk Sümer bəydir. Strateji sözü bu yazıda çox işlənməyə layiqdir. Azərbaycan futbolunun strateji simvolu sayılan “Neftçi”yə xaricdən baş icraçı direktor gətirilib, ancaq o boyda klubumuzu idarə edən o boyda vəzifə sahibinin heç orta boyda müsahibəsinə də rastlaşmamışıq. Təbii ki, Cenk yoldaşın “Kadıköy hatırası” yox, illərdir imicini bərpa edə bilməyən “flaqman”ımızın bu istiqamətdə hansı plan/ideyalarının olduğunu məhz ondan dinləmək istərdik. Özümüzdə tapılmayıb, qardaş ölkədən baş icraçı direktor gətirmişiksə, DANIŞSIN, öyrənək də…
Bu işlər susmaqla həll olunacaqsa, onun da sirrini öyrənmək istərdik ondan. Hər halda, əcnəbini idarəçiliyin başına gətiririksə, bizimkilərdən bir və ya bir neçə baş üstün/fərqli olduğunu görməliyik, sezməliyik. Yoxsa biz nə bilək bu susmağın, yaxud az danışmağın nə kimi faydası ola bilər…

***

Danışmasını, daha dəqiq ifadə etsək, daha geniş spektr(d)a dinməyini gözlədiyimiz şəxslərdən biri də Elxan Səmədovdur. Düzdür, PFL prezidenti arabir müsahibə verir, hətta bəzən lap geniş müsahibə verir. Lakin məhdud sferada/arealda…
Hələ onunla müsahibə istəyimi reallaşdıra bilməmişəm. Xəfif istəklərim xəzan yellərinə qarışıb, unudulub və s.
Ölkə futbolunun yeni eraya qədəm qoymağa hazırlaşdığı ərəfədə PFL-in əhəmiyyəti mühümdür. Biz Elxan bəyin TV-lərdə, müxtəlif (!) elektron KİV-lərdə çıxışlarını görmək istərdik. Aktiv fikir, ideya subyektlərindən biri məhz Elxan bəy olmalıdır. Lakin…

***

Az danışıb çox iş görmək məsəlini də əldə rəhbər tuta bilərlər, amma bu, daha çox bəraətə oxşayar. Yeni inkişaf strategiyasını oxuyanlar bilər, susmaqla, “danışmadan iş görməklə” getməz bu proses.

Əlqərəz, danışın da, nə olub sizə?!

Elçin Cəlilov

P.S. AFFA prezidenti Rövşən Nəcəf və vitse-prezidenti Balakişi Qasımovla müsahibə barədə hələ 2024-ün oktyabrında AFFA-YA ünvanlanan rəsmi müraciətin taleyi də bu yazının “qıfılbəndi” olsun.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:151
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 04 Mart 2025 08:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlətçilik tariximizin şanlı salnaməsi

20 Sentyabr 2026 16:31see302

Əbədi yaşamaq mümkündürmü? Fizikdən inanılmaz

19 Sentyabr 2026 22:17see268

Əsrin müqaviləsi nin 32 yaşı oldu

20 Sentyabr 2026 01:07see255

ABŞ da dizel yanacağının orta qiyməti rekord həddə çatıb

20 Sentyabr 2026 05:19see252

Hollivud məşuqələri: Evli kişilərlə görüşən 5 ulduz

20 Sentyabr 2026 01:01see245

Sumqayıtda mənzil bazarında qiymət sıçrayışı: Köhnə tikililər bahalaşdı Video

20 Sentyabr 2026 14:09see239

Ararat Mirzoyan “Biz hələ indi dövlət olmağa başlayırıq”

20 Sentyabr 2026 03:31see238

Azərbaycan xristianlığının qədim mərkəzi Gəncəsər monastırı

20 Sentyabr 2026 04:50see237

Professor: Üzeyir Hacıbəylinin musiqisi Qazaxıstan mədəniyyətində xüsusi yer tutur

20 Sentyabr 2026 16:21see236

Özümü dəfn edib, yaşamağı bacaran adamam

20 Sentyabr 2026 12:26see234

Hülya Avşar “Kanlı Nigar”la səhnəyə qayıdır

20 Sentyabr 2026 01:14see233

Husilər dən Səudiyyə Ərəbistanına dron yağışı ..

20 Sentyabr 2026 05:15see226

Məşhur reper Bakıya gəlir

20 Sentyabr 2026 01:55see224

Bir həftədə Moskvaya 2 mindən çox PUA ilə hücum cəhdi edilib

20 Sentyabr 2026 06:17see223

“Biz və bizim dağlar”: Sənət əsəri, yoxsa separatizmin simvolu?

19 Sentyabr 2026 20:47see202

Olqa Buzova əməliyyatdan qalan izlərini gizlətdiyini açıqladı

20 Sentyabr 2026 05:14see202

Körpənin ilk nəfəsini gözləmədən gələcəyini dəyişə bilərik Hamiləlik zamanı müayinələr nə üçün vacibdir? Foto

21 Sentyabr 2026 03:30see190

Hər gün bunu etsəniz bel ağrısından xilas olarsınız

20 Sentyabr 2026 05:14see188

Ağdamda quyudan kişi meyiti tapılıb

20 Sentyabr 2026 14:58see186

Asfalt örtüyü dəyişdirilən yolların xətlənməsi niyə yubanır? Video

20 Sentyabr 2026 04:07see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri