Nyu Yorkda ictimai tualetlərə yeni qayda: Vaxt bitəndə qapı açılacaq VİDEO
Bizim media portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Nyu-Yorkda yeni ictimai tualetlər quraşdırılacaq. Şəhər meri Zöhran Mamdani bildirib ki, həmin tualetlərdən istifadə müddəti 10 dəqiqə ilə məhdudlaşdırılacaq və vaxt başa çatdıqdan sonra qapılar avtomatik açılacaq.
Bizim.Media bu barədə “nbcnewyork.com”a istinadla xəbər verir.
Pilot layihə çərçivəsində şəhərin müxtəlif ərazilərində ümumilikdə 17 modul tualet quraşdırılacaq. Onlar səhər saat 07:00-dan axşam 22:00-dək fəaliyyət göstərəcək. Tualetlərdən istifadə etmək üçün xüsusi mobil tətbiqdən və ya eyni funksiyanı yerinə yetirən kartdan istifadə etmək tələb olunacaq.
“Bu tualetlərdə müəyyən müddətdən sonra işıq siqnalları yanıb-sönməyə başlayır və bu, şəxsi oradan çıxmağa təşviq edir”, – deyə Mamdani jurnalistin belə məkanlarda narkomaniya, fahişəlik və evsizlərlə bağlı problemlərin qarşısının necə alınacağı barədə sualını cavablandırarkən bildirib.
O qeyd edib ki, modul tualetlərin üzərində istifadə müddətinin 10 dəqiqə olduğu qeyd olunub.
Podratçı şirkətin nümayəndəsi Cessika Haynselman da vurğulayıb ki, çoxsaylı xəbərdarlıqlardan və istifadə müddətinin başa çatdığı barədə bildirişdən sonra qapı sonda avtomatik açılacaq. Onun sözlərinə görə, istifadəçi bu barədə əvvəlcədən dəfələrlə xəbərdar ediləcək.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:198
Bu xəbər 18 Sentyabr 2026 04:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















