“Nyukasl” Bakıya yola düşdü FOTO
Idman.biz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
İngiltərənin “Nyukasl” komandası “Qarabağ”la keçirəcəyi UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunu üçün Bakıya yola düşüb.
İdman.Biz xəbər verir ki, klub bununla əlaqədar paylaşım edib.
Paylaşımda növbəti dayanacağın Bakı olduğu və səfəri kollektivi rahat, komfortlu və “şoulu” şəkildə etdiyi vurğulanıb.
Qeyd edək ki, komanda Heydər Əliyev Beynəlxalq Hava Limanından birbaşa Tofiq Bəhramov adına Respublika stadionuna üz tutacaq.
Baş məşqçi Eddi Hau saat 20:30-da mətbuat konfransı keçirəcək. Saat 21:00-da isə “Nyukasl” ilk 15 dəqiqəsi media üçün açıq olacaq məşqə çıxacaq.
Qeyd edək ki, fevralın 18-də Respublika stadionunda təşkil olunacaq qarşılaşma saat 21:45-də başlanacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:165
Bu xəbər 17 Fevral 2026 16:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















