Icma.az
close
up
RU
O 0:10 un sirri... Valeri Qazzayev fransızlara necə yardım göstərdi?

O 0:10 un sirri... Valeri Qazzayev fransızlara necə yardım göstərdi?

Icma.az, Footbal-plus portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

1995-ci il sentyabrın 6-da Oserdə keçirilən Fransa – Azərbaycan oyununun nəticəsi, məlum 0:10 heç vaxt qaysaq bağlamayacaq yaradı. Unutmaq istəyirik, yığmanın və “Qarabağ”ın şanlı qələbələrini xatırlayırıq, ancaq yenə də alınmır. Güman ki, Azərbaycan futbolunun hansısa nəsli Fransadan həmin acı məğlubiyyətin səbəbini çıxacaq. Bəs hesab 0:10 olmaya bilərdimi?

Üstündən təxminən 20 il ötəndən sonra mən o oyunun videoyazısına baxa bildim. Rəqib hesabı açana qədər, hətta bütövlükdə ilk yarı boyunca yığmamız yetərincə yaxşı oynayır, maraqlı kombinasiyalar qurur, əks-hücumlara çıxır. Bir sözlə, 0:10-dan xəbər verən hansısa əlamət yoxdu. Amma 90-cı dəqiqədə tabloda artıq 10:0 hesabı yanırdı. Bu oyundan danışırıqsa, lənətlənəsi adamlardan biri də Valeri Qazzayevdi. Azərbaycanı və azərbaycanlı futbolçuları heç sevməyən osetin mütəxəssis. Onun çalışdırdığı “Alaniya” 1995-ci ildə Rusiyada çempionluq uğrunda mübarizə aparırdı. Avqustun 30-da keçirilən “Alaniya” – “Krılya Sovetov” oyunu 1:1 hesabıyla bitmiş, vladiqafqazlıları məğlubiyyətdən həmyerlimiz Nazim Süleymanov xilas etmişdi. Məhz bu oyundan sonra “Alaniya”nın düşərgəsinə Bakıdan – AFFA-dan Süleymanovun yığmaya çağrılmasıyla bağlı faks gəldi. Ağasəlim Mircavadov oyun da adını heyətə salmışdı. Qazzayev iki ayağını bir başmağa dirədi ki, “səni yığmaya buraxmayacam, çempionatda və avrokubokda vacib oyunumuz var, sənin federasiya ilə yox, klubla müqavilən var, AFFA ilə məsələni özüm yoluna qoyacam”.
Doğrudan da, “Alaniya” sentyabrın 7-də çempionatda “Torpedo”, 12-də isə UEFA kubokunda “Liverpul” ilə qarşılaşmalıydı. Sonrası məlumdu, Azərbaycan səfərdə 0:10 uduzdu, Qazzayev AFFA-nı razı sala bilmədi, əksinə, məhz Fuad Musayevin UEFA-ya şikayəti əsasında Süleymanova Rusiyada ikioyunluq cəza kəsildi.
Əlbəttə, mən onu da yüzdəyüz iddia etmirəm ki, Nazim bəy həmin gün heyətdə olsaydı, 0:10 hesabı qeydə alınmayacaqdı. Bəlkə daha böyük hesabla uduza bilərdik. Ancaq bütün bu düşüncələr məhz Qazzayevin 1995-ci ilin sentyabrında fransızlara “ayı xidməti” göstərməsi ilə bağlı reallığı dəyişmir. Bilənlər bilir ki, onun Azərbaycan futbolu üçün başqa “xidmətləri” də olub.
ORXAN

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:211
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 09 Oktyabr 2025 17:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see395

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see306

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see287

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see278

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see268

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see264

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see257

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see256

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see253

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see238

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see222

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see217

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see215

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see213

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see212

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see211

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see211

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see207

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see201

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri