Icma.az
close
up
RU
Nazim Süleymanov: “Qazzayev məni Fransaya 0:10 uduzduğumuz oyuna getməyə qoymadı” MÜSAHİBƏ

Nazim Süleymanov: “Qazzayev məni Fransaya 0:10 uduzduğumuz oyuna getməyə qoymadı” MÜSAHİBƏ

Icma.az, Footbal-plus saytına istinadən bildirir.

Nazim Süleymanovun SSRİ-nin gənclər yığmasına yolunu da kəsiblər

Azərbaycan futbolunun ən istedadlı yetirmələrindən biri, Rusiya çempionu olan yeganə həmvətənimiz Nazim Süleymanov 60 yaşını tamamladı.

Onunla əlaqə saxlayanda məqsəd bütün həyatını əhatə edən 8 sual ətrafında kiçik müsahibə hazırlamaq idi. Deyəsən, bu hədəfə çata bilmədik. Daha doğrusu, Nazim bəyin cavabları bir qədər geniş alındı.
- Bilirəm ki, yeniyetmə yaşlarınızda güləşlə məşğul olmusuz, respublikadaxili yarışlara qatılmısız, hətta titullarınız da var. Mənə maraqlıdı: niyə güləşin arxasınca getmədiz, yoxsa bu idman növünə futbola adlamaq üçün tramplin kimi baxırdız?
- Bəli, həftənin bir günü güləşə, bir günü futbola gedirdim. Elə oldu ki, bazar günü yarışlar üst-üstə düşdü. İkisindən birini seçməliydim ki, mən də güləşi seçdim. Düzdü, güləşdə Sumqayıt birinciliyində 2-ci yeri tutdum, respublika birinciliyinə vəsiqə qazandım. Amma futbola getdiyimə görə yarımçıq qoydum.
- Tərcümeyi-halınıza baxanda gördüm ki, 1984-cü ildə SSRİ-nin gənclərdən ibarət yığmasına namizəd olmusuz. Deyəsən, həmin yığmada heç bir oyun keçirməməsiz, niyə alınmadı?
- Bəli, mən hətta Novoqorskdakı toplanışa da qatıldım, özümü pis göstərmədim. Mənə dedilər ki, hazırlaş, Bolqarıstana gedəcəyik, orda 4 oyun keçirməliydik. Evə də zəng vurdum ki, mənə bir qədər pul göndərin, xaricə gedəcəm. Onda gənclər yığmasının baş məşqçisi Mosyagin idi, köməkçisi də İqnatyev. İqnatyev mənə dedi ki, Nazim, sənin sənədlərin Bakıdan gəlib çıxmadı, ona görə də apara bilməyəcəyik. Qayıdıb gəldim Bakıya. Sonra həmin yığma gənclər arasında Avropa çempionatına qatıldı, məni bir daha dəvət etmədilər. Bununla bağlı başqa heç nə deyə bilmərəm.
- 1990-cı ildə “Spartak”ı yox, “Alaniya”nı seçdiyinizə görə sonradan heç təəssüfləndizmi? Bildiyimə görə, Oleq Romantsevin yanında qalsaydız, bir qədər də çətinliklərə dözsəydiz, Moskva klubunda da çıxış edə bilərdiz.
- İndi bu sözləri demək asandı ki, niyə “Spartak”da qalmadın, “Alaniya”ya getdin... O illərdə başıma elə oyunlar açdılar ki, heç fikrimi futbola cəmləyə bilmədim. Həmin il hətta Çempionlar Liqasında da oynaya bilərdim. “Spartak” Maradonalı “Napoli” ilə qarşılaşanda komandadaydım. Amma həmin vaxt bir neçə dəfə Bakı – Moskva, Moskva - Bakı reysi ilə yollardaydım. Nədi-nədi, Bakıdan sənədlərimi versinlər ki, gedib oynaya bilim. Təəssüf ki, vermədilər. Yalnız mövsümün sonuna üç oyun qalmış transfer vərəqimi verdilər. Əvəzedici heyətdə üç oyun keçirdim, Sağda Karpin oynayırdı, solda mən. Üç oyunda üç qol vurdum. Onda “Spartak” “Neftçi”nin hesabına 20 min rubl köçürmüşdü. 1990 mövsümü bitəndən sonra Qazzayev mənlə Moskvada görüşdü. Romantsevə dedim ki, məni əsas heyətdə görmürsüzdə, gedim. Mənə üç dəfə dedi ki, “Nazim, tələsmə”. Amma mən çılğın idim, oynamaq, özümü göstərmək istəyirdim.
- 1996-cı il, 16 noyabr, “Spartak”la “Alaniya” arasındakı “qızıl oyun”. Təsəvvür edək ki, yenə də son dəqiqədə qapıçı meydançasının xətti üzərində top ayağınıza düşür. Yenə eyni şəkildə zərbə vurmaq istəyərdiz, yoxsa bu dəfə qərarınız fərqli olardı?
- Hədəfim yenə də qol vurmaq olardı. Amma o epizod Qazzayevin qəzəbini daşıran son damla idi. Paltardəyişmə otağında Kanişevlə yanaşı oturmuşdu. Dedi ki, həmin imkanı Kanişevə bağışlayardım, amma sənə yox. Əslində biz həmin mövsüm çempionluğu çoxdan təmin etməliydik, sadəcə, komanda daxilində nələrsə baş verdi.
- Valeri Qazzayevlə münasibətlərinizin xarakteri haqda danışaq. Bəlkə də hansısa məqamda münasibətləriniz yaxşı olub. Amma publika daha çox aranızdakı inciklik epizodlarından xəbərdardı. Ümumiyyətlə, bu münasibətlərin xarakteri ilə bağlı ictimaiyyətdən gizlətdiyiniz və ya açıqlamaq istəmədiyiniz hansısa detal varmı?
- Belə deyim də. Məni Vladiqafqaza o dəvət etdi. Amma “Alaniya” 4 oyun keçirəndən sonra o, Moskva “Dinamo”suna yollandı. Ayrı-ayrı komandalarla çempion olduğuna görə onun yaxşı məşqçi olduğunu deyərdim. Amma... Yığmaya gəldiyimə görə də fikir ayrılıqları yaranırdı. Məni Fransaya 0:10 uduzduğumuz oyuna getməyə qoymadı. Ondan sonra AFFA UEFA-ya müraciət etdi, məni Rusiya çempionatında iki oyun diskvalifikasiya etdilər.
- Karyeranızın bir hissəsini “İrəvan”la bağlamağınız heç də birmənalı qarşılanmadı. Sizi qınayanlar var ki, şan-şöhrətinizi saxtakar klub rəhbərliyi ilə işbirliyinə qurban verməməliydiz. Həmin klubun təklifini qəbul etmək səhv idi?
- Bakıdaydım, işsiz dayanmışdım, bu klubdan təklif gəldi, görüşdük, planlarıyla tanış oldum. Peşmançılıq deyəndə ki... Sonrakı peşmançılıq heç vaxt fayda vermir! “İrəvan”da nəsə yaratmaq istədim. Hadisələrdən xəbərdarsız. Komandanı yarıyolda qoyub getməyin mənası yox idi. Hər şey maddiyyatla ölçülmür ki...
- 60 yaşınızın daha geniş miqyasda qeyd olunacağını gözləyirdik. Niyə belə laqeydliklə üzləşmisiz? “Neftçi” və ya Futbol Veteranları İttifaqı yubileyin qeyd olunması ilə bağlı hansısa təşəbbüs göstərə bilərdi.
- Bəlkə də kiminsə yadından çıxmışam, bəlkə də gələcəkdə nəsə fikirləşərlər. Həmişə adamlarla yüksək səviyyədə ünsiyyət qurmağa çalışmışam. Bəlkə də başqaları bunu fərqli anlayır. Buna baxmayaraq, təbrik edənlər də sağ olsun, etməyənlər də. Mən öz xalqımdan, millətimdən, dövlətimdən çox razıyam.
- Elə bir sual varmı ki, qəlbinizin dərinliklərində o sualı özünüzə ünvanlamaqdan çəkinirsiz?
- Mənim üçün elə bir sual yoxdu. Sual yoxdusa, cavab axtarmağa da dəyməz.
ORXAN

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:143
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 19 Fevral 2025 09:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see205

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see190

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see182

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see182

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see179

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see170

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see169

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see158

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see143

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see141

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see141

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see140

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see137

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see137

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see136

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see134

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see134

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see132

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see132

Tramp Rza Pəhləvi ilə mümkün görüşdən danışdı

08 Yanvar 2026 23:39see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri