Icma.az
close
up
RU
“O boyda ağıllı prezident tarixi saxtalaşdırmalı idi?!”

“O boyda ağıllı prezident tarixi saxtalaşdırmalı idi?!”

Yenisabah portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İran prezidenti Məsud Pezeşkianın Azərbaycan-İran biznes formunda səsləndirdiyi şeirlə bağlı müxtəlif rəylər var.

Yenisabah.az “Heydərbabaya salam”dan oxunan bənddə "sətiraltı məna"nın olub-olmaması ilə bağlı Milli Məclisin deputatı, yazıçı Aqil Abbasın münasibətini öyrənib.

- İran prezidenti Məsud Pezeşkian Azərbaycan-İran biznes formunda Məhəmmədhüseyn Şəhriyarın məşhur “Heydərbabaya salam” şeirindən 2 bənd səsləndirdi. Bəziləri “Bir görəydim ayrılığı kim saldı? Ölkəmizdə kim qırıldı, kim qaldı” misralarını, bir növ, atmaca kimi qiymətləndirib. Sizin bu yanaşmaya münasibətiniz necədir?

- Pezeşkian İranın görkəmli şairi, mənim dilimlə desək, "İranın Səməd Vurğunu” Şəhriyarın Azərbaycan dilində yazdığı bir şeirdən 2 bənd oxudu. O, bununla dilimizə hörmət etdiyini göstərdi. Burada heç bir atmaca yoxdur. Nə atmaca ola bilər ki?!

- Məsud Pezeşkian Bakıda Azərbaycanda yaşayan İran vətəndaşları ilə görüş zamanı deyib: “Nizami Gəncəvidən oxumaq üçün heç olmazsa bir şeir axtardım, tapa bilmədim, yazdıqlarının hamısı farscadır. Halbuki Nizami bu torpağa məxsusdur və bu göstərir ki, biz bir millət, bir mədəniyyət, bir güc olmuşuq”. Nizami Gəncəvinin Azərbaycan dilində yazdığı iddia olunan bir şeir mövcuddur. Amma bir çox ədəbiyyatçılar bu şeiri saxta sayır...

- Mənim Nizami Gəncəvinin Azərbaycan dilində şeir yazdığından xəbərim yoxdur. Özüm ədəbiyyatçıyam, Nizamini də oxumuşam. Həmin dövrdə Azərbaycan dilində yazan 1 şair olub, o da İzzəddin Həsənoğlu. O dövrdə Azərbaycan dili şeir dili deyildi, fars dili isə bütün Şərqin dili idi. Məsələn, Çingiz Aytmatov, Oljas Süleymenov, Çingiz Hüseynov ömrü boyu rus dilində yazılarb. Nə dəxli var?! Onların təfəkkürü qırğız, qazax, Azərbaycan təfəkkürüdür. Nizaminin Azərbaycan dilində şeiri guya hansısa arxivdə tapılıb. Amma mən görməmişəm və eşitməmişəm.

O vaxt hətta türk sultanları da fars dilində yazırdı. Burada qəbahət yoxdur. Məsud Pezeşkian özü də etiraf edir ki, Nizami Azərbaycanda doğulub və azərbaycanlıdır. O boyda ağıllı prezident tarixi saxtalaşdırmalı idi?!

- Məsud Pezeşkian istər Bakıya səfəri zamanı, istərsə də ölkəsindəki çıxışlarının bir çoxunda şeiri bir növ siyasi ifadə vasitəsi kimi istifadə edir. Sizcə poetik dil siyasi üslub kimi istifadə edilə bilərmi?

- Məsələn, Rəcəb Tayyib Ərdoğan da şeir oxuyur. Burada qeyri-adi bir şey yoxdur. Amma siyasətdə şeiri qəbul etmirəm. Siyasət siyasətdir və siyasətin öz dili, tərzi var.

Siyasi fikrini şeirlə şair deyir. Fikir verdiniz, İran prezidenti Eldar Əzizovla Azərbaycan dilində danışırdı. Amma o, bir ölkənin prezidenti kimi rəsmi məclislərdə təbii ki, həmin ölkənin rəsmi dövlət dilində danışmalıdır. Bununla Məsud Pezeşkian azərbaycanlı olduğunu bir daha vurğulayırdı. İranla bir tarixə, dilə, hətta bir məzhəbə malikik. Elə adət-ənənələrimiz, mətbəximiz də birdir.

Nazim Hacıyev


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:167
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 29 Aprel 2025 19:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see452

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see417

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see330

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see311

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see279

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see278

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see270

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see265

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see262

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see254

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see253

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see235

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see220

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see217

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see213

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see210

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see210

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see204

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see202

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri