Icma.az
close
up
RU
Art Weekend çərçivəsində Bakıda Paratetisin dörd dənizi adlı incəsənət kruizi təşkil olunacaq VİDEO FOTO

Art Weekend çərçivəsində Bakıda Paratetisin dörd dənizi adlı incəsənət kruizi təşkil olunacaq VİDEO FOTO

Icma.az, Milli.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Oktyabrın 31-dən noyabrın 2-dək paytaxtda "Bakıya Uçuş. İncəsənət Həftəsonu: Gələcəyi İNDİ Duy" ("Fly to Baku. Art Weekend. Sense the Future NOW") adlı möhtəşəm incəsənət festivalı keçiriləcək.

Milli.Az xəbər verir ki, bu tədbir incəsənəti, mədəniyyəti və ekologiyanı bir araya gətirəcək.

Layihə Heydər Əliyev Fondu və IDEA İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Mədəniyyət Nazirliyinin tərəfdaşlığı ilə gerçəkləşdirilir. Layihənin müəllifi və təşəbbüskarı Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi Leyla Əliyevadır.

Bu immersiv layihə Bakını müasir yaradıcılıq, dialoq və kəşflərin canlı səhnəsinə çevirəcək. Festivalda xüsusi diqqət okeanlar və dənizlərdəki ekoloji vəziyyətə incəsənət dili vasitəsilə yönəldiləcək. Festivalın əsas mövzusu həyatın, yenilənmənin və dayanıqlı inkişafın rəmzi olan sudur. Su - davamlılığın, yenilənmənin və ümumi yaddaşın simvolu kimi "Art Weekend"in əsas elementi seçilib.

Festivalın əsas mövzusu - həyatın, yenilənmənin və dayanıqlı inkişafın rəmzi olan sudur. Davamlılıq, yenilənmə və kollektiv yaddaşı təcəssüm etdirən su, "Art Weekend"in əsas elementi kimi seçilib və bu, Azərbaycanın beynəlxalq incəsənət ictimaiyyəti ilə mənalı dialoquna töhfə verəcək.

Festival çərçivəsində ən maraqlı proqramlardan biri, Respublika Uşaq və Gənclərin İnkişaf Mərkəzinin direktoru, "Ekosfera" sosial-ekoloji mərkəzinin rəhbəri Firuzə Sultanzadə tərəfindən məhz İncəsənət həftəsonu üçün hazırlanmış "Paratetisin dörd dənizi" adlı immersiv proqramdır. Bu proqram uşaqlar və onların valideynləri üçün nəzərdə tutulub, bir neçə məkan və istiqaməti birləşdirir. Firuzə Sultanzadənin sözlərinə görə, proqramın məqsədi yaradıcılığı, təhsili və ekoloji düşüncəni birləşdirərək gənc nəslin mədəniyyət və təbiətin əhəmiyyətini dərk etməsinə, eləcə də incəsənət vasitəsilə öz bacarıqlarını inkişaf etdirməsinə şərait yaratmaqdır. Uşaqlar sadəcə tamaşaçı yox, həm də tamhüquqlu iştirakçılar olacaqlar.

Proqram iştirakçıları dörd "incəsənət limanı"ndan ibarət art-kruizə çıxacaqlar, burada musiqi, təsviri incəsənət, elm və tədqiqat "dalğaları" üzərindən səyahət edəcəklər. Hər məntəqədə onları maraqlı və fərqli proqramlar gözləyəcək.

Birinci liman - Respublika Uşaq və Gənclərin İnkişaf Mərkəzi olacaq. Burada iştirakçılara art-kruiz pasportları təqdim ediləcək və həmin pasportlarda ziyarət edilməli olan dörd məntəqə qeyd olunacaq.

"Burada qonaqlar elm atmosferinə düşəcəklər, müxtəlif ustad dərslərində iştirak edəcəklər, peşəkarlar, rəssamlar, heykəltəraşlar, landşaft dizaynerləri və alimlərlə birgə yaradıcılıqla məşğul olacaqlar, müxtəlif təcrübələr aparacaqlar. Məsələn, teatr maskaları hazırlayacaqlar, rəngləyəcəklər, dənizin səslərinə qulaq asacaqlar, balinalar və delfinlər haqqında öyrənəcəklər, su ilə bağlı problemləri araşdıracaqlar."

İkinci liman - Respublika Uşaq və Gənclərin İnkişaf Mərkəzinin yaxınlığında yerləşən Azərbaycan Milli İncəsənət Muzeyi olacaq.

"Muzeydə uşaqlar rəssamlarla görüşəcək, onlara ekskursiya təşkil olunacaq. Bütün bu fəaliyyətlər interaktiv və immersiv xarakter daşıyacaq. Uşaqlara rəssamların suyu necə təsvir etdikləri, suyun bədii fikir vasitəsilə necə ifadə oluna biləcəyi izah ediləcək. Bundan başqa, sulu əsasda akvarel rəssamlığı üzrə ustad dərsləri keçiriləcək. Həmçinin monotypiya - çap qrafikasının bir növü olan texnika təqdim olunacaq. Bu texnikada təsvir rəssam tərəfindən yağlı və ya çap boyası ilə metal lövhə üzərinə çəkilir və daha sonra ofort dəzgahında nəm kağız üzərinə təzyiqlə köçürülür. Geniş zalda isə suya, təbiətin mühafizəsinə və dəniz sahilində yaşayan heyvanlara həsr edilmiş müxtəlif animasiya və sənədli filmlər nümayiş olunacaq."

Üçüncü liman - Azərbaycan Milli İncəsənət Muzeyinin yaxınlığında yerləşən Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası olacaq.

"Filarmoniyada Əməkdar artist Eyub Quliyevin rəhbərliyi altında Qara Qarayev adına Dövlət Kamera Orkestri çıxış edəcək. Onlar suya həsr olunmuş dünya və milli klassiklərin, eləcə də müasir müəlliflərin qısa əsərlərini təqdim edəcəklər. Uşaqlar bu musiqi nömrələrinə daxil olacaq, orkestr ilə birgə ünsiyyət quracaq, hətta dirijorluq da edəcəklər. İfaçılar əsərlər arasında uşaqların suallarını cavablandıracaq, musiqi alətləri və yaradıcılıq prosesi barədə danışacaqlar. Bu, immersiv teatr formasında təqdim olunacaq."

Nəhayət, dördüncü liman - Filarmoniyanın yaxınlığında, 6 nömrəli məktəbin qarşısındakı fəvvarəli açıq meydan olacaq.

"Yekun mərhələ üçün biz hətta şişmə hovuzlar və xüsusi yastıqlar da almışıq. Orada böyük kubiklər yerləşdiriləcək, uşaqlar bu səthlər üzərində strit-art sınayacaq, sulu əsaslı və silinən markerlərlə dənizlər və çaylarla bağlı təsvirlər yaradacaqlar. Burada Dövlət Kukla Teatrı ilə birgə xüsusi immersiv tamaşa təşkil olunacaq. Uşaqlar özləri ustad dərslərində düzəltdikləri kuklalarla çıxış edib nağıl danışacaqlar. Ən əsası isə dörd dənizə - Qara, Xəzər, Azov və Aral dənizlərinə xüsusi diqqət ayrılacaq. Hər biri öz xarakteri, tarixi və ekoloji problemi ilə təqdim olunacaq. Bütün bunlar assosiativ şəkildə göstəriləcək. Əminəm ki, bu proqram uşaqların yaddaşında uzun müddət qalacaq və onlar ətraf mühiti, yaradıcı insanları, musiqini, yaradıcılığın və ekologiyanın dünyanı qoruyan birləşdirici gücünü hər zaman xatırlayacaqlar."

Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:58
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 30 Oktyabr 2025 10:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Penitensiar xidmətdə dəyişiklik: iki hərbi struktur nazirliyə birləşdirildi

13 Dekabr 2025 17:36see319

Puqaçova və Qalkinin uşaqlarının dünyaya gəlməsinin sirri AÇILDI

14 Dekabr 2025 15:28see183

Azərbaycanda tanınmış tiktoker saxlanıldı Foto

13 Dekabr 2025 16:57see179

Audi TT əfsanəsi 2027 ci ildə geri dönəcək FOTO

13 Dekabr 2025 06:22see144

Səmaya bulud səpdilər VİDEO

13 Dekabr 2025 10:01see143

Sığınacaqda futbolu tək izləyən Əkbəri ziyarətə getdi

13 Dekabr 2025 10:45see141

Azərbaycan Premyer Liqasında daha bir görüş baş tutub

14 Dekabr 2025 16:50see140

“Rusiya Ukrayna müharibəsinin həllində əhəmiyyətli irəliləyiş var” Tramp

13 Dekabr 2025 08:23see138

Mayonezin gizli riskləri Həkimdən XƏBƏRDARLIQ

14 Dekabr 2025 02:37see137

“Kəpəz” “Qəbələ”yə, “Qarabağ” “Araz Naxçıvan”a qarşı YENİLƏNİR

14 Dekabr 2025 08:06see136

Kral xalqa müraciətində nə danışıb?

13 Dekabr 2025 19:01see132

“Mançester Yunayted” gənc oyunçular almaq üçün Fernandeşi 70 milyon funt sterlinqə satır

13 Dekabr 2025 04:13see131

Zaxarovanın bu zarafatı gündəm oldu

13 Dekabr 2025 17:08see131

Ramiz Mehdiyevlə Eldar Mahmudovun yaxşı əlaqələri vardı Sabiq nazir

13 Dekabr 2025 09:19see128

FİFA Argentinanı DÇ 2026 dan uzaqlaşdıra bilər

13 Dekabr 2025 21:23see128

İnkişaf etmək istəyirsizsə, necə belə meydançada oynayırsız? Valdas Dambrauskas

13 Dekabr 2025 19:42see127

Zelenski NATO dan imtina etməyə hazır olduğunu açıqladı

14 Dekabr 2025 18:12see126

İllərin qəzalı binaları tarixə qovuşurlar: Sumqayıtda böyük söküntü BAŞLAYIR

14 Dekabr 2025 08:41see125

Suriyada toyda qumbara partladılıb Xeyli sayda yaralı var

13 Dekabr 2025 05:54see122

Ramzan xüsusi hərbi əməliyyat zonasına 80 SUV göndərdi...

14 Dekabr 2025 01:22see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri