Icma.az
close
up
RU
O, ulu sözün uzmanı idi

O, ulu sözün uzmanı idi

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

Unudulmaz qələm dostumuz və həmkarımız, dilçi-ədəbiyyatşünas və publisist İlham Əli oğlu Abbasovun bu fani dünyanı tərk edərək, əbədiyyətə qovuşmasından 1 il keçir. 

İlham Abbasov 1957-ci ildə Goranboy şəhərində ziyalı ailəsində anadan olmuş, milli-mənəvi dəyərlərimizə dərin sevgi ruhunda böyüyüb tərbiyələnmişdi. 67 illik ömründə ana dilimizin tədqiqi və tədrisi, milli ədəbiyyatımızın təbliği, milli publisistikamızın yeni mövzularla zənginləşdirilməsi ilə bağlı zəngin və mənalı bir yaradıcılıq yolu keçmişdi.

Goranboyda orta məktəbi bitirdikdən və orduda xidmətdən sonra 2 il doğma rayonda fəhlə işləmiş, 1979-cü ildə Bakı Dövlət Universitetinin filiologiya fakültəsinə daxil olmuşdu. Ali təhsilini başa vurduqdan sonra – 1985-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetində baş laborant kimi elmi-pedaqoji fəaliyyətə başlayan istedadlı filoloq 1989–1999-cu illərdə bu ali məktəbdə laboratoriya müdiri işləmiş, 2002-ci ildən Azərbaycan dili və onun tədrisi metodikası kafedrasında müəllim və baş müəllim kimi fəaliyyət göstərmişdi.

Gənclik illərindən ölkənin müxtəlif qəzet-jurnalları ilə fəal əməkdaşlıq edən İlham Abbasov 1995-ci ildən pedaqoji fəaliyyəti ilə yanaşı, “Xalq qəzeti”ndə də işə qəbul edilmiş, humanitar siyasət şöbəsinin müdiri vəzifəsində çalışmışdı. Ötən illərdə qəzetin redaksiyasında bu sahəyə aid mövzularda yazıların yüksək peşəkarlıqla hazırlanmasına rəhbərlik edən təcrübəli qələm sahibi özü də silsilə publisistik yazılarla çıxış edirdi. 

İlham Abbasov xəstəliyi ilə əlaqədar öz ərizəsi ilə qəzetimizdə fəaliyyətini dayandırandan sonra da arabir redaksiyamıza gəlir, hər birimizlə görüşüb səmimi söhbətlər edirdi. Onu narahat edən məsələlər barədə qəzet səhifələrində çıxışlar da edirdi. ­İlham Abbasov “Xalq qəzeti”ndə son çıxışı ulu Nizami Gəncəvinin əsərlərinin mövzu seçimi və fars dilində yazmasının səbəbləri, o cümlədən də paniranistlərin şairi əsassız olaraq, qərəzlə “fars” kimi qələmə vermələri barədə idi. Bir alim olaraq buna qarşı od püskürən dostumuz qəzetin 12 mart 2023-cü il tarixli sayına müsahibhəsində birmənalı olaraq bildirirdi ki, Nizami poeziyasının dili farsca olsa da, ruhu – məramı, ideyası türkcədir. 

Nizami türk əsrinin, türk minilliyinin, türk məmləkətinin türk oğlu türküdür. Faktlarla sübut edirdi ki, Nizaminin türklüyə bağlılığı təkcə dil məsələsində deyil, şairin yaradıcılığının məzmun və ideya istiqamətlərində, onun dünyagörüşü və düşüncə tərzində də çox qabarıq və aydın şəkildə görünür. Nizami əsərlərində gözəl, mərd, qəhrəman, döyüşçü, sərkərdə, müdrik, rəhbər, adil anlayışlarını “türk” kəlməsi ilə ifadə edib. Gözəllik, yaxşılıq, təmizlik, doğruluq, mərdlik, qəhrəmanlıq, halallıq və müdriklikdən bəhs edəndə “türklük” sözünü işlədib... 

Azərbaycan Mətbuat Şurasının dil üzrə eksperti olan İlham Abbasov ölkə mediasında ana dili normalarına əməl edilməsi ilə bağlı davamlı monitorinqlər aparılmasına rəhbərlik etmiş, dil qanunvericiliyi və ədəbi redaktə sahəsində metodik-tövsiyə vasitələri hazırlayıb nəşr etdirmişdi. Tələbəlik illərindən ölkənin ədəbi mühiti ilə sıx əlaqədə olan qələm dostumuz Azərbaycan Yazıçılar Birliyinin ədəbi tənqid bölməsinin fəaliyyətində də yaxından iştirak edib, dərin bilikli ədəbiyyatşünas, nadir söz xiridarı olaraq tanınıb. Onun ədəbi-bədii nəşrlərdəki çıxışları daim böyük maraqla qarşılanırdı.

Tanınmış dilçi-ədəbiyyatşünas və ­yurdsevər publisist İlham Abbasovun çoxsaylı elmi və populyar məqaləsi, “Əbədi vətən”, “Sənət duyğuları”, “Himnimizin müəllifi”, “Nobel mükafatçıları” kimi kitabları ona layiqli nüfuz qazandırmışdı. Dostu, mərhum professor Əzizxan Tanrıverdinin redaktorluğu ilə Xalq şairi Məmməd Arazın yaradıcılığı üzrə gəzişmələrlə müasir Azərbaycan poeziyasının bədii dil xüsusiyyətlərinə dair nəşr etdirdiyi “Məni şeirimdə gəz” (2020) kitabı ədəbi cameədə böyük maraq doğurmuşdu. Ondan 2 il sonra İlham Abbas çap etdirdiyi “Anamın dili” (2022) kitabının titul səhifəsində yazmışdı: “Həm də ana dili müəllimim olmuş anam Pakizə xanımın əziz xatirəsinə”. Ana dilini mənəvi Vətənimiz sayan müəllif, əsərində bu sahənin ən aktual məsələlərinə işıq tutmuş, özəl və gözəl fikirlərini qələmə almışdı. 

Ötən ilin avqustunda – ömrünün yetkin, yaradıcılığının məhsuldar, pedaqoji fəaliyyətinin gərəkli bir dövründə İlham Abbasovun qəfil ölümü elm, təhsil və jurnalistikamız üçün ağır itki oldu. Artıq 1 ildir ki, onun ruhu anası Pakizə xanımın ruhuna qovuşub. Dəyərli soydaşımızın, peşəkar həmkarımızın və istəkli dostumuzun işıqlı xatirəsi daim qəlbimizdə yaşayacaq.

Ə.DOSTƏLİ 
XQ 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 05 Avqust 2025 22:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see942

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see400

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see351

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see339

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see316

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see309

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see271

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see269

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see250

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see217

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see216

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see212

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see211

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see206

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see204

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see203

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see202

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see188

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see184

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri