Icma.az
close
up
RU
O da anası ilə birgə ağır cəza almışdı İlin məşqçisi seçildi

O da anası ilə birgə ağır cəza almışdı İlin məşqçisi seçildi

Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.

Dünən gənclər və idman nazirinin müavini vəzifəsindən azad olunan Mariana Vasileva ilə yanaşı qızı, Azərbaycan gimnastika millisinin baş məşqçisi Siyana Vasileva da Gimnastika Etikası Fondunun (GEF) İntizam Komissiyası tərəfindən ağır cəza alanlar siyahısındadır.​

Bakıvaxtı.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, S.Vasileva da idmançılara qarşı zor tətbiq etməkdə günahlandırılır.  

Azərbaycan bədii gimnastika millisinin baş məşqçisi olan S.Vasileva 18 ay müddətinə diskvalifikasiya olunub. O, Beynəlxalq Gimnastika Federasiyasının (FİG) bayrağı altında keçirilən yarışlarda heç bir millinin baş məşqçisi kimi iştirak edə bilməz. 

Azərbaycan gimnastika millisində işləyən məşqçi Evgeniya Vilyaeva da cəza alanlar sırasındadır. Siyana Vasilevanın köməkçisi 12 ay diskvalifikasiya olunub. 

Maraqlıdır ki, Siyana Vasileva 2022-ci və 2024-cü illərdə Azərbaycanın ən yaxşı qadın məşqçisi seçilib. FİG və GEF-in araşdırmalarının nəticələrini nəzərə alsaq, S.Vasilevanın iki dəfə ilin ən yaxşı qadın məşqçisi olması suallar doğurur. Necə olur ki, Azərbaycan gimnastlarına qarşı zor tətbiq edən məşqçilər bu mükafata layiq görülür? Maraqlıdır ki, GEF İntizam Komissiyası dekabrın 31-də Siyana Vasileva haqqında qərar çıxarır və onu diskvalifikasiya edir. Lakin üstündən bir həftə keçməmiş o, Azərbaycanda ilin ən yaxşı qadın məşqçisi kimi mükafatlandırılır. Bəllidir ki, ilin ən yaxşıları nazirlik tərəfindən deyil, səsvermə əsasında seçilib. Amma bu cür ağır qərardan sonra səsvermə olsa belə, onun adı siyahıdan çıxarıla bilərdi. 

Siyana Vasileva ilə bağlı ikinci diqqətçəkən məqam onun 2022-ci ildə ilin ən yaxşı qadın məşqçisi seçilməsi idi. Həmin vaxt heç bir ciddi uğuru olmayan xanım məşqçi mükafat almışdı. Bu il isə ən yaxşılar siyahısında olmasına səbəb Paris Yay Olimpiya Oyunlarında iştirakı və komandasının 5-ci yeri tutması idi. Lakin istənilən halda idmançılara qarşı yaxşı davranış uğurlardan öndə gəlir.

Xatırladaq ki, nazir müavini vəzifəsindən azad edilən Mariana Vasileva Azərbaycan gimnastika yığmasının üzvlərinə qarşı zor tətbiq etməkdə günahlandırılaraq diskvalifikasiya olunub. 

GEF İntizam Komissiyası onu 8 il müddətində Beynəlxalq Gimnastika Federasiyasının (FİG) bayrağı altında keçirilən yarışlarda iştirakına qadağa qoyub. 

Həmçinin, o, bundan sonra FİG yarışlarında mübarizə apara biləcək millilərdən heç birinin baş məşqçisi ola bilməz. Bununla da M.Vasileva baş məşqçi kimi ömürlük diskvalifikasiya alıb.

2019-cu ildə FIG tərəfindən Mariana Vasilevaya verilən “Fəxri Təlimçi” diplomu geri götürüləcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:236
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 17 Yanvar 2025 10:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see682

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see338

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see329

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see326

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see299

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see289

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see286

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see283

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see266

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see260

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see260

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see254

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see250

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see244

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see241

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see223

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see218

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see206

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see200

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri