Icma.az
close
up
RU
O Konqresmenə ermənipərəst də deməyin...

O Konqresmenə ermənipərəst də deməyin...

Icma.az, Bizimyol saytına istinadən bildirir.

Bir yerdə soyadını Palloun kimi yazırlar, başqa yerdə Peloni kimi. Pallone yazan da var. Söhbət ABŞ Konqresinin üzvü Frank Pallonedən gedir (ya da Pelonidən, Pallonedən). Biz Palloun deyə yazaq.

Soyadı necə yazılır, yazılsın, mahiyyəti dəyişmir. Azərbaycan mediası isə onu "ermənipərəst Konqresmen" deyə tanımlayıb.

Bəlkə də Pallounu "ermənipərəst" deyə təqdimat doğru deyil. "Erməni maraqlarının ödənişli lobbisti" demək bəlkə daha doğru olar. Onu "ermənipərəst" adlandıranda, belə çıxır ki, erməniləri çox sevir, bu xalqa pərəstiş edir və sair. Əslində isə bu Konqresmen erməni maraqlarını ödənişli qaydada müdafiə edir. Erməni maraqlarının daşıyıcısı deyil, sadəcə, pul müqabilində müdafiəçisidir. Ona görə pul qarşılığında ermənilər üçün hər şey edib. Azərbaycanı təhqir edib, Qarabağın keçmiş (artıq siyasi olaraq keçinmiş) separatçı rejimini dəstəkləyib və Azərbaycanın qanunlarını pozaraq dəfələrlə o bölgəyə səfər edib. Bunun da hamısının kökündə erməni sevgisinin dayandığını düşünmək yanlış olar. Adam, sadəcə, dövlət siyasətini şəxsi biznesə çevirib, çoxlu pul qazanıb.

Amerikada çoxlu erməni yaşayır. Eləcə də, Fransada, başqa ölkələrdə. Onların arasında varlı, zəngin şəxslər də çoxdur. ABŞ-da seçkilərə, ümumiyyətlə, Amerika siyasətinə təsir göstərirlər. Təbii ki, pul xərcləyirlər, başqa cürbəcür formalarda siyasətçiləri, məmurları, medianı öz maraqlarının müdafiəsinə cəlb edirlər. Beləliklə, siyasi korrupsiya yolu ilə öz məqsədlərinə çatırlar. Palloun kimi siyasi korrupsionerlər isə ABŞ Konqresində, Fransa Milli Assambleyasında, yaxud Almaniya Bundestaqında və sair və ilaxır həmişə var. Bu cür adamlar da o cür yollarla varlanır, varidat toplayırlar. Avropa Şurasında, yaxud Avropa Parlamentində oturan məmurlar hamısı süddən çıxmış ağ qaşıqdır ki?! Elə götürək, Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayeni. Xanım prezident pandemiya dövründə çiçəklənmiş "vaksin mafiyası"nın əsas fiqurlarından biri kimi ittiham olunur. Cinayət işində əsas fiqurantlardan biridir. Qərb ölkələrinin yüksək vəzifəli şəxsləri arasında adı hər cür cinayətə qarışmış xeyli şəxs var. O cümlədən, ABŞ Konqresində. Elə Hollivudun məşhur filmlərində belə bu vəziyyət əks olunub. Götürək, məşhur "Atıcı" filmini. Senator prezidentə sui-qəsdin təşkilatçısı rolunda təqdim edilir. Bədii sənət də Amerika dövlətində siyasətçilərin cinayətlərinə biganə qalmır.

Odur ki, Palloun, yaxud bir başqa bir Konqresmen ermənipərəst, yunanpərəst və sair "...pərəst" deyil, sadəcə, qanunsuz üsullarla öz şəxsi maraqlarını təmin edən cinayətkarlar, residivistlərdir. Niyə "residivist" deyirəm? Çünki bu cinayətləri dəfələrlə törədiblər. Dəfələrlə də yox, öz siyasi karyerası boyu həmişə. Amerikada, Avropada islamofobiyadan, türkofobiyadan, ayrıca azərbaycanofobiyadan, hər cür başqa fobiyalardan yaxşıca pul qazanıb varlanan siyasətçilər, məmurlar, deputatlar və jurnalistlər var. Eləcə də, Rusiyanın və İranın özündə, başqa ölkələrdə. Yoxsa, tutaq ki, Argentinada, Avstraliyada və sair ölkələrdə ermənilər kimi maraqlandırar ki?! Almaniya Bundestaqında Mark Şvabeni Azərbaycan əleyhinə danışdıran məgər öz siyasi və insani "vicdan"ıdır?! Qərbdə bir "sürü" siyasətçi və jurnalist var ki, məsələn, Azərbaycanın və Türkiyənin hesabına arvad-uşaq bəsləyir. Bu ölkələri tənqid etmək artıq çirkli, amma belələri üçün sərfəli biznesə çevrilib.

Elə bilirsiniz, Kopenhagendə, Amsterdamda, yaxud Stokholmda günün günorta çağı küçənin ortasında Quran kitablarını yandıranlar bu əməlləri elə-belə, qarşılıqsız törədir?! Həmin adamlar belə əqidəli xristiandır?! Hərçənd əqidəli xristian heç bir dini kitabı yandırmaz, fərqli inanc daşıyıcılarının hisslərini aşağılamaz. Elə deyilmi?!

Deməli, ortada dəyər davası yoxdur, maraqların münaqişəsi var. Hər belə aktın arxasında həmişə bir sual dayanır: "Bu, kimə lazımdır?" Bəlkə də o dini kitabları yandıranın heç həmin "Quran"da yazılanlardan xəbəri də yoxdur.

"Ermənipərst" dediyimiz Qərb siyasətçilərinin çoxu da, el dilində desək, heç bilmir erməniləri Allah yaradıb, yoxsa dəmirçi "döyüb". Onları erməniləri müdafiə etmək düşündürmür; buna, sadəcə, bir biznes əməliyyatı kimi yanaşırlar. Belə adamlar öz merkantil maraqlarının "pərəst"idir.

Merkantillik Amerika ictimai mədəniyyətində heç qəbahət də sayılmır. Hərçənd bunun özü çox ağır bir qəbahətdir. Odur ki, Azərbaycanda həmin o Konqresmenə qarşı etirazın ifadə olunması da heç də siyasət deyil, normal ictimai mədəniyyətdir. Əsl ədalətdir.

Bahəddin Həzi

Bahəddin Həzi, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:178
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 18 Noyabr 2024 13:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see593

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see319

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see310

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see310

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see302

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see281

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see279

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see277

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see266

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see263

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see247

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see247

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see245

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see240

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see237

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see229

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see228

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see227

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see205

Tarixi Zəfərin yol açdığı möhtəşəm Qayıdış

07 Noyabr 2026 13:35see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri