Icma.az
close
up
RU
O konsertə gedənlərin mənəviyyatına şübhə edirəm Sosioloq

O konsertə gedənlərin mənəviyyatına şübhə edirəm Sosioloq

Olke.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Türkiyəli müğənni Demet Akalının çimərlikdə səhnəyə çıxaraq mahnı ifa etməsi sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Onun açıq-saçıq geyimi ilə mahnı oxuması müxtəlif reaksiyalar doğurub.

Ölkə.Az-ın xəbərinə görə, jurnalist Sevinc Paşayeva bu hadisəyə münasibət bildirərək status yazıb ki, türklər etika-estetika və əxlaq məsələlərində azərbaycanlılar üçün pis nümunədir. O qeyd edib: “Müstəqillik illərindən üzü bəri demişəm, yenə də fikrimdə israrlıyam ki, etika-estetika, əxlaq məsələlərində türklər bizə ən pis nümunədir. Zaman göstərir ki, eyni dinə və kökə mənsub olsaq da, türklərin ortaq dəyərlərə zidd davranış və yanaşmaları özlərinin dili ilə desək, kəndilərinə qarşı ikrah və nifrət hissi doğurur.”

Sosioloq Lalə Mehralı da jurnalistin statusuna rəy yazaraq tənqidi mövqedən çıxış edib. O bildirib: “Hadisənin son konsertindəki striptizini gördüm, ikrah məni öldürdü. O konsertə pul verib gedənlərin mənəviyyatından şübhə edirəm. İnsan niyə parçasını ayırıb tamaşaçıya göstərsin ki? Müğənni niyə dalını tamaşaçıya göstərib silkələsin ki?”

Məsələyə fərqli mövqedən yanaşan jurnalist Emin Səfərov isə bildirib ki, bu, Türkiyə cəmiyyətində normal qarşılanan haldır və digər cəmiyyətlərin öz baxış bucaqları var:
“Türkiyə cəmiyyətində belə fikir yoxdur. Onlar bunu normal qəbul edir. Demet də çimərlik açılışında iştirak edib, bu geyimdə olması başadüşüləndir. Biz istəyirik ki, biz necəyik, digər ölkələr də, cəmiyyətlər də elə olsun. Hər ölkənin, hər millətin öz düşüncəsi, həyatı, həyata baxışı var. Onu dəyişə bilmərik.”

Sosial şəbəkələrdə yayılan rəylər arasında daha sərt yanaşmalar da yer alıb. Bəzi istifadəçilər Türkiyədə bu cür davranışların artmasını siyasi və ideoloji yanaşmalarla əlaqələndiriblər: “Türkiyənin bu hala düşməsində CHP-nin müstəsna rolu var. Laik bir toplum bu cür olacaq”, “Adətən, üzü çirkin olan qadınlar bədən sərgiləyir. Bu da onlardan biridir”...

Hadisə ətrafında yaranan müzakirələr göstərir ki, mədəni sərhədlər, fərdi azadlıq və ictimai dəyərlər mövzusunda cəmiyyətdə fikir ayrılığı hələ də aktualdır.

Ölkə.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:57
embedMənbə:https://olke.az
archiveBu xəbər 14 İyul 2025 15:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see267

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see222

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see220

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see206

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see198

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see169

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see167

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see160

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see160

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see159

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see151

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see149

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see147

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see145

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see145

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see145

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see143

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri