O molla dəfələrlə mənə qarşı da təhqiramiz ifadələr işlədib İlham Əliyev
Unikal.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Ərdəbil şəhərinin mollası dəfələrlə Azərbaycana, Azərbaycan xalqına qarşı təhqiramiz ifadələr işlədib, o cümlədən mənə qarşı. Burda sual ondan ibarətdir ki, onu o vəzifəyə təyin edən adam buna necə münasibət göstərir.
"Unikal" xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev yerli televiziya kanallara müsahibəsində deyib.
“Axı o, öz başına gəlib orda oturmayıb. Onu kim təyin edib, biz yaxşı bilirik. Onun reaksiyası nədir? O bunu dəstəkləyir, yoxsa yox? Və Azərbaycandan kim üzr istəyəcək? Üzr istəyəcəklər, yoxsa yox?
İranın Xarici İşlər Nazirliyinin açıqlaması kifayət deyil. “Təəssüf hissi...” Burada açıq təhqir olub – həm Türkiyə, həm Azərbaycan prezidentləri, həm bizim xalqlar – rəsmi tədbirdə, canlı yayım gedən zaman. Və sadəcə, “təəssüf bildirmək”? Bu, əlbəttə ki, qəbuledilməzdir. Ona görə biz hesab edirik ki, o əyalət mollası cəzalandırılmalıdır, ən azı, vəzifəsindən qovulmalıdır və Azərbaycandan üzr istəməlidir. Məsələ bundadır”, - deyə dövlət başçısı bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 08 Yanvar 2025 00:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















